Yaponiya rol videooyunu — Vikipediya

Klassik YRVO-lardan biri sayılan "Final Fantasy VII" videooyununda döyüş sistemi.

Yaponiya rol videooyunu (abr. YRVO; ing. Japanese Role-Playing Game, abr. JRPG) və ya Şərq rol videooyunu (abr. ŞRVO; ing. Eastern Role-Playing Game, abr. ERPG) — rol videooyunu janrının altjanrı. Bu janrdakı videooyunların süjet xəttinə və oyun mexanikalarına təsir edən bənzər xüsusiyyətləri var ki, bu xüsusiyyətlər «qərb üslubu» RVO-lardan (Western-style RPG) kəskin şəkildə fərqlənir.

Bu janrdakı videooyunların əksəriyyəti Yaponiyada hazırlanır və Yaponiya bazarında satılır. İlk YRVO 1984-cü ildə Yaponiyada satışa çıxarılan "Dragon Slayer" videooyunudur. YRVO altjanrı 1986-cı ildə "Dragon Quest" videooyunun "Nintendo Entertainment System" konsolu üçün satışa çıxarılması ilə qərb dünyasında da populyarlaşmışdır. Müasir Yaponiya rol videooyun seriyalarına "Final Fantasy", "Pokemon", "Digimon World", "Tales" və "Persona" daxildir.

Yaponiya rol videooyunları yalnız Yaponiyada istehsal olunmaq məcburiyyətində deyillər. Məsəlüçün, ABŞAvropada istehsal olunan bəzi rol videooyunları "YRVO" kimi təsvir ediliblər. Bunlara "Anachronox" və "Septerra Core: Legacy of the Creator" aiddir. Həmçinin, Yaponiyada istehsal olunan hər bir RVO Yaponiya rol videooyunu hesab edilmir. Məsəlüçün, "Dark Souls" və "Dragon's Dogma".

Ən əhəmiyyətli, təsirli və məşhur Yaponiya rol videooyunlarının siyahısı. Bu videooyunların bəziləri sonrakı dövrlərdə digər platformalar üçün portlaşdırılmışdır.

  1. "Dragon Quest NEC PC98". gamefaqs.gamespot.com. CBS Interactive Inc. 7 dekabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2019.