Villis Kerrier — Vikipediya

Villis Kerrier
Doğum tarixi 26 noyabr 1876(1876-11-26)[2]
Vəfat tarixi 7 oktyabr 1950(1950-10-07)[3][2][…] (73 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Forest Loun qəbiristanlığı[d][4]
Elm sahəsi havanın kondisionerləşdirilməsi[d][1]
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Villis Kerrier (ing. Willis Haviland Carrier; 26 noyabr 1876[2]7 oktyabr 1950[3][2][…], Nyu-York, Nyu-York ştatı) — Amerikan mühəndis, müasir kondisioner ixtirası ilə daha çox məşhurlaşan ixtiraçı.

İlk kondinsioner 1902-ci ildə Kerrier tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə Carrier korporasiyasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 17 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.

U. Kerrier 1876-cı il 26 Noyabrda Nyu-Yorkun Anqola kəndində, Duane Uilliams Kerrier (1836–1908) və Elizabet R. Haviland (1845–1888) cütlüyünün övladı olaraq dünyaya gəlib.

O, Kornell Universitetində təhsil alıb. 1901-ci ildə universitetdən mühəndislik üzrə bakalavr dərəcəsi ilə məzun olub.

Mühəndislərin əl kitabı, U. Kerrier redaktəsi ilə, 1914

İlk müasir elektrikli kondisioner 1902-ci ildə Uillis Kerrier tərəfindən ABŞ-nin Buffalo şəhərində ixtira olunub. Kornell Universitetindən məzun olduqdan sonra Kerrier Buffalo Forge Company-də işləməyə başladı. Burada işləyərkən, o Bruklində yerləşən Sackett-Wilhelms Lithographing and Publishing Kompaniyası üçün tətbiqi bir problemi həll etmək məqsədilə havalandırma ilə təcrübələr aparırdı. Beləliklə ilk kondisioner Kerrier tərəfindən hazırlanıb və 1902-ci il 17 İyulda istifadəyə verilib.

1930-cu ildə Kerrier Yaponiya və Koreyada da istehsalata başladı. Hazırda Cənubi Koreya dünyada ən böyük kondisioner istehsalçısıdır.

Yay aylarında sənaye istehsalının artırılması ilə kondisionerlər amerikan həyatında inqilabi çevriliş etdilər. 1920-ci illərdə məişət kondisionerlərinin təqdimatı ABŞ-də əhalinin cənub bölgələrə("Sun Belt") miqrasiyasının başlamasına kömək etdi.

Carrier korporasiyası 1980-ci ildə United Technologies korporasiyasının törəmə şirkətinə çevrildi. Carrier korporasiyası kommersial və məişət kondisionerlərinin istehsalında hələ də dünya lideri olaraq qalır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]