Umud Rəhimoğlu — Vikipediya
Umud Rəhimoğlu | |
---|---|
Umud Rəhim oğlu Mirzəyev | |
Doğum tarixi | fevral 1961 (63 yaş) |
Doğum yeri | |
Fəaliyyət illəri | 1982-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Umud Mirzəyev (tam adı: Umud Rəhim oğlu Mirzəyev; fevral 1961, Aşağı Əbdürrəhmanlı, Füzuli rayonu) — Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mirzəyev Umud Rəhim oğlu 1961-ci ilin fevral ayında Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1968–1978-ci illərdə Aşağı Əbdürrəhmanlı kənd orta məktəbində təhsil alıb. 1979–1981-ci ilərdə Monqolustanda ordu sıralarında hərbi xidmət keçib. 1982-ci ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsinə qəbul olunub və 1987-ci ildə təhsilini başa vurub.[1]
Ailəlidir, üç övladı var.
Əmək fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Əmək fəaliyyətinə 1982-ci ildə Sumqayıt Şəhər İstilik-Elektrik Mərkəzində başlayıb. 1988-ildə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat və incəsənət" qəzeti ilə əməkdaşlıq edib. 1989–1993-cü illərdə həmin qəzetin "Elm, publisistika və məktublar" şöbəsinə rəhbərlik edib. U.Mirzəyev 1992-ci ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) qurucusu və sədridir. 1996-cı ildən BMT-nin MDB ölkələri üzrə həyata keçirdiyi QHT konfransının və "Marşal" Mərkəzinin Cənubi Qafqaz regionu üzrə tədqiqat qrupunun fəal üzvüdür.
BAMF BMT-nin İnkişaf Proqramının (UNDP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR), ABŞ Dövlət Departamentinin (US DoS), Avropa Komissiyasının (EC), NATO-nun, Amerikanın Tədqiqat Əməliyyat Mərkəzinin (SAC), Beynəlxalq Mətbuat İnstitutunun, Beynəlxalq Jurnalistlər Federasiyasının (IFJ) və digər beynəlxalq qurumların, bir sıra xarici ölkələrin Azərbaycandakı səfirliklərinin etibarlı tərəfdaşıdır.
Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar "Seçki-2008" Qeyri-Hökumət Təşkilatları Koalisiyasının əsas təsisçilərindən biri kimi BAMF seçkilərdə demokratik prinsiplərin bərqərar olmasında, müşahidəçilik missiyasının uğurla həyata keçirilməsində yaxından iştirak edib.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Qeyri-Hökumət Təşkilatları Forumu idarə heyətininin üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib. Fondun Müşahidə Şurasının sədridir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- BAMF-ın prezidenti: Sərsəng su anbarından siyasi məqsədlər üçün istifadə olunması dayandırılmalıdır
- Umud Mirzəyev Udmurtiya rəhbərinə BAMF-ın ali mükafatını verib
- Umud Mirzəyev beynəlxalq təşkilatda idarə heyətinə üzv seçilib
- Umud Mirzəyev: Söz azadlığı pərdəsi arxasında mətbuatın adını ləkəyənlərin üzə çıxarılması vacibdir