Xalid Karsıalan — Vikipediya
Xalid Karsıalan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 14 fevral 1925 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1903-cü ildən |
Rütbəsi | Mirliva |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş, İstanbul ili – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili.
I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir.
İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir.
1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir.
1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Trablusgarpdakı xidmətdən sonra Balkan müharibəsinə iştirak etmək üçün Çatalcaya göndərildi. I Dünya müharibəsi elan olunandan sonra Qafqaz cəbhəsində vəzifə aldı. Vəzifə Osmanlı-Rus Müharibəsi zamanı Rusiya tərəfindən işğal edilmiş Qars, Ərdahan və Sarıqamışı geri almaq idi. Doqquz günlük müharibədən sonra 23 dekabr 1915-ci ildə Ərdahana girməyi bacardı. Bu uğurundan sonra rütbəsi minbaşılığa, Çorum dəstəsinə qarşı apardığı əməliyyatlardan sonra podpolkovnikliyə yüksəldi.
10 may 1917-ci ildə Qərbi Dərsim komandanlığına təyin edildi. Müharibənin ən əhəmiyyətli milis qüvvələrindən birini qurub, Dersimli süvari qoşunları ilə Ərzincanı, Mamahatunu və Ərzurumu geri aldı. İslam Ordusunun 3-cü Firqə Komandanı olaraq Ahıskanı mühasirəyə aldı. Mondros Atəşkəs müqaviləsinin imzalanması ilə, Ərdahanı, Qarsı və Sarıqamışı azad edərək Tutuma çəkildi, amma İngilislərin təzyiqi ilə firqə komandanlığından azad edildi.
Əli Rza Paşa hökuməti yarananda 9-cu Qafqaz Firqəsi komandanlığına təyin edildi. Ermənistan üzərində aparılan hərəkat uğuru münasibətilə polkovnik rütbəsinə yüksəldildi.
Milli Mücadilədə xidmətləri
[redaktə | mənbəni redaktə et]Xalid Paşa, Mondros Atəşkəs Müqaviləsindən sonra tərxis edilməmiş olan və Kazım Qarabəkir paşanın komandanlığı altında olan 15-ci Korpusda fəaliyyət göstərib. Regionda Qafqaz islam Ordusundan qalan qüvvələrin birləşməsini təmin etdi. Ərzurum Konqresində Trabzon nümayəndələrinin Mustafa Kamala qarşı çıxmalarının qarşısını aldı. 1920-ci ilin sonlarında Qars və Sarıqamış, 1921-ci ildə də, Ərdahanı düşmən işğallarından xilas etdi. Soyad haqqında qanunu çıxdıqdan sonra ailəsi "Karsıalan" soyadını götürmüşdür.
Gümrü Müqaviləsindən sonra Qərb cəbhəsində vəzifə verilən Xalid Paşa, Sakarya savaşında 12-ci qrupa komandanlıq edib. Bu zaman göstərdiyi igidliyə görə "Dəli" ləqəbi verilmişdir. Xüsusilə cəbhənin bir az gerisində yüksək bir yerə oturub tapançalarını dizlərinə qoyaraq "Geriyə çəkiləni vuraram" deməsi və bir neçə dəfə geriyə qaçan əsgərlər üzərində bunu şəxsən həyata keçirməsi ilə məşhur olmuşdur. Böyük döyüşdə Kocaeli qrupuna komandanlıq etdi və etdiyi zülmü ilə məşhur olan Yunan 11-ci Diviziyasını komandanı General Krokodeilos Kladas ilə birlikdə əsir aldı. Bu döyüşdən sonra general-mayor rütbəsinə yüksəlib.
Millət vəkilliyi və ölümü
[redaktə | mənbəni redaktə et]İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib. 9 fevral 1925-ci ildə məclis dəhlizində, kürəyindən tapançayla vurularaq yaralanıb və 14 fevral 1925-ci ildə həyatını itirib. Öldürülməsi, Böyük Millət Məclisində gerçəkləşən ilk cinayətdir.
Hadisədə, millət vəkili Əli Çetinkaya ilə arasında baş verən bir qalmaqaldan sonra partlayan bir silahla vuruldu. Paşanı kimin vurduğu dəqiq olaraq bilinmədi. Ancaq Ankara Prokurorluğu Xalid Paşanı Ali Çetinkayanın vurduğu qənaətinə gəldi. Özünü müdafiə halında olduğunu qəbul edərək bu hadisədən sonra icraatı dayandırıb, barışdırma qərarını verdi.
Cənazəsi İstanbulun Əyyub səmtində dəfn edilmişdir. Məzarı daha sonra Ankarada 1988-ci ildə açılan Dövlət Qəbiristanlığına köçürülüb.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Mecliste Öldürülen Ardahan Milletvekili Deli Halıt Paşa Arxivləşdirilib 2012-09-29 at the Wayback Machine
- Halit Karsıalan Kimdir Arxivləşdirilib 2015-01-20 at the Wayback Machine
- Deli Halid Paşa’nın II. Meclis’te Öldürülmesi Arxivləşdirilib 2015-03-19 at the Wayback Machine