Yuliya İnşina — Vikipediya

Yuliya İnşina
Şəxsi məlumatlar
Tam adı Yuliya Andrey qızı İnşina
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (29 yaş)
Doğum yeri Voronej, Rusiya
İdman növü İdman gimnastikası

Yuliya İnşina — Rus əsilli Azərbaycanlı idman gimnastı. 2010-cu ildə Tokio şəhərində keçirilən Dünya Çempionatının gümüş medalçısıdır.

Yuliya İnşina 15 aprel 1995-ci ildə Rusiyanın Voronej şəhərində anadan olmuşdur. Yuliya İnşina 1999-ci ildən idman ilə məşğul olur. Yuliya İnşina Voronej Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunudur.

Yuliya İnşina birinci uğurunu 2011-ci ildə Rusiya bayrağı altında qazandı. O Rusiya Çempionatında bürünc medal, Rusiya Kubokunda isə gümüş medal qazandı. Yuliya İnşina həmin il həmçinin karyerasının ən böyük uğurunu qazandı. O Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən Dünya Çempionatında komanda yarışlarında gümüş medal qazandı. Daha sonra o 2012-ci ildə Rusiya Çempionatında 2 gümüş medal, Rusiya Kubokunda isə 1 gümüş və 1 bürünc medal qazandı. 2014-cü ildən isə Yuliya İnşina Azərbaycanın uğurları üçün çalışdı.

O Azərbaycan bayrağı altında birinci uğurunu beynəlxalq turnirdə qazandı. Yuliya İnşina Voronin Kubokunda 2-ci yeri tutdu və gümüş qazandı. Elə həmin ildə o Azərbaycan Çempionatında bürünc medal, Bosfor Kubokunda isə 1 gümüş və 1 bürünc medal qazandı.

Yuliya İnşina 2015-ci ildə önəmli yarışlarından birinə Bakı şəhərində qatıldı. O Azərbaycanı I Avropa Oyunlarında təmsil etdi. Amma bu yarışlarda Yuliya İnşina medal qazana bilmədi. O döşəmədə 12.100 xalla 50-ci, müxtəlif hündürlüklü qollarda 10.700 xalla 53-cü, dirəkdə isə 12.266 xalla 36-cı yeri tutdu. Çoxnövçülükdə ümumi olaraq Yuliya İnşina 47.632 xal topladı və 76 idmançı arasında 48-ci yeri tutdu.