Yefim Qurviç — Vikipediya
Yefim Qurviç | |
---|---|
![]() | |
sentyabr 1962 – 26 dekabr 1986 | |
Əvvəlki | Xasay Vəzirov |
Sonrakı | Rafiq Zeynalov |
23 may 1942 – iyul 1958 | |
Əvvəlki | Vasili Xaldeyev |
Sonrakı | Xasay Vəzirov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1917 |
Doğum yeri | |
Vəfat tarixi | 12 fevral 1987 |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya |
|
Fəaliyyəti | jurnalist |
| |
Təltifləri | ![]() ![]() ![]() ![]() ![]() |
Yefim Qriqoryeviç Qurviç (1917, Bakı – 12 fevral 1987, Bakı) — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1986).
Həyatı
[redaktə | vikimətni redaktə et]Yefim Qriqoryeviç Qurviç 1917-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada almış və 1932-ci ildə əmək fəaliyyətinə başlamışdır. Bir neçə il həmkarlar ittifaqı təşkilatlarında — Azərbaycan Həmkarlar İttifaqları Şurasında, Kooperativ və Dövlət Ticarəti İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində, Dənizçilərin Həmkarlar İttifaqının Hövzə Komitəsində müxtəlif texniki işlərdə çalışmışdır.[1]
1935-ci ildə komsomol üzvlüyünə qəbul edilmiş, 1936-cı ilin sentyabr ayında "Molodyoj Azerbaydjana" komsomol qəzetinin redaksiyasına işə girmişdir. O, əvvəlcə burada ədəbi işçi, ardınca məsul katib olmuş, bir müddət sonra isə "Vışka" qəzeti redaksiyasında işləmişdir. 1939-cu ilin mart ayından Azərbaycan Teleqraf Agentliyində (Azərinform) ədəbi işçi, şöbə müdiri, direktor müavini, sonra isə direktor vəzifəsində çalışmışdır.[1]
Yefim Qurviç 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, yeddi çağırış (4-cü, 6–11-ci çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar jurnalisti" və "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür.[2]
Yefim Qurviç 12 fevral 1987-ci ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Ефим Григор'евич Гурвич // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 128.
- ↑ Гурвич Јефим Григорјевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 128.
- ↑ Bizim Yefim Qurviç // Xalq qəzeti. 3 avqust 2012. S. 7.