Yeva Duarte Kuboku — Vikipediya
Yeva Duarte Kuboku (isp. Copa Eva Duarte) — 1940-cı ildən 1953-cü il də daxil olmaqla İspaniyada keçirilən futbol turniri. Bu turnir müasir Superkuboka uyğun olub, yəni kubok uğrunda İspaniya Çempioatının qalibi və İspaniya Kubokunun qalibi qarşılaşıb. Turnir ilk dəfə 1940-cı ildə keçiriləndə Çempionlar Kuboku (isp. Copa de Campeones) adını daşıyıb. 1945-ci ildə Argentina (həmin dövrdə İspaniya ilə yaxın əlaqələri olan dost ölkə) səfirinin təklifi ilə kubokun adı dəyişdirilir və Argentinanın Qızıl Kuboku (isp. Copa de Oro Argentina) qoyulur. 1947-ci ildən etibarən isə turnir Argentina prezidenti Xuan Peronun xanımı Yeva Peronun şərəfinə Yeva Duarte Kuboku adlandırılır. Bu turnir bir qayda olaraq payız aylarında keçirilirdi. Qalibi 1 matç müəyyən edirdi. 1952–1953-cü illərdə kubok 2 dəfə "Barselona"ya heç bir oyun keçirilmədən verilib, çünki həmin dövrdə "Barselona" həm İspaniya Çempionatını həm də İspaniya Kubokunu qazanmışdı. Yeva Peron vəfat etdikdən sonra turnirin keçirilməsinə son qoyuldu.
Turnirin qalibləri
[redaktə | mənbəni redaktə et]İl | Qalib | Finalçı | Hesab |
---|---|---|---|
Çempionlar Kuboku | |||
1940 | Atletiko Madrid | Espanyol | 10-4 (3-3 / 7-1) |
Argentinanın Qızıl Kuboku | |||
1945 | Barselona | Atletik Bilbao | 5-4 |
Yeva Duarte Kuboku | |||
1947 | Real Madrid | Valensiya | 3-1 |
1948 | Barselona | Sevilya | 1-0 |
1949 | Valensiya | Barselona | 7-4 |
1950 | Atletik Bilbao | Atletiko Madrid | 7-5 (5-5 / 2-0) |
1951 | Atletiko Madrid | Barselona | 2-0 |
1952 | Barselona | ||
1953 | Barselona |