XIV Dalay Lama — Vikipediya

XIV Dalay Lama
tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་
Digər adı Nqaqvanq Lovzanq Tençzin Qyamçxo
Doğum tarixi 6 iyul 1935(1935-07-06)[1][2][…] (89 yaş)
Təhsili
Fəaliyyəti bhikşu, Lama, siyasətçi
Mükafatları Nobel mükafatı laureatı (1989)
İmza
dalailama.com
dalailama.ru
eldalailama.com
fr.dalailama.com
de.dalailama.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIV Dalay Lama (Nqaqvanq Lovzanq Tençzin Qyamçxo, tib. བསྟན་འཛིན་རྒྱ་མཚོ་; 6 iyul 1935[1][2][…]) — Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri. Sülh üzrə Nobel mükafatı laureatı (1989). 2006-cı ildə ABŞ-nin ali mükafatı sayılan - Konqressin Qızıl medalı ilə təltif olunmuşdur. 2011-ci il 27 aprelə qədər o sürgündə olan Tibet hökumətinə başçılıq etmişdir (onu Lobsanq Sanqay əvəz etmişdi).

XIV Dalay Lama, Tençzin Qyamçxo tibet xalqının dini lideri hesab olunur. Tibet buddistləri Dalay Lamanın Avalokiteşvara (Çenrezi), Bodxisatva iztirabın Yerdəki təcəssümü hesab edirlər. Onlara görə, Dalay Lama insanlara xidmət etmək üçün dünyaya gəlmişdir.

XIV Dalay Lama 6 iyul 1935-ci il tarixində Tibetin şimal-şərqində yerləşən Amdo vilayətinin geniş vadisində təpədə yerləşən balaca və kasıb Takçer adlı kənddə kasıb bir ailədə anadan olmuşdur. İndi bu ərazilər Çinin əyaləti olan Çinxayın tərkibinə daxildir. Onun atası və anası kənddə yaşayan digər 20 ailə kimi ( bəzi etnik çin ailələrini çıxmaq şərtilə) yulaf, buğda və kartof yetişdirməklə məşğul olurdular. O, anadan olarkən ona Lhamo Thondup ("arzuları yerinə yetirən ilahə". Tibetdə ad seçərkən körpənin cinsinə baxmırlar, ona görə Dalay Lama qadın adı almışdı.Bu haqda özü yumorla xatırlamışdı.)adı verilmişdi. O, ailədə 16 uşaqdan 9-cusu idi. XIV Dalay Lama "Mənim yurdum və mənim xalqım" adlı öz avtobioqrafiyasında belə yazmışdır: "Əgər mən varlı aristokratik ailədə anadan olsaydım, mən kasıb tibetlilərin arzu və hisslərini hiss edə bilməyəcəkdim. Sadə mənşəyim sayəsində mən onları başa düşür,onların fikirlərini duyuram və onların rifahını yaxşılaşdırmaq üçün əlimdən gələn hər şeyi etməyə çalışıram".

1909-cu ildə XIII Dalay Lama özünün müqəddəs yerlərə ziyarəti zamanı Takçer kəndinə baş çəkir. O, bu yerlərin gözəlliyinə heyran qalraq bura yenidən qayıdacağını söyləyir. 1937-ci ildə XIII Dalay Lamanın vəfatından sonra kəndə bir qrup lama yeni təcəssümü axtarmağa gəlirlər. Müvafi sınaqlardan sonra (ona əvvəlki Dalay Lamanın əşya və oyuncaqlarını göstərəndə "Bu mənimdir, bu mənimdir!" demişdir) 2 yaşlı Lhamo Thondup əvvəlki Dalay Lamanın reinkarnasiyası elan olundu. XIV Dalay Lama özü bəzən inkarnasiyaların həqiqi olmadığını söyləmişdir. O özünün V Dalay Lamanın ( Tibetdə onu xidmətlərinə görə, "Böyük Beşinci" adlandırırdılar) təcəssümü olduğunu bildirmişdir, çünki uşaqlıqda onun bu Dalay Lamanın həyatı ilə bağlı çoxlu yuxuları olmuşdur.

Takçer kəndinin yerləşdiyi şərqi Tibet Çinin nəzarəti altında idi. Tibet hökuməti ilə yerli administrasiya arasında uzun danışıqlardan sonra 1939-cu il 10 iyul tarixində 4 yaşlı Lhamonun böyük karvanla Tibetin paytaxtına yollanması üçün icazə alınmışdı. 3 aydan sonra, 1939-cu ilin oktyabrında karvan artıq Lhasada idi.

