Ural dağları — Vikipediya
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ural dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1.895 m |
Uzunluğu |
|
Eni | 150 km |
Hündür nöqtəsi | Narodnaya dağı |
Yaranma dövrü | Devon (410—360 mln il əvvəl) — Trias (251—199 mln il əvvəl) |
Yerləşməsi | |
60° şm. e. 59° ş. u.HGYO | |
Ölkə | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Ural dağları — Şimal Buzlu okeanından Xəzər dənizinə doğru uzanan, Rus platforması ilə Sibir platformasını bir-birindən ayıran, Ukrayna, Rusiya, Qazaxıstan və Qırğızıstan dövlətləri ərazisində olan dağ silsiləsi. Şimalda Aralıq dənizi, cənubda Qazaxıstana qədər uzanan bu dağlar 2000 km uzunluqları ilə Avropa və Asiya arasında bir sərhəd materikində yerləşirlər. 63° Şimal paralelinin şimalında olan Şimal Urallar incə bir lent halındadırlar. Təpələrinin ortalama yüksəkliyi 900 m olan bu dağların bəzi zirvələri 1500 m-ə çatır, ən yüksək təpəsi olan Narodanın yüksəkliyi 1855 m-dir. Orta və Cənub Urallarda ortalama yüksəkliklər daha alçaqdır. Cənuba endikcə silsilə 250 km genişliyin üzərinə çıxar. Cənub Urallar Suerdlovsk boşluğunun cənubunu örtərlər.
Ural çevrəsiylə bəslənən başlıca çaylar; Pechora, Ob, Ural və Emba çaylarıdır. Şimal Sibiryanın sərt iqliminə səbəb qərbdən gələn küləklərin qarşısını alan Ural Dağlarıdır.
Bu dağların coğrafik şəkilləri qranit və somaki daşlarından və yamaclardakı Paleozoik təbəqələrdən meydana gəlir. Bu bölgə xüsusilə orta hissə olmaq üzrə mineral baxımdan zəngindir. Bunların yanında platin, dəmir, gümüş, mis və daş duzu daha az miqdarlarda da qızıl, linyit, nikel və sink tapılır. Uralların qərbində olan kömür işlədilməkdədir; cənubunda isə qızıl tapılmışdır.
On altıncı əsrdən bəri Urallarda müxtəlif sənaye işləri görülmüş, lakin bölgənin müasir olaraq inkişafı 1930-cu illərdə başlamışdır. Bundan sonra sənaye fabrik və iş sahələri şərqə sürüşmüş, Ural Bölgəsi Rusiyanın sənaye mərkəzi halına gəlmişdir. Bu bölgənin başlıca şəhərləri; Moqnitoqorsk, Perm, Sverdlovsk, Orenburq və Ufadır.
Mədənlər
[redaktə | mənbəni redaktə et]Ural Dağları müxtəlif mədən qaynaqları baxımından, xüsusilə; qızıl, platin, manqan, nikel, dəmir, mis baxımından çox zəngindir.
Dağ haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |