Xan qəbiristanlığı — Vikipediya
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Qəbiristanlıq | |
Xan qəbiristanlığı | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
İlk məlumat | 1815 |
Dini tərkib | İslam (sünni) |
41°12′09″ şm. e. 47°11′30″ ş. u.HGYO | |
| |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Xan qəbiristanlığı — Şəkidə yerləşən və xanları ilə onların nəslindən olan şəxslərin dəfn edildiyi qəbiristanlıq.
Ümumi məlumat
[redaktə | vikimətni redaktə et]Şəki Xan məscidinin şərq tərəfində yerləşən Şəki Xan qəbiristanlığında vaxtı ilə 15-20-ə qədər yazılı başdaşı olmuşdur.[1] Hal-hazırda cəmi 10 yazılı başdaşı və bir digər təyinatlı epiqrafik abidə var.
Qəbiristanlıqdakı 9 başdaşının kitabəsi haqqında Məşədixanım Nemət 1961-ci ildə elmi nəşrdə dərc olunmuş məqaləsində məlumat vermişdir.[1] Bir başdaşı hissəsi üzərindəki kitabəni isə 2009-cu ildə Aydın Məmmədov oxumuş və həmin başdaşının İsmayıl xanın qızı Saadət bəyimə aid olduğunu ilk dəfə müəyyənləşdirmişdir.[2] Qəbiristanlıqdakı bir başdaşı kitabəsinin oxunub-oxunmaması isə hələlik mübahisəlidir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Nemətova M.S., 1961. səh. 18-37
- ↑ Məmmədov A.S., 2009. səh. 4
İstifadə edilmiş mənbələr
[redaktə | vikimətni redaktə et]- Nemətova M.S. Xan qəbiristanlığı"ndakı başdaşıların kitabələri haqqında // Azərbaycan SSR Elmlər Akademiyasının Xəbərləri (İctimai elmlər seriyası). № 6. Bakı. 1961.
- Məmmədov A.S. Şəki Xan qəbiristanlığı. ("Şəkinin səsi" qəzeti). № 3 (436). 2009.