Viktor Şarlaxov — Vikipediya

Viktor Şarlaxov
rus. Виктор Петрович Шарлахов
Viktor Şarlaxov 1950-ci illərin əvvəllərində
Viktor Şarlaxov 1950-ci illərin əvvəllərində
Doğum tarixi
Doğum yeri Spasskoye, Tambov quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (91 yaşında)
Vəfat yeri Moskva, Moskva vilayəti, RSFSR, SSRİ
Dəfn yeri
  • Nikolo-Arxangel qəbiristanlığı[d]
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
SSRİ SSRİ
Fəaliyyəti teatrkino aktyoru
Fəaliyyət illəri 1918–1980
Teatr
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1943 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940 3-cü dərəcəli "Stalin" mükafatı — 1951
"Əmək igidliyinə görə" medalı — 1946 "Qafqazın müdafiəsinə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1946
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Petroviç Şarlaxov (Lebedev) (rus. Виктор Петрович Шарлахов (Лебедев); 31 yanvar (12 fevral) 1898, Spasskoye[d], Tambov quberniyası31 oktyabr 1989, Moskva) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943), "Stalin" mükafatı laureatı (1951).

Viktor Şarlaxov 31 yanvar (12 fevral) 1898-ci ildə anadan olmuşdur.[1] 1911–1917-ci illərdə Penzada kişi gimnaziyasında, 1915–1918-ci illərdə isə M. V. Zeninanın özəl dram məktəbində təhsil almışdır.[2]

Viktor Şarlaxov səhnə fəaliyyətinə 1918-ci ildə başlamış, 1918–1919 illərdə Penza "Azad teatrı"nda işləmişdir. 1919–1930-cu illərdə hər il RusiyanınSSRİ-nin müxtəlif — Saransk (1919–1920), Alatır (yay, 1920), Bryansk (1920–1921), Səmərqənd (yay, 1921), Aşqabad (1921–1922), Penza (1922–1923), Nijni Novqorod (1923–1924), Krasnodar (1924–1925), Qomel (yay, 1925), Tiflis (1925–1926 və 1929–1930), Sızran (yay, 1926), Yaroslavl (1926–1927), Xarkov (yay, 1927), Kazan (1927–1928), İjevsk (yay, 1928), Simferopol (1928–1929) şəhərlərinin teatrlarında çıxış etmişdir. 1930–1934-cü illərdə Samara, 1935–1937-ci illərdə Kalininsk, 1937–1938-ci illərdə Smolensk dram teatrlarında işləmişdir. 1934–1935 və 1938–1953-cü illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında, 26 avqust 1953-cü ildən 25 mart 1980-ci ilədək isə Moskvada Malı Teatrda fəaliyyət göstərmişdir.[2]

Aktyor 31 oktyabr 1989-cu ildə vəfat etmişdir.[3]

Təltif və mükafatları

[redaktə | vikimətni redaktə et]

Teatrdakı əsas rolları

[redaktə | vikimətni redaktə et]

Viktor Şarlaxov müxtəlif xaraterli rolların ifaçısı olmuş, xüsusilə komediya və satira janrında uğurla çıxış etmişdir.[4] Onun ifa etdiyi əsas rollar:[3]

  • "Ağıldan bəla", Aleksandr QriboyedovFamusov
  • "Lyubov yarovaya", Konstantin Trenyov — Yelisatov
  • "Xəzər üzərində şəfəq", İmran QasımovMəmmədov
  • "Kabus", Henrik İbsenEnqstrand
  • "Meşə", "Cehizsiz qız", "Gəlir yeri", Aleksandr OstrovskiSçaslivtsev, Karandışev, Yusov
  • "Antiqona", Jan AnuyKreont
  • "Sülh adası", Yevgeni PetrovCozef Cekobs
  • "Nikbin faciə", Vsevolod Vişnevski — Sipli
  • "Üç bacı", Anton ÇexovÇebutkin
  • "Xoşbəxtlər", Sabit RəhmanMirzə Qərənfil
  • "Şöhrətpərəstlik yarmarkası", Uilyam Tekkereyin əsəri üzrə — Pitt Krouli
  • "Nə yardan doyur, nə əldən qoyur", Lope de VeqaTristan
  • "Belə də olacaq", Konstantin SimonovFyodor Vorntsov
  • "Həyat yenidən başlayır", Vadim Sobko — Flyugel
  • "Lyonuşka", Leonid LeonovMamayev
  • "Evlənmə", Nikolay QoqolKoçkaryov
  • "Nazirin xanımı", Branislav NuşiçVasya dayı
  • "Feldmarşal Kutuzov", Vladimir Solovyov — Fransız ordusunun kapitanı
  • "Əzablı yollarla", Aleksey TolstoyTetkin
  • "Port Artur", İvan Popov və Aleksandr Stepanov — general Stessel
  • 1943 — Sualtı qayıq "T-9" (rus. Подводная лодка Т-9) — Minayev
  • 1943 — Bir ailə (rus. Одна семья) — evlər idarəsinin rəisi
  • 1956 — Qanadlar (rus. Крылья) (film-tamaşa) — Soxa
  • 1957 — Təkrarolunmaz bahar[rus.] (rus. Неповторимая весна) — Qulyayev
  • 1957 — Bacılar[rus.] (rus. Сестры) — Nikolay İvanoviç Smokovnikov
  • 1962 — Vaşinqton tarixi[rus.] (rus. Вашингтонская история) (film-tamaşa) — şlyapalı adam
  • 1964 — Port-Artur (rus. Порт-Артур) — general Stessel
  • 1964 — Çəkmələr sıx olanda (rus. Когда жмут ботинки) (film-tamaşa)
  • 1966 — Təqaüdə 40 il (rus. До пенсии - 40 лет) (film-tamaşa)
  • 1969 — Yoxsulluq qəbahət deyil (rus. Бедность не порок) (film-tamaşa) — Afrikan Savviç
  • 1969 — Böyük qaban otelində gecə (rus. Ночь в гостинице Большого кабана) (film-tamaşa)
  • 1970 — Keçmiş və düşüncələr (rus. Былое и думы) (film-tamaşa) — Sergey Aleksandroviç Kokoşkin
  • 1970 — Neva sahillərində (rus. На берегу Невы) (film-tamaşa)
  • 1975 — Meşə (rus. Лес) (film-tamaşa) — Bodayev
  • 1976 — Şöhrətpərəstlik yarmarkası (rus. Ярмарка тщеславия) (film-tamaşa) — ser Pitt Krouli
  • 1978 — Qaranlığın hökmranlığı (rus. Власть тьмы) (film-tamaşa)
  • 1979 — Xeyirxahlar[rus.] (rus. Добряки) — Arkadi Qleboviç Anyutin
  1. Шарлахов, Виктор Петрович // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. ТабаковаЯшугин. М.: Советская энциклопедия. 1967. стб. 825. 38 000 экз.
  2. 1 2 "Шарлахов Виктор Петрович". kinosozvezdie.ru. 27 сентября 2007. 25 mart 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2021.
  3. 1 2 İlham Rəhimli. Viktor Şarlaxov // Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. səh. 176–177. ISBN 978-9952-8306-3-7.
  4. Шарлахов Виктор Петрович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 467.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]