Vudi Herman — Vikipediya
Vudi Herman | |
---|---|
ing. Woody Herman | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 may 1913[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 29 oktyabr 1987[1][2][…] (74 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Emfizem |
Dəfn yeri |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor, qrup rəhbəri[d], klarnet ifaçısı[d], saksofonçu[d], bəstəkar, cazmen, müğənni, səsyazma sənətçisi[d] |
Janr | caz[3] |
Musiqi alətləri | saksofon, klarnet[3] |
Albom şirkətləri | Capitol Records[d], Decca Records[d] |
Mükafatları | |
woodyherman.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Vudi Herman (ing. Woodrow Charles Thomas Herman, «Woody» Herman; 16 may 1913[1][2][…], Miluoki, Viskonsin – 29 oktyabr 1987[1][2][…], Los-Anceles, Kaliforniya) — Amerika cazmeni.
Həyatı
[redaktə | mənbəni redaktə et]V.Herman 1913-cü il mayın 16-da Viskonsin ştatının Miluoki şəhərində dünyaya gəlib. 6 yaşı olanda kiçik məclislərdə çıxış etməyə başlayıb. Artıq 9 yaşında Vudi saksofonda ifa etməyi bacarırdı. 11 yaşında isə əlinə klarnet götürdü.
Dörd ildən sonra Vudi yaxşı musiqiçilərdən sayılırdı. Lakin Vudi bununla kifayətlənmək istəmirdi və 1933-cü ildə öz şəxsi orkestrini yaratmağa cəhd elədi. Ancaq onun bu cəhdi uğursuz alındı. 20 yaşlı gənc musiqiçiləri ilə bacara bilmədi.
1934-cü ildə tanınmış musiqiçi İşem Consun orkestrinə dəvət etdilər. 1936-cı ildə o yenidən cəhd elədi və ən yaxşı musiqiçiləri ətrafına yığaraq öz orkestrini yaratdı. Az müddətdə orkestr böyük populyarlıq qazandı və hətta “Decca” studiyası ilə müqavilə də bağladı. Məhz orada orkestrin birinci böyük hiti yazılır.
Qısa müddət ərzində orkestr ABŞ-də ən yaxşı orkestr sayılmağa başlanır. Lakin 1946-cı ildə Herman orkestri buraxmalı olur. Cəmi bir il sonra isə yeni orkestr yaradır. Lakin maliyyə problemləri üzündən 1949-cu ildə Herman bu orkestri də buraxmalı olur. Lakin sonrakı illərdə də Herman bir neçə dəfə orkestr qurur və müvəffəqiyyətlə ona rəhbərlik edir.
Həyat yoldaşının ölümü Hermana pis təsir etdi və 1987-ci il oktyabrın 29-da Herman Los Ancelesdə dünyasını dəyişdi. Hazırda məşhur musiqiçinin adını daşıyan Vudi Herman Orkestri musiqisevərləri ovsunlamaqda davam edir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- George Simon The Big Bands, Schirmer Books 1981 (с интервью В.Германа)
- Gene Lees Leader of the Band- life of Woody Herman, Oxford 1997
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Woody Herman // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Montreux Jazz Festival Database.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Vudi Herman ilə əlaqəli mediafayllar var.