Vergi uçotu — Vikipediya
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Mühasibat uçotu |
---|
Əsas anlayışlar |
Maliyyə hesabatları |
Mühasibat uçotunun sahələri |
Audit |
Maliyyə nəzarəti |
Vergi uçotu — vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir.
Əsas amillər
[redaktə | mənbəni redaktə et]Sözügedən verginin ayrı-ayrı növlərinin uçotu və onların hesablanması Azərbaycan Respublikasının 11 iyul 2000-ci il 905-İQ №-li Qanunu ilə təsdiq edilmiş Vergi Məcəlləsi ilə tənzimlənir.
Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir.
Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır.
Vergi uçotunun əsas funksiyaları
[redaktə | mənbəni redaktə et]- ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;
- ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;
- vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək;
- düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq;
- vergi informasiyasının və vergi hesabatının formalaşdırılması üzərində nəzarət aparmaq.
Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.
Hesablanması
[redaktə | mənbəni redaktə et]Təsərrüfat subyektləri tərəfindən vergilər hesablanarkən zəruri vergi sənədləri tərtib edilir. Vergi sənədləri – vergilərin hesablanmasını, vergi məbləğini və vergi öhdəliyinin həcmini əks etdirən sənədlərdir. Vergi sənədlərinə aşağıdakılar daxildir:
- uçot-hesabat sənədləri;
- müşayiətedici sənədlər;
- vergi uçotu registrləri;
- bildiriş.
Uçot-hesabat sənədləri — vergi öhdəliyinin məbləğini əks etdirən sənədlərdir. Hər bir vergi növü üçün ayrıca bəyannamə forması müəyyən edilmişdir. Uçot-hesabat sənədləri funksiyasını yerinə yetirən vergi bəyannamələri tərtib edildikdən, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalandıqdan sonra vergi ödəyicisinin qeydiyyata alındığı vergi orqanına təqdim olunur.
Müşayiətedici sənədlər — vergilərin hesablanması üçün zəruri olan, vergi hesabatlarındakı məlumatları əsaslandıran, şərh edən arayış materialı rolunu oynayan sənədlərdir. Onlara alınmış mallara (işlərə, xidmətlərə) görə malsatanların təqdim etdikləri vergi hesab-fakturalarını misal göstərmək olar.
Vergi uçotu registrləri — müəssislərdə vergi uçotunun aparılması üçün nəzərdə tutulmuş ümumi registr və ilkin uçot formalarıdır. Belə ki, vergi uçotunda əks olunması üçün zəruri olan və ilkin mühasibat uçotu sənədlərində əks olunan informasiya, vergi uçotu registrlərində toplanmalı və sistemləşdirilməlidir. Müəyyən hesabat dövrü üçün tərtib edilmiş vergi registrlərindəki informasiya ümumiləşdirildikdən sonra, həmin məlumatlar bəyannamələrə köçürülür.
Metodu
[redaktə | mənbəni redaktə et]Hesablama metodu ilə vergi uçotu aparan müəssisələr (sahibkarlar) gəlirin faktiki əldə edilməsi vaxtından asılı olmayaraq, gəlir və xərclərini müvafiq olaraq gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi öhdəliyinin yarandığı andan (vaxtdan) uçota alınmalıdır.
Hesablama metodu ilə uçotun mahiyyəti ondan ibarətdir ki, gəlirlər pul vəsaitlərinin, əmlakın (işlərin, xidmətlərin) və ya əmlak hüququnun faktiki daxil olub-olmamağından asılı olmayaraq, onların mövcud olduqları hesabat (vergi) dövrlərinin gəlirləri kimi hesab olunur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Qəzənfər Əli oğlu Abbasov. Mühasibat uçotu (PDF). Bakı. 2015. səh. 361.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Ю. А. Бабаев, Теория бухгалтерского учета, Юнити, Москва 2012
- Бухгалтерский учет Под редакцией доктора экономических наук профессора Ю. А. Бабаева, доктора экономических наук, профессора И. П. Комиссарова Юунити, Москва — 2014
- Бухгалтерского дело под редакцией профессора М. А. Вахришеной. Москва, "Бухгалтерский учет" 2008
- И. М. Дмитриева Бухгалтерский учет и аудит. Москва, ИДФБК – ПРЕСС 2002
- Ч. Т. Хорнгрен, Дж. Фостер Бухгалтерский учот: управленческий аспект. Москва, "Финансы и статистика" — 2000
- B. U. İsayev, Q. Ə. Abbasov, M. Ç. Hacıyeva Mühasibat uçotunun nəzəriyyəsi. BakıAzərnəşr- 1998
- Q. Ə. Abbasov, Mühasibat uçotunun nəzəriyyəsi. Bakı, Az. DİU-nin nəşriyyatı −2009
- Q. Ə. Abbasov, Sıfırdan başlayan mühasibat (maliyyə) uçotu. Bakı −2013
- S. M. Səbzəliyev, Q. Ə. Abbasov, Xidmət sahələrində mühasibat (maliyyə) uçotu. Bakı −2015
- F. Q. Fərəcov, Sura mühasibə uçotun nəzəriyyəsi. Bakı- 1935
- S. M. Səbzəliyev, V. M. Quliyev, İdarəetmə uçotu. Bakı, 2014
- T. Ə. Sadıqov, İ. M. Rzayev, Vergi uçotu və audit. Bakı, 2014
- Н. П. Кондраков, Л. П. Краснова Принципы бухгалтерского учета. ФБК пресс, Москва – 1997
- Камышанов П. И. Практические Пособие по бухгалтерскому учету. Москва ТОО "Техлит" 1999
- Н. А. Каморджанова, И. В. Карташова Бухгалтерский учет. Москва-2007
- Н. П. Любушин, В. В. Жарикев, Н. В. Бородина Теория бухгалтерского учета Юнити Москва – 2000
- В. Г. Макаров, Теоретические основы бухгалтерского учета. Москва "Финансы" 1978
- Е. С. Соколова Бухгалтерское дело. Москва ИДФБК – Пресс 2005
- Г. А. Шатунова, Г. А. Корнеева Основы бухгалтерского учета. Москва ИД. ФБК – ПРЕСС 2005
- Теория бухгалтерского учета. Под редакцией доктора экономических наук профессора Е. А. Мизиковского Москва "Экономисть," 2005
- Ульянов И. Р., Попова Л. В. Бухучет. Пособие для бухгалтера и менеджера москва 1999
- Б. Нидлз, Х. Андерсон, Д. Колдуелл Принципы бухгалтерского учета. Москва – "Финансы и статистика" 1997
- В. М. Никитин, Д. А. Никитина Теория бухгалтерского учета. Издателство "Дело и сервис" Москва 1999