Gənc Dalay Lama Britaniya Hindistanının təqibindən qaçaraq 7 il Tibetdə yaşamış məşhur avstriyalı alpinist,yazıçı, SS zabiti və Nasist-sosial partiyasının üzvü olan Henrix Xarrerlə tanış olmuşdur. Xarrer 10 yaşlı Dalay Lamaya tibetlilər üçün qəribə sayılan qərb dövlətləri haqda çoxlu şeylər danışmışdır. Bu faktdan istifadə edən müasir çin propaqandası Dalay Lamanın guya nasistlərlə əlaqəsi olduğunu bildirmişlər. Sonralar Dalay Lama özü nasistlər haqda heç nə eşitmədiyini bildirmişdir.

Gənc Dalay Lama

Taxta çıxması və təqib

[redaktə | mənbəni redaktə et]

1940-cı il 22 fevral tarixində Tibetin paytaxtı Lhasa şəhərində taxta çıxmışdır. 1949-cu il və 50-ci illərdə çin kommunistlərinin Tibetə zorla soxulması nəticəsində Dalay Lama 9 il Çin mərkəzi hökuməti ilə dinc şəkildə birgə yaşamaq üçün danışıqlar aparmışdır. Anti Çin üsyanından sonra o 1959-cu ildə o Lhasanı tərk edərək Hindistana sığınacaq axtarmağa qaçır.

Dalay Lama 6 yaşından 25 yaşına qədər qeşe-laharamba ("buddist fəlsəfə doktoru") yüksək alim dərəcəsini almışdır. 24 yaşında o Tibetdə yerləşən 3 əsas monastır universitetdə imtahan vermişdir: Drepunq, Ser və Qanden universitetlərində. O, sonuncu imtahanlarını hər il Lhasada keçirilən ibadət mərasimi vaxtı 1959-cu ilin qışında vermişdir. İmtahan gününün səhərisi Dalay Lama məntiqdən 30 alimə imtahan vermişdir. Günün ikinci hissəsində o, 15 alimlə fəlsəfə haqda disput aparmışdır. Axşam 35 alim ona monax intizamı və metafizikası haqda suallarla imtahan etmişdir. Dalay Lama 20 000 alim-monaxın iştirakı ilə qeşe-lharamba dərəcəsini almışdır.

Ölkəyə rəhbərliyi

[redaktə | mənbəni redaktə et]

1949-cu ildə Tibet-Çin münasibətləri kəskinləşdi. Çin hökuməti Tibetin Çinin ərazisi olduğunu iddia edirdi. Dalay Lama yazırdı: " 1912-ci ildən 1950-ci ilə qədər Tibet de fakto dövlət olmuş və hər hansı bir dövlətdən asılı olmayaraq bizim statusumuz 1912-ci ildə olduğu kimidir". 1950-ci il 17 noyabr tarixində Çin Xalq - azadlıq qoşunu Şərqi tibetə soxularaq, vəziyyəti gərginləşdirir. 1950-сi ildə Hindistanın Xarici İşlər Nazirliyi Pekinə belə bir nota göndərmişdir: "İndi Çin hökuməti Tibetə soxulması nəticəsində çətin ki sülh danışıqları bağlanılsın və tibet xalqı buna görə daima qorxu içində yaşayacaqdır."

2001-ci ildə Tibet tarixində ilk dəfə Kalon Tripa ( baş nazir) vəzifəsi üçün demokratik seçkilər keçirilmişdir. Dalay Lamanın intervusundan: "2001-ci ildə biz demokratik seçkilər vasitəsilə baş naziri seçdik, bu andan etibarən mən yarı cəhətdən istefada sayılıram.Dalay Lamanın növbəti təcəssümlərində o artıq siyasi hakimiyyətə başçılıq etməyəcəkdir. Dalay Lama institutunun mövcud olub -olmamasını tibet xalqı özü gələcəkdə seçəcəkdir". 2011-ci ilin martında Dalay Lama Tibet siyasi rəhbərliyindən getdiyini bildirmişdir.

Ahimsa zonası. Sülh üzrə Nobel mükafatı alması

[redaktə | mənbəni redaktə et]

1987-ci ilin sentyabrında Dalay Lama Ahimsa zonası və ya Sülh zonası (ing. Zone of Ahimsa) adlı siyasi proqram irəli sürmüşdür. O, bu proqramda Tibetdən başlayaraq Yer kürəsini demilitirasiya zonasına çevrilməsi ideyasını bildirmişdir. Proqramda Tibet hər bir silahdan azad olunan və təbiətlə insan arasında harmonik mövcud olan yer kimi göstərilir. Bu planı irəli sürdüyünə görə, XIV Dalay Lama 1989-cu ilin oktyabrında sülh üzrə Nobel mükafatına layiq görülmüşdür.

Elmə münasibəti

[redaktə | mənbəni redaktə et]

Dalay Lama insanın klonlaşdırılması haqda elmi eksperimentləri dəstəkləsə də,amma bunun praktikada geniş yayılmasına qarşı çıxmışdır.

  1. 1 2 Lopez D. S. Dalai Lama XIV // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Dalai Lama // filmportal.de. 2005.