Xanlar Vəliyev — Vikipediya

Xanlar Vəliyev
Vəzifədədir
10 fevral 2005-ci ildən
Baş prokurorZakir Qaralov
Kamran Əliyev
Əvvəlkiİlham Məmmədov i. e.
9 noyabr 1993 – 21 aprel 2000
Baş prokurorƏli Ömərov
Eldar Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1955(1955-03-15) (69 yaş)
Doğum yeri
Fəaliyyəti hüquq elmləri üzrə fəlsəfə doktoru
Rütbəsi
Ədliyyə general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 2008 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "Hərbi xidmətlərə görə" medalı — 2006 "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı — 2020
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2015

Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru (2005-ci ildən), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının Əməkdar hüquqşünası (2015).

Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.[1]

24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir.[2]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.[7]

  1. "X.R.Vəliyevin Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilməsi haqqında". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  2. "X. R. Vəliyevə ədliyyə general-leytenantı ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". e-qanun.az. 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
  3. ""Azərbaycan Bayrağı" ordeni - V.X". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  4. ""Hərbi xidmətlərə görə" medalı - Xanlar Vəliyev". e-qanun.az. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  5. "X.R.Vəliyevə "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında". e-qanun.az. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  6. "Azərbaycan Respublikası Baş prokurorunun müavini - Vəliyev Xanlar Rüstəm oğlu". Genprosecutor.gov.az. 2023-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  7. "Azərbaycandakı vəzifəli şəxslərin vəzifəli qohumları - SİYAHI". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.