Uilks Torpağı krateri — Vikipediya
Uilks Torpağı krateri | |
---|---|
![]() | |
Kraterin diametri | 500 km |
Region | Antarktika Müqaviləsi sahəsi[d] |
|
Uilks Torpağı krateri — Antarktidanın Uilks Torpağında buzlağın altında yerləşən diametri 500 km olan nəhəng meteorit krateri.
Bu bölgədə nəhəng kraterin olması fikiri hələ 1962-ci ildə irəli sürülmüşdür. Ancaq GRACE araşdırmalarına qədər bunu təstiqləmək mümkün olmamışdır[1].
2006-ci ildə Rafl fon Freze (Ralph von Frese) və Leremi Potsun (Laramie Potts) rəhbərlik etdiyi GRACE peykindən edilən çəkilişlər zamanı diametri təxmini olaraq 300 km olan halqa aşkarlanır. 2009-cı il araşdırmaları bunun həqiqətən də zərbə krateri olması təstiqlənmişdir[2].
Buzun altında yerləşməsi ilə əlaqədar onun haqqında hansısa məlumat yoxdur. Bunun zərbə krateri olması təstiqlənsə onda Çiksulub kraterindən 6 dəfə böyük olan zərbə krateri kimi təstiqlənəcəkdir.
Belə fikir vardır ki, 250 mln il öncə baş vermiş perm nəslikəsilə hadisəsinin səbəbkarı bu krater olmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ No giant meteorite crater in Wilkes Land, Antarctica[ölü keçid].
- ↑ GRACE gravity evidence for an impact basin in Wilkes Land, Antarctica Arxivləşdirilib 2012-03-22 at the Wayback Machine.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Big Bang in Antarctica — Killer Crater Found Under Ice Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine, Research News, Pam Frost Gorder, June 1, 2006.