Vulkan — Vikipediya

Ojos del Salado vulkanı, Argentina (6891 m)
Rinjani vulkanın püskürməsi (1994)

Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ[1][2] — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur.[3]

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca maqma yarıqlarla hərəkət edərək litosferə daxil olur. Bu yolla yerin üzünə çıxmış maqmaya lava deyilir. Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm də bərk və qaz halında olan maddələr xaricə çıxır. Əksər hallarda vulkanlar konus şəklində olurlar. Vulkanın forması başqa şəkillərdə də ola bilər. Püskürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ətrafında olan ərazilərdə maqmatik özəyinsoyuması ilə müşaiət olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş verir. Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar. Dünyanın ən boyuk vulkanı Lyulyaylyako — 6723m .

Vulkan aparatı

[redaktə | vikimətni redaktə et]
Sabancaya vulkanının püskürməsi, Peru, 2017.

Maqmanın kənar və ya baş maqmatik ocaqdan Yer səthinə doğru hərəkət edən kanallar sistemidir. Müasir vulkanik əyalətlərdə vulkan aparatının adətən üst hissələri, əsas və ikinci dərəcəli vulkanların krater və boğazları müşahidə edilir. Paleovulkanik əyalətlərdə isə intensiv denudasion proseslər nəticəsində vulkan aparatının aşağı hissələri (maqma kütləsi ilə dolmuş nekklər, sillər, ştoklar, hibabissal intruizvlər) şəklində açılır.[4]

Vulkan bombası

[redaktə | vikimətni redaktə et]

Kraterdən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçasıdır. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən bərkimiş lavadan ibarət olur və "bürünmüş" vulkan bombası adlandırılır.

Vulkan külü kövrək narın dənəli piroklastik materialdır. Vulkanların püskürmə mərkəzindən atmosfer amilləri vasitəsilə yüz və min km-lərlə məsafəyə aparlan və ayrı-ayrı hissəciklərin ən kiçik zərrəcikləri (< 0,05mm) toz, nisbətən iriləri (0,1–2,0 mm) isə qum adlandırılır.

Vulkan ocağı vulkanı qidalandıran təcrid olunmuş maqma kamerası və ya rezervuardır. Vulkan ocağı Yer səthi ilə vulkan kanalı vasitəsilə birləşir. Periferik, qabıq və mantiya vulkan ocağından ayrılır.

Vulkan fəaliyyətinin formaları

[redaktə | vikimətni redaktə et]

Vulkan fəaliyyəti iki əsas mərhələyə ayrılır.

a) vezuvial-püskürmə halı

b) yalnız krater fumorollarının fəaliyyəti ilə səciyyələnən solfator-sakitlik halı

Vulkan püskürməsi

[redaktə | vikimətni redaktə et]

Qızmar və ya isti, bərk, maye və ya qazvari vulkan məhsullarının Yer səthinə çıxması ilə nəticələnən prosesdir. Bu proses lava axınları, plastik və ya bərk maddə tullantıları ilə müşayiət olunan qaz partlayışı ilə səciyyələnir. Çıxarıcı kanalın formasına və Yer səthində paylanmasına görə vulkan püskürməsi çatlı, xətti çox-çıxışlı və mərkəzi, təzahür xüsusiyyətlərinə görə isə effuziv, eksploziv, ekstruziv və qarışıq növlərinə ayrılır. Vulkan püskürməsinin fazaları püskürmənin əsas mərhələləri olub, qısamüddətli nisbi sakitlik dövrü ilə ayrılır, üstünlük təşkil edən fəaliyyətin xarakteri ilə fərqlənirlər. Vulkan fəaliyytətinin hər fazasına müəyyən vulkanik məhsullar tipi uyğun gəlir. Piyp 1944–1945-ci illərdə Klyuçev vulkanının püskürməsində aşağıdakı fazaları ayırmışdır:

1783–1784-cü illərdə əsas dünya iqlim dəyişikliyinin mənbəyi olan İslandiyadakı Lakagigar fissure ventilyasiyası uzunluğu boyunca vulkanik konuslar zəncirinə malikdir.

1) kül eksploziyaları

2) bomba eksploziyaalrı

3) kiçik ölçülü paroksizmlər

4) baş paroksizm və ya kulminasion faza

Vulkan püskürməsinin müjdəçiləri püskürmənin yaxınlaşmasını xəbər verən biloji (vulkanətrafı sahələrdə istiliyin artması nəticəsində bitki örtüyünün quruması), geokimyəvi (fumarollarda, isti su bulaqlarında və hətta havada vulkanik qazların tərkibinin dəyişməsi), geoloji (sönmüş vulkanların əmələ gəlmə vaxtının, püskürmə səciyyəsinin radiokarbon və b. üsullarla təyini) və geofiziki amillərdir. Püksürməni xəbər verən ən etibarlı və dəqiq məlumatı geofiziki, xüsusilə seysmoloji tədqiqatlar vasitəsilə əldə etmək mümkündür. Bu hadisələr aşağıdakılardır:

1) böyük dərinlikli və ya aralıq zəlzələlərin baş verməsi:

2) vulkanda və ya onun yaxınlığında zəlzələ tezliliyinin dəyişməsi:

3) vulkan yaxınlığında Yer səthində deformasiyaların əmələ gəlməsi

4) kraterdə və ya ona yaxın fumarollarda mənbələrdə temperaturun dəyişməsi:

5) vulkanda və onun yaxınlığında maqnit, elektrikqravitasion sahələrinin anomal dəyişməsi

Vulkan şüşəsi

[redaktə | vikimətni redaktə et]

Vulkan şüşəsi tünd rəngli qatran parıltılı, tərkibində 8–10% su olan vulkanik şüşədir. Tərkibinə görə turş (riolit, traxit), nadir hallarda isə əsası bazalta uyğundur. Vulkan şüşəsi yüngül kərpiclərin alınmasında, beton (aşqar kimi), istilik keçirməyən və istiyədavamlı sementlərin istehsalında istifadə olunur — məs:Qatran daşı.

Vulkan tozu Şiferdekerə görə (Schieferdecker), eksploziya yoli ilə əmələ gəlmiş və hissəciklərinin ölçüsü < 0,05mm olan incədənəli piroklastik materialdır.

Vulkanik künbəz

[redaktə | vikimətni redaktə et]

Vulkanik künbəzin hündürlüyü bir neçə m-dən 700–800-m-ə çatan dik yamaçlı (40· və daha çox) künbəzvari formalı ekstruziv qurum: qatı lavanın vulkanik kanaldan Yer səthinə sıxılıb çıxarılması nəticəsində əmələ gəlir. Vulkan künbəzi böyüməsi, adətən qaz, yüksək hərarətli buxar dumanının ayrılması və uçqunlara səbəb olan güclü partlayışlarla müşayiət olunur. Künbəzin daxili hissəsi plastikliyini kifayət dərəcədə saxladığı üçün kümbəzin lava nüvəsi bütöv kütlə şəklində bərkiyir. Vulkanik künbəz üçün ardıcıl örtüklərin yaratdığı özünəməxsus təbəqəli (soğanaqlı) quruluş səciyyəvidir. Bəzən vulkanik künbəz zirvəsində soyumuş materialın çökməsi və ya vulkan boğazında lavanın səviyyəsinin düşməsi nəticəsində kasavari çuxur yaranır.

Vulkanik dağlar

[redaktə | vikimətni redaktə et]

Vulkanik dağlar dedikdə vulkanların fəaliyyəti nəticəsində yaranan relyef formaları nəzərdə tutulur. Vulkanlar sönmüş və fəaliyyətdə olan qruplara bölünür. Dünyada 600-dən çox fəaliyyətdə olan vulkan var. Bunlardan 400-ə qədəri Sakit okean hövzəsində yayılmışdır. Bu əraziyə Sakit okean "odlu qurşağı" deyirlər. Fəaliyyətdə olan vulkanların ikinci geniş yayıldığı areal Aralıq dəniziMərkəzi Amerika sahilləridir. Fəaliyyətdə olan vulkanlar Kaynozoy erasının cavan qırışıq dağları arasında yayılmışdır. Dünyada fəaliyyətdə olan ən yüksək vulkan Cənubi Amerikadakı Lyulyaylyako (6723 m) dağıdır. Havay adaları vulkanik mənşəlidir. Burada Manua-Kea dağı var. Bu dağın dəniz səviyyəsindən hündürlüyü 4200 metrdir. Dəniz suyunun altında isə dağın 5840 metr hissəsi qalır. Dəniz səviyyəsi nəzərə alınmasa bu dağ dünyanın ən hündür dağı olardı. Dünyada vulkanik yolla əmələ gəlmiş və sönmüş vulkan hesab olunan yüzlərlə dağ var. Elbrus, Kazbek, Ağrı dağı, Dəmavənd, Mak-Kinli və s. bunlara aiddir. Dünyada ən yüksək sönmüş vulkanik dağ Cənubi Amerikadakı Çim-Boraso`dur. Yalançı vulkanlar (palçıq vulkanları) palçıq püskürür. Azərbaycanda ən böyük yalançı vulkan Qobustan qəsəbəsi yaxınlığında yerləşən Toroğay vulkanıdır. Uzunluğu 402 metrdir.[5]

Vulkanik zəlzələlər

[redaktə | vikimətni redaktə et]

Vulkanik zəlzələlər püskürmə ərəfəsində maqmanın yuxarı horizontlarına soxulması və ya partlayış nəticəsində baş verən zəlzələdir. Belə zəlzələlər adətən zəif olub yalnız vulkan yaxınlığında qeydə alınır.

Vulkanın formaları

[redaktə | vikimətni redaktə et]
  • Qalxanvari vulkan;
  • Günbəzi vulkan;
  • Qatlı vulkan;
  • Mürəkkəb vulkan. Qeyzer:vulkan püskürməsi nəticəsində yerin altından təzyiqlə çıxan suya deyilir. İslandiyada, Yeni Zelandiyada bununla evləri qızdırırlar.

Vulkanın növləri

[redaktə | vikimətni redaktə et]
  • Aktiv vulkan — Onlar aktiv olmayan və hər an püskürə bilən vulkanlardır. Bu, əksər vulkanlarda baş verir, lakin buna misal olaraq İspaniyanın La Palma şəhərindəki Cumbre Vieja vulkanını (hazırda püskürür), İtaliyanın Siciliya bölgəsindəki Etna vulkanını (hazırda püskürür) və Qvatemaladakı Fueqo vulkanını (hazırda püskürür) və Kosta Rikada İrazu vulkanı.
  • Fəal olmayan vulkan — Onlara şpallar da deyilir və onlar minimal aktivliyi saxlayan vulkanlardır. Aşağı aktivliyinə baxmayaraq, arabir püskürür. Əsrlər boyu vulkan püskürmələri olmadıqda, vulkan hərəkətsiz sayılır. İspaniyanın Kanar adalarındakı Teide vulkanı və ABŞ-dəki Yellowstone super vulkanı sönmüş vulkanlara misaldır. Bununla belə, hər iki nümunə son illərdə hərəkəti göstərir, onların yaşadığı ərazidə mülayim zəlzələ baş verib, bu da onların hələ də "sağ" olduğunu və nə vaxtsa aktivləşə biləcəyini, nəsli tükənmədiyini, nə də yerindən köçdüyünü göstərir.
  • Sönmüş vulkan — Onlar püskürən sonuncu vulkandır və 25.000 ildən çox əvvələ aiddir. Hər halda, tədqiqatçılar onların nə vaxtsa yenidən peyda ola biləcəyini istisna etmirlər. Bu üsula, tektonik hərəkəti maqma mənbəyindən sıxışdırılmış vulkan da deyilir. Havaydakı Diamond Head vulkanı sönmüş vulkanın nümunəsidir.

Ən böyük vulkan püskürmələri

[redaktə | vikimətni redaktə et]

İncəsənətdə

[redaktə | vikimətni redaktə et]

Təsviri incəsənətdə

[redaktə | vikimətni redaktə et]

Maraqlı Məlumatlar

[redaktə | vikimətni redaktə et]
  • Lava sudan 90-qat daha qatıdır.
  • Lavanın saatda sürəti 90/km-dir.
  • Lava 1500–2000 °C isti olur.
  • Lavanın soyuyub maqmatik süxura dönməsi üçün 594 °C soyumalıdır.
  • Maqmatik süxur, Maqmanın soyuması nəticəsində alınan daş (süxur).
  1. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 685. ISBN 978-9952-523-37-9. yanardağ
  2. Nəriman Seyidəliyev. Azərbaycan dilinin sinonimlər lüğəti. 2007. səh. 394. Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2022-03-21. İstifadə tarixi: 2020-06-05.
  3. Vulkan // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
  4. "Geologiya terminlərinin izahlı lüğəti". Archived from the original on 2023-05-11.
  5. # Alxasov O. K., Ələsgərov D. M., Pənahov Ş. M., Məmmədov R. İ. "Materiklərin və okeanların fiziki coğrafiyası" Bakı, "Təhsil", 2002, 252 səh.
  6. 1 2 3 4 5 6 7 8 9 10 11 "XX əsr en böyük vulkan püskürmeleri". 2009-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.
  7. 1 2 3 "XX əsr ən böyük vulkan püskürmələri". 2009-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-09.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]