Yazı sistemi — Vikipediya

Müasir dövrdəki əlifbalar.

Yazı sistemi — bir dildə olan elementləri və identifikasiya olunan vəziyyətləri təmsil etmək üçün istifadə olunan simvollar sistemidir.[1]

Simvollar və səslər arasındakı əlaqəyə görə yazı sistemləri dörd yerə bölünürlər:

Əlifbalarda nitqdəki hər bir sait və samit fonemin birbaşa ekvivalenti kimi yazıda bir və ya bir neçə simvolun olması vacibdir. Latın, kiril, ermənihanqıl əlifbaları həqiqi əlifbalara nümunədir.

Heca yazısında hər bir simvol nitqdəki bir hecaya müvafiq gəlir. Hərflərin çox olmaması üçün istifadə etdikləri dilin fonoloji cəhətdən çox sadə olması tələb olunduğuna görə, təmiz heca yazıları çox geniş yayılmamışdır. Yapon dilində istifadə olunan hiraqanakatakana sistemləri saf heca yazılarıdır.

Heca yazısının bir növü olan abugidalarda hər bir samit üçün bir əsas hərf mövcud olarkən, sait səslər isə bu hərflərin üstündə müntəzəm olaraq dəyişikliklər etməklə və ya diakritik işarələr əlavə edilməklə göstərilir. Xüsusilə Hindistan yarımadasında danışılan dillərin istifadə etdiyi abugidanın ən məşhur nümunəsi devanaqaridir. Hərəkələrlə yazılan ərəb hərfləri də abugidadır.

Samit əlifbalarında yalnız samit səslər üçün simvollar mövcuddur. Saitlər ya müəyyən kontekstdə bir və ya bir neçə saiti əvəz edə bilən bəzi samitlərlə işarələnir, ya da ümumiyyətlə göstərilmir. Ərəb və İvrit əlifbaları bu gün istifadə edilən ən çox yayılmış samit əlifbalarıdırlar.

Loqoqrafik yazı sistemlərində isə nitqdəki səslərlə simvollar arasında nizamlı bir əlaqə mövcud deyildir. Bunun əvəzinə hər bir simvol bir və ya bir neçə morfemi ifadə edir. Misir heroqlifləriÇin yazısı loqoqrafik yazı sistemləridir.

Müasir dövrdəki yazı sistemləri
  1. Languages : a very short introduction. Oxford, B.K.: Oxford University Press. 2012. ISBN 978-0199590599.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • Dünyadakı yazı sistemi – hər biri tipoqrafik istinad qlifinə və Unicode statusuna malik olan dünya üzrə məlum olan 294 yazı sisteminin hamısı