Vladimir Zayets — Vikipediya

Vladimir Zayets
Şəxsi məlumatlar
Tam adı Vladimir Vladimiroviç Zayets
Vətəndaşlığı
Doğum tarixi 10 may 1983(1983-05-10) (41 yaş) və ya 4 may 1981(1981-05-04) (43 yaş)
Doğum yeri
İdman növü yüngül atletika
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Vladimiroviç Zayets (10 may 1983 və ya 4 may 1981, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. 2008 və 2012-ci illərdə baş tutan Paralimpiya Oyunlarında medallara sahib olub.

Vladimir Zayets 1981-ci il mayın 4-də Bakı şəhərində anadan olub.

2008-ci ilin avqust ayında Vladimir Zayets Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Uzunluğa tullanma turnirində 6.80 metr nəticə ilə dördüncü pillənin sahibi olan Vladimir Zayets, üçtəjanla tullanma turnirində 15.00 metr nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Vladimir Vladimiroviç Zayets "Tərəqqi" medalı ilə təltif edildi.[1]

Daha sonra Vladimir Zayets 2012-ci ilin avqust ayında Birləşmiş Krallıqın London şəhərində baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Üçtəjanla tullanma turnirində 15.01 metr nəticə ilə gümüş medala sahib olan Vladimir Zayets, 4x100 metr məsafəyə estafet turnirində 42.92 saniyə nəticə ilə bürünc medala sahib oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edildi.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Vladimir Vladimiroviç Zayets 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edildi.[3]

2024-cü ildə Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Zayetsin baş məşqçisi olduğu Səid Nəcəfzadə qızıl medal qazanıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 sentyabr 2024-cü il tarixli sərəncamı ilə Yay Paralimpiya Oyunlarında əldə etdiyi yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Vladimir Zayets 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.[4] Nəcəfzadənin məşqçisi kimi ona həmçinin 100.000 manat pul mükafatı verilib.[5]

  1. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycanın paralimpiya idmançılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
  2. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 30.09.2022. 2022-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.09.2022.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.
  4. "Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.
  5. "Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). 2024-09-10. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-22.