Xuraman Vəfa — Vikipediya
Xuraman Vəfa | |
---|---|
Xuraman Məcid qızı Vəfa | |
Doğum tarixi | 9 iyul 1959 (65 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | şair, jurnalist |
Xuraman Vəfa (tam adı: Xuraman Məcid qızı Vəfa; 9 iyul 1959, Xaçmaz) — azərbaycanlı hüquqşünas, iqtisadçı, yazıçı-jurnalist, şairə.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xuraman Vəfa 1959-cu ilin iyul ayının 9-da Azərbaycanın Xaçmaz rayonunda anadan olmuşdur. 1966–1976-cı ildə Xaçmaz şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. Ali təhsilli iqtisadçı və hüquqşünasdır. San-Marino Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan filialının Mühəndis İqtisadiyyatı və İdarəetmə fakültəsini, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan İqtisad Universitetinin İqtisadiyyat fakültəsində maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır.
Ailəsi
[redaktə | mənbəni redaktə et]İki övladı var.
- Qızı — ali təhsilli hüquqşünas,
- Oğlu — ali təhsilli iqtisadçı və hüquqşünasdır. Eyni zamanda Polis Akademiyasını bitirib. Hal-hazırda DİN Çevik Polis Alayında kapitan işləyir.[1]
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Xuraman Vəfa 1979–1981-ci ildə ƏMX Nazirliyinin "KTB fabrikində" baş mühasib, 1981–1989-cu ildə Meliorasiya Su Təsərrüfatı Nazirliyinin 2№ CMD (PMK-12) baş mühasib vəzifəsində işləmişdir. 1989-cu ildə köçürmə yolu ilə ixtisaslı kadr kimi Respublika DYK Azəriqaz Təmir Tikinti Trestinə təftişçi təyin olunmuşdur, 1990-cı ildə DYK Azəriqaz Təmir Tikinti Trestindən köçürmə yolu ilə Layihə Mənzil Tikinti Birliyinə şöbə müdiri, 1992-ci ildə isə köçürmə yolu ilə Respublika DYK-nın Neft Məhsulları Təchizatı və Topdansatış İstehsalat Birliyinə şöbə müdiri təyin olunmuş və 1997-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Həmçinin 2003-cü ildən Azərbaycan və ingilis dillərində nəşr olunan "Vəfa" ədəbi-bədii, ictimai, elmi-publisistik beynəlxalq jurnalının təsisçisi və baş redaktorudur. Eyni zamanda 2004-cü ildən ER_SEL Sənaye Şirkətində hüquqşünas işləyir. 2005-ci ildə 55 saylı Xaçmaz Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd olmuşdur. 2008-ci ildə Azərbaycan Qadınlar Komitəsinin III qurultayına Sabunçu rayonundan nümayəndə seçilmişdir. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Yazıları dövrü mətbuatda mütəmadi olaraq dərc olunur. 11 şeirlər kitabının və 1 nəsr əsərinin müəllifidir. Eyni zamanda yüzlərlə publisistik məqalələr, türk dilində 300–dən artıq şeir yazmışdır. Şeirləri rus, gürcü, ingilis, fars dillərinə tərcümə olunub. Sözlərinə 300-dən artıq mahnı bəstələnib.[1]
Şeir kitabları
[redaktə | mənbəni redaktə et]- "Sənli, sənsiz"
- "Soraqlı könlüm"
- "Sevənlər bilər"
- "Bir gün dönəcəksən"
- "Bir ömür azdır mənə"
- "Məhəbbət gözəl şeydir"
- "Acı həqiqət"
- "Gözlərimi sevmişdin"[2]
Sözlərinə yazılan mahnılar
[redaktə | mənbəni redaktə et]- Mirzə Babayev – "Görə bilmirik" –bəstəkar Nəriman Məmmədov
- Flora Kərimova – "Qayıt" – bəstəkar Nəriman Məmmədov
- Mələkxanım Əyyubova – "Oyan taxtım, tacım oyan" – bəstəkar Hikmət Mirməmmədli
- Nisə Qasımova "Sən də günahkarsan" – bəstəkar Şəfiqə Axundova
- Brilyant Dadaşova — " Aşkın kanunları" bəstəkar Nailə Mirməmmədli
- Faiq Ağayev – "Əlvida" — bəstəkar Nailə Mirməmmədli
- Aygün Kazımova – "İndi sənsiz" – bəstəkar Xanım İsmayılqızı
- İlhamə Quliyeva – "Sevəcəyəm" bəstəkar Xnım İsmayılqızı
- Zöhrə Abdullayeva – "Yerin var sənin" – bəstəkar Tahir Əkbər
- Mətanət İsgəndərli – "Yandırdı məni" – bəstəkar Xanım İsmayılqızı
Mükafatları
[redaktə | mənbəni redaktə et]- Y. Məmmədəliyev adına medal və mükafat — Azərbaycan maarifçiliyinin, elm və mədəniyyətin inkişafında xidmətlərinə görə,
- "İlin şairi" — Simurq Milli Mükafat fondunun 2002-ci ilin uğurları müsabiqəsinin ali dərəcəli diplomu,
- "İnam" şərəf diplomu — Xalq və prezident İlham Əliyev tərəfindən birlikdə həyata keçirilməsində vətəndaşlıq mövqeyinə və əməli uğurlarına görə,
- "Qızıl qələm" — KİVİHİRN-nin media mükafatı,
- Milli Kurturolopji mükafat diplomu — "Məhsəti Gəncəvi", "Mikayıl Müşfiq" Azərbaycan Cümhuriyyəti IV, V–VI kitab bayramı (2006),
- Beynəlxalq diplomu — XXI əsr Azərbaycanın tanınmış ziyalıları,
- "Qızıl Buta" Mütəqil Milli Mükafatına — "Demokratik Azərbaycanlılar" ictimai mərkəzi 2006-cı ildə Respublikada respodentlər arasında keçirildiyi sorğunun nəticələrinə, müasir poeziyada tarixi ənənələrinə görə[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Xuraman Vəfa "Səni çox sevmişdim, sənə dəyməzmiş" — Aləm oyansın
- Xuraman Vəfa : "…və o "dostların" heç birini yanımda görmədim"…
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 "Həyatı". 2017-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.
- ↑ "Xuraman Vəfa: "Sevgi istədim" - ŞEİRLƏR". 2018-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-23.