Xallava — Vikipediya
Xallava | |
---|---|
39°24′ şm. e. 46°29′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd.[1] Kənd 2020-ci ildə işğaldan azad olunub.
Tarixi
[redaktə | mənbəni redaktə et]1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır.
Toponimikası
[redaktə | mənbəni redaktə et]Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır.[2]
Əhalisi
[redaktə | mənbəni redaktə et]"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.[3]
Mənbə
[redaktə | mənbəni redaktə et]- Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 454.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |