Xalq Müdafiə Birlikləri — Vikipediya
Xalq Qoruma Dəstələri YPG | |
---|---|
Yekîneyên Parastina Gel | |
Növü | Hərbi birləşmə |
Yaranma tarixi | 2011-ci il |
Rəsmi dili | kürd dili |
Mərkəzi | Qamışlı, Suriya |
Sədr | Sipan Hemo |
Üzvləri | Nujin Dirik (Hələb komandiri) Giwan Ibrahim (Qamışlı komandiri) Cemşîd Osman (Rəsulayn komandiri) Roshna Akeed (Rəsulayn komandiri) |
ypgrojava.org/english | |
Vikianbarda əlaqəli mediafayllar |
Xalq Müdafiə Birlikləri[1][2][3][4] və ya Xalq Qoruma Dəstələri[5][6] (kürd. Yekîneyên Parastina Gel, qısaca: YPG; ərəb. وحدات حماية الشعب, Wihdat Himayah ash-Sha'ab) — Kürd Ali Komitəsinin rəsmi silahlı birləşməsi. Rəsmi olaraq heç bir siyasi partiyayla əlaqəsi olmasa da, de-fakto Demokratik Birlik Partiyasının (PYD) silahlı qanadıdır.
Tarixi
[redaktə | mənbəni redaktə et]2004-cü ildə Qamışlı hadisələrindən sonra PYD və "Kürd Ali Komitəsi" tərəfindən yaradılan silahlı birləşmə ilk aktiv fəaliyyətinə 2011-ci ildə Suriya vətəndaş müharibəsi zamanı başlayıb.
2012-ci ilin dekabr ayının xəbərlərinə görə YPG 8 briqada və 10 min döyüşçüdən ibarətdir.[7] 2013-cü ilin yaz aylarının sonlarına yaxın isə bu rəqəmin 15 minə çatdığı bildirilir.
YPG-də kişilərlə yanaşı qadınlar da vuruşur; 2013-cü ilin fevral ayında Əfrin şəhərində 150 nəfərdən ibarət ilk qadın batalyonu yaradılıb.[8]
Suriya vətəndaş müharibəsindəki yeri
[redaktə | mənbəni redaktə et]2003-cü ildə kürd muxtariyyəti tələbi ilə qurulan Demokratik Birlik Partiyasının (PYD) de-fakto silahlı qanadı sayılan YPG hal-hazırda Suriyanın Hələb mühafazasının Əfrin, Kobani, Cinderis şəhərlərini, Haseke mühafazasının Amude, Derik, Efrin bölgələrini, Əl Dərbasiyə, RəsulaynAfr şəhərləri ilə Tirbesipiye qəsəbəsini öz nəzarəti altında saxlayır.
23 may 2013-cü il tarixində Demokratik Birlik Partiyasının (PYD) sədri Salih Müslim Suriya neftinin 60%-nin kürdlərin yaşadığı ərazidə yerləşdiyini və kürd nəzarətində olduğunu bildirdi.[9]
6 iyun 2013-cü il tarixində isə Demokratik Birlik Partiyası rəsmi nümayəndə heyəti və o cümlədən YPG sədri ilə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri arasında görüş baş tutdu və görüşdən sonra PYD sədri Salih Müslim görüşün uğurlu keçdiyini bildirdi.[10]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "İŞİD ilə YPG arasında sensasion razılıq sənədi - Nəzarətdə olan ərazilərdən rahat keçəcək, əsirləri dəyişəcək,..." 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ ""İslam Dövləti"nə qarşı döyüşən ingilis "terrorda" günahlandırılıb". 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09 – www.bbc.com vasitəsilə.
- ↑ "Ankara hücumu qırıq xəttləri ortaya çıxardı | TRT Azerbaycan". www.trt.net.tr. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ "Afrində kələf bir az da dolaşır". 21 fev 2018. 2022-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09 – www.azadliq.org vasitəsilə.
- ↑ "Türkiyə XİN: "ABŞ-nin terrorla bağlı illik hesabatı qərəzlidir"". Report İnformasiya Agentliyi. 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ ""Netflix" serialında PKK ilə bağlı detallar qalmaqala səbəb oldu – FOTOLAR". www.yeniavaz.com. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-09.
- ↑ «Interview Salih Muslim: Es gab keinen Kurden-Deal mit dem Regime Arxivləşdirilib 2013-07-15 at the Wayback Machine». Frankfurter Rundschau, 1 dekabr 2012-cü il. (alm.)
- ↑ Kurdish women in Syria create first female battalion Arxivləşdirilib 2013-03-01 at the Wayback Machine. Russia Today, 23 fevral 2013-cü il. (ing.)
- ↑ Salih Müslim: About 60% of Syrias oil is located in Kurdish areas and are currently under Kurdish control. Arxivləşdirilib 2020-10-21 at the Wayback Machine PYD rəsmi saytı (ing.)
- ↑ [1] Arxivləşdirilib 2013-10-04 at the Wayback Machine PYD rəsmi saytı (ing.)
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Demokratik Birlik Partiyası (PYD) rəsmi saytı Arxivləşdirilib 2016-06-16 at the Wayback Machine