Ubisoft Montreal — Vikipediya
Ubisoft Montreal - oyun istehsal edən şirkətdir və Ubisoft şirkətinin baş ofisidir. Şirkətin mərkəzi Kanadanın Monreal şəhərində yerləşir.
Tarixi
[redaktə | vikimətni redaktə et]"Ubisoft Montreal" şirkəti 1997-ci ildə Kanadanın Kvebek əyalətinin Monreal şəhərində qurulmuşdur. Çünki Kvebek əyaləti fransız dilli xalqın məskunlaşdığı əsas yerlərdən biri idi və bu da studiyanın mərkəzinin burada yerləşməsi üçün əsas ilham mənbəyinə çevrilmişdi. Əvvəlcə şirkət, əsasən, uşaq oyunlarını hazırlamağa başlamışdır. 2000-ci ildən etibarən şirkət "Hərəkət" (ing. Action) janrında oyunlar istehsal etməyə başlayır. Bu şirkəti "Hərəkət" janrından istehsal etdiyi oyunu isə "Tom Clancy's Splinter Cell" videooyunu idi.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Gamasutra.com — The French-Canadian Connection: A Q&A With Yannis Mallat, Ubisoft Montreal". 2009-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-01.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- montreal.ubisoft.com/en/ — rəsmi saytı (ing.) (fr.)
- CanDevs — Canadian Video Game Companies