Xatınlı — Vikipediya

Xatınlı
41°02′29″ şm. e. 45°38′31″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.152 nəf. (2009)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ6033[2]
Xəritəni göstər/gizlə
Xatınlı xəritədə
Xatınlı
Xatınlı

XatınlıAzərbaycan Respublikasının Tovuz rayonunun Xatınlı kənd inzibati ərazi dairəsində kənd.[3]

Kənd Kür çayı sahilində olan Xatınlı kəndinin əhalisinin 1930-1936-cı illərdə Xunni düzündə həmin kəndə məxsus əkin yerlərində məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçıların bir qismi oykonimi etnotoponim hesab edir. Bəzi tədqiqatçılar isə oykonimi Atabəy Özbəyin sonralar isə Cəlaləddin Xarəzmşahın zövcəsi Mehri Cahan Xatunun (XIII əsr) adı ilə bağlayırlar. Xatun "xan arvadı, xan qadını" mənasındadır.[4]

Kənd XX əsrin 30-cu illərində kolxoz islahatı ilə əlaqədar Kür çayının sağ sahilindən indiki əraziyə köçürülmüşdür.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[5] 2757 1350 1407
2009[6] ↗3152 ↗1579 ↗1573

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənd əhalisinin əsas məşğuliyyəti ticarət, əkinçilik, heyvandarlıq və tikinti işləridir.

Bakı-Tbilisi-Ceyhan neft kəməri kəndin ərazisindən keçir.

2009-cu ildə BP şirkəti Xatınlıda kənd təsərrüfatının məhsuldarlığının artırılması üçün buraya 226 000 ABŞ dolları dəyərində qrant ayırmışdır.

Kənddə Xatınlı kənd kitabxana filialı,[7] Xatınlı kənd klubu,[8] Xatınlı poçt şöbəsi (AZ6033)[9] fəaliyyət göstərir.

Kənddə Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbi fəaliyyət göstərir.[10][11]

Bundan başqa kənddə Xatınlı kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[12]

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə Xatınlı kənd xəstəxanası yerləşir.[13]

  1. http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=108.
  2. https://www.e-gov.az/az/services/readwidenew/3544.
  3. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 97" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-01.
  4. Xatınlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 241. ISBN 978-9952-34-155-3.
  5. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 156.
  6. "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 212". 2022-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  7. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 57" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  8. ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı. Bakı şəhəri, 17 iyun 2014-cü il, № 196, səh. 103" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-22.
  9. "Azərbaycan Respublikası Tovuz Rayon İcra Hakimiyyəti. Poçt və Rabitə (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-26.
  10. "Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az)". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-22.
  11. "Tovuz rayonundakı orta məktəblər, internat məktəbi, peşə liseyi və dövlət sosial iqtisad kolleci haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  12. "Tovuz rayon məktəbəqədər uşaq müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2015-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  13. "Tovuz rayon səhiyyə müəssisələri haqqında məlumat (tovuz-ih.gov.az)". 2022-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]