Xaqan — Vikipediya
Xaqan | |
Qədim Türk dili | |
---|---|
Latın əlifbası: | kaγan |
Orxon əlifbası: | q.türk 𐰴𐰍𐰣 |
Türk dili | |
Latın əlifbası: | kağan |
Rus dili | |
Kiril əlifbası: | каган |
Latın əlifbası: | kagan |
Monqol dili | |
Kiril əlifbası: | хаан |
Transliterasiya: | xaan |
Monqol əlifbası: | ᠬᠠᠭᠠᠨ |
Transliterasiya: | qagan, xagan |
Macar dili | |
Latın əlifbası: | kagán |
Çin dili | |
Sadələşdirilmiş çincə: | 可汗 |
Hanyu Pinyin : | kèhán |
Fars dili | |
Fars əlifbası: | خاقان |
Koreya dili | |
Hangul: | 가한 |
Latın əlifbası | gahan |
McCune-Reischauer: | kahan |
Məqalələr seriyasından |
Monarxiya |
---|
Xaqan (q.türk 𐰴𐰍𐰣) — erkən orta əsrlərdə bir çox türkdilli xalqlarda dövlət başçısının titulu.
"Xaqan" termininə ilk dəfə çin salnamələrində rast gəlinir. Sonralar Kiyev knyazları da bu titulu qəbul etdilər. Monqol imperiyası dövründə isə bu titul "imperator" mənasında işlədildi[1]. Monqol imperiyasında kaan şəklində idi.
İstifadəsi
[redaktə | vikimətni redaktə et]Bu titula ilk dəfə qədim çin mənbələrində rast gəlinir. Onlar III yüzillikdə yaşayan syanbilərin ulu xanını belə adlandırırlar. 402-ci ildə jujanlar hun titulu olan şanyünün əvəzinə xaqanı qəbul etmişdilər.[2] 551-ci ildə avarlar və göytürklər bu titulu jujanlardan aldılar. Göytürk xaqanlığı çökdükdən sonra digər türk xalqları — xəzərlər, uyğurlar, qarluqlar, kiməklər və qırğızlar xaqan titulundan istifadə etdilər[3]. Qərb mənbələrində isə "caganus" kimi latınlaşdırılmışdır.
Osmanlıda Hakan ül-Berreyn vel-Bahreyn (torpaqların və dənizin xaqanı) titulu mövcud idi. Çində Li Şimin dövründə Birinci Göytürk xaqanlığı dağıldıqdan sonra imperatorlar özlərinə "Tian Kehan" yəni "Səma xaqanı" deməyə başladılar.
İbn Rustanın yazdıqlarına əsasən X əsrdə rus hökmdarları xaqan adlanırdı: I Vladimir, II Svyatoslav, I Yaroslav xaqan adlanırdı.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Azərbaycan klassik ədəbiyyatında işlədilən adların və terminlərin şərhi". Tərtib edəni: A. M. Babayev, Bakı, "Maarif", 1993, səh. 229–230
- ↑ Grousset (1970), səh. 61, 585, n. 92.
- ↑ "БСЭ". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-18.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Дренетюркские языки и литературы. Главная редакция восточной литературы издательства "Наука", 1986. С. 56–58.
- Modern Enciclopedia of Russian and Soviet History. Vol. 15.
- Новосельцев А. П. К вопросу об одном из древнейших титулов русского князя // История СССР, 1982, № 4. С. 150–159;
- Трубецкой Н. С. О туранском элементе в русской культуре.
- Трубецкой Н. С. История. Культура. Язык. М., 1995. С. 141–162.