Unix bənzəri — Vikipediya
Unix bənzəri – Unix əməliyyat sisteminə bənzəyən amma Single UNIX Specification lisenziyasını almamış əməliyyat sistemlərinə deyilir.
Sinifləndirmə
[redaktə | mənbəni redaktə et]Genetik UNIX sistemləri
[redaktə | mənbəni redaktə et]Bu sistemlərin AT&T kod bazası ilə tarixi bir əlaqəsi var. Hamısı olmasa da bir çox kommersial UNIX sistemləri bu kateqoriyaya daxildir. 1970-ci illərin sonunda və 1980-ci illərin əvvəlində Berkli Kaliforniya Universitetində inkişaf etdirilən məhsulların yeni nəsilləri olan BSD, bu qəbildəndir.
Əmtəə nişanı və ya damğalı olan UNIX
[redaktə | mənbəni redaktə et]Bu qrup Open Group tərəfindən müəyyən edilmiş olan, Single UNIX Specification lisenziyasını qarşılayan və UNIX adını daşımağa icazə verilən əməliyyat sistemlərini əhatə edir. Apple Mac OS X v10.5 və sonrakı versiyalar BSD olaraq sertifikatlandırılmış olsalar da bunların çoxu UNIX System V kod bazalı ticari versiyalardır. Bir qismi isə (məs.: IBM z/OS) bu xüsusiyyəti POSIX uyğunlaşma təbəqəsi sayəsində qazanmışdır və əslində təbii olaraq UNIX əməliyyat sistemi deyildir.
Funksional UNIX
[redaktə | mənbəni redaktə et]Bu məhsullar UNIX xüsusiyyətlərinə kobud şəkildə tabe olar, daha dəqiq bir şəkildə Linux və Minix kimi sistemlərdir və AT&T-nin kod bazası ilə nə tarixi əlaqələri var, nə də minlərlə dollar tutan ticarət reyestr qeydiyyatına alınmayıblar.