Yefim Qurviç — Vikipediya

Yefim Qurviç
"Azərinform"un direktoru
sentyabr 1962 – 26 dekabr 1986
ƏvvəlkiXasay Vəzirov
SonrakıRafiq Zeynalov
23 may 1942 – iyul 1958
ƏvvəlkiVasili Xaldeyev
SonrakıXasay Vəzirov
Şəxsi məlumatlar
Doğum tarixi 1917
Doğum yeri
Vəfat tarixi 12 fevral 1987(1987-02-12)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti jurnalist

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni
Azərbaycan SSR əməkdar jurnalisti Azərbaycan SSR əməkdar mədəniyyət işçisi

Yefim Qriqoryeviç Qurviç (1917, Bakı12 fevral 1987, Bakı) — Azəybaycan-sovet jurnalisti və ictimai-siyasi xadimi, "Azərinform"un direktoru (1942–1958, 1962–1986).

Yefim Qriqoryeviç Qurviç 1917-ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Orta təhsilini burada almış və 1932-ci ildə əmək fəaliyyətinə başlamışdır. Bir neçə il həmkarlar ittifaqı təşkilatlarında — Azərbaycan Həmkarlar İttifaqları Şurasında, Kooperativ və Dövlət Ticarəti İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsində, Dənizçilərin Həmkarlar İttifaqının Hövzə Komitəsində müxtəlif texniki işlərdə çalışmışdır.[1]

1935-ci ildə komsomol üzvlüyünə qəbul edilmiş, 1936-cı ilin sentyabr ayında "Molodyoj Azerbaydjana" komsomol qəzetinin redaksiyasına işə girmişdir. O, əvvəlcə burada ədəbi işçi, ardınca məsul katib olmuş, bir müddət sonra isə "Vışka" qəzeti redaksiyasında işləmişdir. 1939-cu ilin mart ayından Azərbaycan Teleqraf Agentliyində (Azərinform) ədəbi işçi, şöbə müdiri, direktor müavini, sonra isə direktor vəzifəsində çalışmışdır.[1]

Yefim Qurviç 1941-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, yeddi çağırış (4-cü, 6–11-ci çağırışlar) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. "Azərbaycan SSR əməkdar jurnalisti" və "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adlarına layiq görülmüşdür.[2]

Yefim Qurviç 12 fevral 1987-ci ildə vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.[3]

  1. 1 2 Ефим Григор'евич Гурвич // Альбом биографий депутатов Верховного Совета Азербайджанской ССР. 1955. Бакы. 1956. С. 128.
  2. Гурвич Јефим Григорјевич // Азәрбајҹан ССР Али Советинин депутатлары. Он биринҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин нәшри. 1985. С. 128.
  3. Bizim Yefim Qurviç // Xalq qəzeti. 3 avqust 2012. S. 7.