Vladimirski kilsəsi (Sankt-Peterburq) — Vikipediya

Vladimirski kilsəsi
Владимирский собор
Xəritə
59°55′41″ şm. e. 30°20′54″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Vladimirski prospekti
Layihə müəllifi Xristian Lüdviq Knobel (?)
Pyetro Trezini (?)
Cakomo Kvarengi
Avraam Melnikov
Frans Ruska
Aleksandr Qolm
Memar Rastrelli
Tikilmə tarixi 1761-1769
Üslubu Baroko üslubundan klassisizmə keçid
Material kərpic
Rəsmi sayt vladimirsobor.spb.ru
İstinad nöm.7810504000
Mühafizə dərəcəsiFederal
Pavel kafedralıı (Sankt-Peterburq)
Pavel kafedralıı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimirski kilsəsi (rus. Владимирский собор) - Peterburqda fəaliyyət göstərən pravoslav kilsə, Vladimirski prospekti ev № 20 yerləşir. Kilsə Rusiyada ən çox ehtiram edilən ikonaya - Vladimir müqəddəs Ana ikonasına həsr olunmuşdu.

Məbəd Rus pravoslav kilsəsinin Sankt-Peterburq yeparxiyasının tabeliyindədir. Kilsənin başçısı mitropolit Vladimir (Kotlyarov), kilsə açardarı isə protoierey Georgi Şmidtir.

"Vladimirski kilsəsi", rəssam Ferdinand Viktor Perro (1841)

Vladimir kilsəsi ehtimal olaraq 1761-ci ildən 1769-cu ilə qədər Peterburqun Bazar Meydanında, memar Kristian Knobel və ya Pyetro Antonio Trezininin layihəsi əsasında eyniadlı və 1747-ci ilə aid taxta məbədin yerində inşa edilmişdir.

Kilsə 1783-cü ildə təqdis olunmuşdu.

1791-ci ildə memar Cakomo Kvarengi ayrıca duran ikiyaruslu zəng gülləsinin tikinti işlərini bitirdi.

18301831-ci illərdə memar Avraam Melnikov tərəfindən kilsə pritvoru ucaldılmışdı.

1848-ci ildə memar Frans Ruska zəng gülləsinə daha bir yarus əlavə edir, 18501853-cü illərdə isə o kilsəyə yeni ibadətgah və hasar inşa etdirir.

1865-ci ildən Vladimirski kilsəsinin nəzdinə daxil olan yetimxanaya və qadın düşkünxanasını ehtiva edən xeyriyyəçilik cəmiyyəti fəaliyyət göstərirdi.

18831885-ci illərdə memar Aleksandr Holm tərəfindən kilsənin künclərində əlavə tikililər inşa olunmuşdu.

18871888-ci illərdə keçirilmiş restavrasiya işlərindən sonra Rusiyanın vəftizliyinin 900 illiyi şərəfinə kilsədə təntənəli şəkildə ilahi nəğmələr oxunmuşdu.

1828-ci ildə Arina Rodionovnanın (Aleksandr Puşkinin dayəsi) ölümü səbəbindən Vladimirski kilsəsində ölü duası oxunmuşdu. Kilsə prixoduna mənsub tanınmış ədəbiyyatçılar sırasında Fyodor Dostoyevskinin adını xüsusilə qeyd etmək olar. Hazırda bu dahi yazıçının xatirəsinə kilsədə hər il panixida oxudulur.

1932-ci ildə Vladimirski kilsəsi bağlanılır, onun yerləşdiyi binada isə «Lenmaşuçyot» fabriki yerləşdirilir.

1989-cu ilin avqust ayında kilsə möminlərə yenidən qaytarılır və 7 aprel 1990-cı ildə daxili təmir işlərindən sonra ikinci dəfə təqdis olunur. Ümumilikdə isə kilsənin restavrasiya işləri hələ uzun illər davam etdi.

2000-ci ilin may ayında isə kilsəyə "Kafedral" statusu verilmişdi.

Beşgünbəzli məbəd özündə barokko memarlıq üslubundan klassisizmə bir keçid təşkil edir və onun daxilinə yuxarı (soyuq) müqəddəs Vladimir və aşağı (isti) müqəddəs İoann Damaskin kilsərini birləşdirir. Hazırda ibadət işləri yalnız yuxarı məbəddə aparılır.

Mərkəzi günbəzin yelkən və ya pandativ adlanan hissəsi yevangelistlərin heykəlləri ilə bəzədilmişdi. Yuxarı məbəddə 1808-ci ildə Aniçkov sarayının kilsəsindən buraya gətirilmiş, XVIII əsrə aid ikonostas qorunub saxlanılır. Aşağı məbədin tavanı bir zamanlar nəfis naxışlarla örtülmüşdür. XX əsrin ortalarında naxışlar ikonostas ilə birlikdə həmişəlik itirilmişdi.

Tarix boyu Kafedralın bütün başçıları
Tarix Kafedralın başçısı
1746-… keşiş Qriqori Matveyev
176320 oktyabr (1 noyabr) 1770 keşiş İoann Kirikov (…—1770)
17701783 keşiş Yakov İoannoviç Qrayevski
17831789 protoierey Yakov İllarionov (…—1789)
17891798 keşiş Filipp Vasilyev
17901808 keşiş İoann Feodoroviç Başilov
18081810 protoierey İoann Nikitiç Qolubev
18101825 protoierey Pavel Petroviç Sviyazyev (…—1825)
18261831 protoierey Simeon Yakovleviç Platonov (…—1831)
183122 yanvar (3 fevral) 1864 protoierey Mixael Nikitiç Mallein (1788—1864)
18641892 protoierey Aleksandr Nikolayeviç Sokolov (1817—1903)
18921893 protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909)
18931895
18951902 protoierey Nikolay Mixayloviç Viroslavski
19021903 protoierey Dimitri Aleksandroviç Priselkov (…—1909)
19041917 protoierey Aleksandr Aleksiyeviç Vladimirski
1917iyun 1922 protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra)
oktyabr 1922avqust 1923 protoierey İoann Yakovleviç Sokolov
avqust 1923iyun 1932 protoierey Pavel Antoniyeviç Kedrinski (1863 — 1935-ci ildən sonra)
19321990 məbəd fəaliyyət göstərmirdi
1990 mitropolit Aleksiy (Ridiger)
19901995 mitropolit İoann (Snıçev)
1996 - bu günə kimi mitropolit Vladimir (Kotlyarov)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]