Vənənd məscidi — Vikipediya
Vənənd məscidi | |
---|---|
Ölkə | Azərbaycan |
Tikilmə tarixi | 1324-1325 |
İstinad nöm. | 5341 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Vənənd məscidi və ya Vənənd Came məscidi — Azərbaycanda Ordubad rayonunun Vənənd kəndində yerləşən XIV əsrə aid məscid və tarix-memarlıq abidəsi.
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Vənənd məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Haqqında
[redaktə | vikimətni redaktə et]Məscid Ordubad rayonunun Vənənd kəndində yerləşir.[1] Qapı yerinin çatmasında iri nəsx xəttilə yazılmış kitabəyə əsasən məscid 1324–1325-ci illərdə tikilib.[2][3] Məscid düzbucaqlı formadadır. Giriş qapısı şimal tərəfdən olan məscidin hündürlüyü 7 metr, daxili sahəsi isə 375 kvadratmetrdir.[4] Məscidin cənub divarında müxtəlif rənglərdən istifadə olunmaqla ornament və naxışlarla bəzədilmiş böyük bir mehrab var. Məscidin daxilində qadınların ibadət etməsi üçün balkon kimi düzəldilmiş ikinci mərtəbə var. Sonrakı illərdə məscid bir neçə dəfə bərpa olunub.[3] XVII əsrin əvvəllərində məscidin ərazisi genişləndirilib.[5] Məscidinin ilkin binası hazırda onun şimal qərb küncünü təşkil edir.[3][6] Bu hissəyə qərb fasadından açılan qapıdan girmək mümkündür.[6] Məscidin girişindəki kitabə məscid genişləndirilərkən məscidin qərb divarından təxminən 2 metr aralı bir divar çəkilib və kitabə olan divar məscidin içərisində qalıb.[7]
Məscidin ikinci kitabəsində onun 1732-ci ildə vənəndli Məhəmməd Rza tərəfindən bərpa edildiyi qeyd olunub.[3][8] Bu kitabə məscidin içərisində, şimal tərəfdəki orta sütunları birləşdirən tağın üzərində qoyulub.[9] Ölçüsü 348х26,5 sm olan kitabə süls elementli nəsx və şikəstə xətti ilə yazılıb.[9] Fars və ərəb dillərində yazılmış bu kitabədə XVIII əsrin birinci yarısında Vənəndin, elecə də Naxçıvanın iqtisadi həyatına dair məlumat verilir.[3][8] Onu ilk dəfə rus şərqşünası, tarixçi, etnoqraf və diplomat Nikolay Xanıkov fransız dilinə tərcümə edib.[3][10]
Üçüncü kitabə isə məscidin cənub divarında gəc üzərində qara rənglə yazılıb.[11][12] Bu kitabədən aydın olur ki, məscid 1890-cı ildə təmir olunub.[11] Bu təmir zamanı məscidin mehrabı bəzədilib və digər rəng işləri görülüb. Təmir işlərini görən və kitabəni yazan isə Mirzə Süleyman Mərəndidir.[12]
Sovet işğalında
[redaktə | vikimətni redaktə et]Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar.[13] Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi.[14] Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi.[14][15] Vənənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb.
Müstəqillikdən sonra
[redaktə | vikimətni redaktə et]Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[16] Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Vənənd məscidi ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.[17]
Mənbə
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 461
- ↑ Nemətova, 1963. səh. 143
- ↑ 1 2 3 4 5 6 Naxçıvan abidələri ensiklopediyası, 2008. səh. 462
- ↑ "Vənənd məscidi". anl.az. 2023-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-16.
- ↑ "Ordubad rayonu Vənənd kənd məscidi". sirat.az. 2022-09-24. 2023-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2025-01-16.
- ↑ 1 2 Naxçıvan ensiklopediyası: II cild, 2005. səh. 349
- ↑ Səfərli, 2018. səh. 46
- ↑ 1 2 Nemətova, 1963. səh. 140
- ↑ 1 2 Nemətova, 1963. səh. 139
- ↑ Nemətova, 1963. səh. 141
- ↑ 1 2 Naxçıvan tarixi: II cild, 2014. səh. 200
- ↑ 1 2 Səfərli, 2018. səh. 47
- ↑ Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 140. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ 1 2 Yunusov, Arif. Azərbaycanda İslam (PDF) (az.). Bakı: Zaman. 2004. səh. 141. ISBN 9952-8052-2-5. 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Ələsgərova, Nəsrin. "Ислам в Азербайджане: история и современность | Heinrich Böll Stiftung | Tbilisi - South Caucasus Region". ge.boell.org (rus). 2005-01-15. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-04.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
- ↑ Naxçıvan Muxtar Respublikası ərazisindəki dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri (az.). Naxçıvan: Qızıl dağ nəşriyyatı. 2009. 37.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- The encyclopaedia of “Nakhchivan monuments” (az.). Naxçıvan: national Academy of sciences of Azerbaijan nakhchivan branch. 2008. səh. 521.
- Naxçıvan ensiklopediyası (az.). II. Naxçıvan: Elm nəşriyyatı. 2005. səh. 380. ISBN 5806614689.
- Naxçıvan tarixi (az.). II. Naxçıvan: Əcəmi NPM. 2014. səh. 528. ISBN 9789952823738.
- Nemətova, Məşədixanım. Azərbaycanın epiqrafik abidələri (az.). Naxçıvan: Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı. 1963. səh. 158.
- Səfərli, Hacıfəxrəddin. Naxçıvanın məscid və ziyarətgahları (az.). Naxçıvan: Əcəmi NPM. 2018. səh. 216.