Xələç tərsanələri — Vikipediya
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Yerləşməsi | Kasımpaşa, Bəyoğlu |
Banisi | II Mehmed |
Tikilmə tarixi | 1455 |
Xələc tərsanələri (türk. Haliç Tersaneleri) — Türkiyədə İstanbul şəhəri daxilində, Qızıl buynuz (Xələç) buxtasında tərsanə.[1] 1455-ci ildən fəaliyyət göstərən dünyanın ən qədim tərsanələrindən biri. Osmanlı imperiyası dövründə hərbi donanmanın əsas bazası.[2] Hal-hazırda gəmi tərsanəsi, 1851-ci ildən fəaliyyət göstərən İstanbulda gəmi xidmətində ixtisaslaşmış, gəmiqayırma zavodunda təmir və təmir işləri aparan "Şehir Hatları A. Ş." nəqliyyat şirkətinə məxsusdur.[3]. Xələc tərsanəsi, İstanbulun Beyoğlu səmtindəki Kasımpaşa məhəlləsində təxminən 70 hektar ərazidə yerləşir. Gəmiqayırma zavodu 475 metr dəniz sahiləni tutur, hazırda istifadə olunmayan üç dok və iki gəmiqayırma zavodundan ibarətdir.[3] Gəmiqayırma zavodunun metal emalı həcmi ildə 3000 ton təşkil edir ki, bu da müxtəlif yerdəyişməli gəmilərə üç dokda xidmət göstərməyə imkan verir: 118,75 × 22,20 × 13.50 m, 83,50 × 16,00 × 10.50 m və 153,40 × 19, 20 × 9.56 m.[3] 28 kruiz gəmisinə malik tərsanə sahibinin bütün donanmasına xidmətdən əlavə olaraq, İstanbul şəhər bələdiyyəsinin (İBB), Üsküdar bələdiyyəsinin ISTAÇ Bələdiyyə Tullantıları Müəssisəsi, Türk Dəmir Yolu (TCDD), Əsas Sahil Mühafizəsi, Ədliyyə Nazirliyi, digər dövlət qurumları, neft və qaz şirkəti BOTAŞ gəmilərinə və həmçinin şəxsi gəmilərə də xidmət göstərir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Osmanlı Donanması Sultan II Mehmed tərəfindən yaradılmış və 1453-cü ildə Konstantinopolu almasına imkan vermişdi. Konstantinopolun ələ keçirilməsindən sonra II Mehmed gəmilərin inşası üçün Kasımpaşa dəniz arsenalını yaratdı.[4] 1455-ci ildə Xaliç gəmiqayırma tərsanəsi işə başladı. Növbəti Sultan II Bayazid, dəniz arsenalını gücləndirərək Osmanlı imperiyasının Aralıq dənizindəki dəniz hökmranlığının təməlini qoymuşdu. Beləliklə, Venesiya Respublikasının donanmasına müqavimət göstərə biləcək bir donanma suya salındı.[5]. Buna, Əndəlüsdən İspan İnkvizisiyasından qaçan və 2 yanvar 1492-ci ildə Qranadanın süqutundan sonra İstanbula gəlməyə başlayan mahir dənizçilər — moriskos (İspan müsəlmanları) səbəb olmuşdu.[6][7][8]. Tərsanə Osmanlı donanmasının əsas arsenalı sayılırdı. Osmanlı donanmasının döyüş gəmilərinin çoxu Kasımpaşada düzəldilib və suya salınmışdı.[9].
XVI əsrdə tərsanə Avropada ən böyük gəmiqayırma müəssisəsi idi. Gəmi düzəltmək üçün taxta Cənubi Qara dəniz bölgəsindən daşınırdı.[10]. XIX əsrdə Kasımpaşa tərsanəsi Avropa mühəndislərinin rəhbərliyi altında yenidən qurulmuşdur.[11].
Tərsanədə 1827-ci ildə ilk müasir gəmi, 1827-ci ildə ilk buxarlı gəmi, 1886-cı ildə Əbdülhəmid və Əbdülməcid adı verilen ilk sualtı qayıq inşa edildi.[12]
1878-ci ildən etibarən II Əbdülhəmidin laqeydliyi nəticəsində donanma,[13] Haliçdə tərk edildi və dənizə açılmadı.[13] 1897-ci il Osmanlı-Yunan müharibəsində Osmanlı donanması özünü göstərə bilmədi. 1909-cu ildə "Donanma cəmiyyəti"nin səyləri ilə müasir donanma işləri xalqın maddi yardımları ilə davam etdi.[2][13] Bu cəmiyyətin səyləri ilə çox sayda müasir döyüş gəmisi alındı. Alman zabitlərindən ibarət olan bir heyət ilə islahat işləri canlandı. Trablis müharibəsində və Balkan müharibəsində Osmanlı donanması fəaliyyət göstərdi. Lakin I Dünya Müharibəsində Egey dənizində məhdud fəaliyyət göstərmək məcburiyyətində qalan donanma, Çanaqqala Dəniz Döyüşlərində müvəffəqiyyətli oldu.[2][14] I Dünya Müharibəsindən sonra donanma, Mərmərə dənizində ittifaq qüvvələrinin nəzarəti altında oldu.[2]
2009-cu ildə Xələc tərsanəsində uzunluğu 42 metr olan 3 sərnişin gəmisi düzəldilmişdir.[3]
Qalareya
[redaktə | mənbəni redaktə et]- Xələc tərsanəsi (fevral 2013)
- Xələc tərsanəsi (fevral 2013)
- Xələc tərsanəsi (fevral 2013)
- Xələc tərsanəsi (fevral 2013)
- Xələc tərsanəsi (fevral 2013)
- Xələc tərsanəsinin dənizdən görünüşü
- Xələc tərsanəsi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Веселов, Виталий Терентьевич. Транспорт современной Турции. М.: Наука. АН СССР. Ин-т востоковедения. 1969. 107.
- ↑ 1 2 3 4 "TSK'nın resmi tarihçe sayfası". 2012-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-16.
- ↑ 1 2 3 4 5 "Tersane Hizmetleri" (türk). Şehir Hatları A.Ş. 2022-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-21.
- ↑ Н. Павлищева, А. Владимирский. Роксолана и Сулейман. Возлюбленные «Великолепного века». Великие женщины XX века. Незабываемые книги Виталия Вульфа. М.: Яуза : Эксмо. 2014. ISBN 978-5-699-70060-8.
- ↑ Гудвин, Джейсон. Величие и крах Османской империи : властители бескрайних горизонтов. М.: КоЛибри. пер. с англ. М. Шарова. 2013. 121. ISBN 978-5-389-02499-1.
- ↑ Стамбул. Новый Вавилон на берегах Босфора : путеводитель. Исторический путеводитель; Вып. 100. М.: Вече. авт.-сост.: С. М. Бурыгин, Н. Н. Непомнящий. 2011. ISBN 978-5-9533-5642-8.
- ↑ Ал. Борзенко, Ан. Борзенко. Стамбул : византийские церкви, османские мечети, дворцы и крепости, рынки и хамамы, цистерны и музеи : путеводитель. Вокруг света; 275 (Изд. 3-е). М.: Вокруг света. 2012. 183. ISBN 978-5-98652-347-7.
- ↑ Финкель, Кэролайн. История Османской империи. Видение Османа. История в одном томе. М.: АСТ. пер. с англ. О. Э. Колесникова. 2017. 141. ISBN 978-5-17-089525-0.
- ↑ Королев, В. Н. Босфорская война. История казачества. М.: Вече. 2013. 142. ISBN 978-5-4444-1087-5.
- ↑ Карпов, С. П. Итальянские морские республики и Южное Причерноморье в XIII-XV вв.: проблемы торговли. М.: Изд-во МГУ. 1990. ISBN 5-211-01051-5.
- ↑ ВТ-ЭСБЕ|Константинополь|Ир. Половинкин|том=XVI|страницы=51–59
- ↑ "Bu da oldu! Tarihi Haliç tersanesine 'beton santrali' kuruldu" Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine Şablon:Webarşiv. Diken. 4 Ekim 2015. En son 5 Ekim 2015 tarihinde erişildi.
- ↑ 1 2 3 Büyük Larousse (1986), Milliyet Yayınları, Cilt VI, s. 3037–3041
- ↑ 20. Yüzyıl Ansiklopedisi (1990), Tercüman Yayınları, s. 76–79