Yunis Rzayev — Vikipediya
Yunis Rzayev | |
---|---|
Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri | |
12 iyun 1973 – 24 yanvar 1985 | |
Əvvəlki | Miqdar Rəhimov |
Sonrakı | Murad Aşurov |
Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi | |
18 iyun 1970 – 1973 | |
Əvvəlki | Sabir Şəfiyev |
Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini | |
1968 – 1970 | |
Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi | |
1965 – 1966 | |
Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi | |
1957 – 1962 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 may 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 24 yanvar 1985 (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
| |
Təltifləri |
Yunis Qəhrəman oğlu Rzayev (2 may 1924, Şişqaya, Yeni Bəyazid qəzası – 24 yanvar 1985, Bakı) — Azərbaycan, Ermənistan sovet ictimai və dövlət xadimi.
Həyatı
[redaktə | vikimətni redaktə et]Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.[1] 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur[2].
1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.
Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir[2].
Yunis Rzayev 1962–1963-cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir[2].
Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.
1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir[3].
Böyük ictimai xadim Yunis Rzayev VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməyi dövlət tərəfindən "Lenin", "Oktyabr İnqilabı", üç "Qırmızı Əmək Bayrağı" ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.
Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.[4]
- Məhərrəm Musayev, Mikayıl Bayramov, Ənvər Rzayev (əmi oğlu) və Tapdıq Əmiraslanovun qudasıdır.
- 2004–2013-cü illərdə Azərbaycanın Kənd Təsərrüfatı naziri olmuş İsmət Abasovun qaynatasıdır.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Ocaqquliyev, Həsən. Yadda qalan xatirələr (PDF) (az.). Bakı: "Elm və təhsil". 2016. 2017-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-08.
- ↑ 1 2 3 Qədir Aslan. "Qəlblərdə yaşayan insan" (az.). anl.az. 19.04.2013. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.04.2014.
- ↑ Məhəmməd Köçərli. "Mənalı yaşanmış ömür" (az.). xalqqazeti.com. 26.04.2014 10:59. 2014-04-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30.04.2014.
- ↑ Јунис Гәһрәман оғлу Рзајев // Коммунист. № 22 (19593). 26 јанвар 1985-ҹи ил. С. 3.
- ↑ "Keçmiş nazir İsmət Abasov qayınatasına görə İlham Əliyevə məktub YAZDI". 2024-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.69–70.
- Tofiq Hüseynov. "Yaddaşlara həkk olunmuş mənalı ömür". "Respublika" qəzeti, 23 yanvar 2005.
- Tofiq Hüseynov. "Dünyanın şirnisin, acısın daddım", Bakı, "Təbib", 2006. səh.180–182.
- Çingiz Fərəcov. "Həyatın burulğanında". "Ədəbi İrəvan-2006", Bakı, Nurlan nəşriyyatı, 2007. səh.449–460.
- "Kənd həyatı" qəzeti, 3 may, 2010, № 05(8581)
- Qədir Aslan, "Qəlblərdə yaşayan insan", "Respublika" qəzeti. 2013.- 19 aprel.- Səh. 8.
- Bayramov, Vaqif. "Şərəfli ömür yolu", Üzümçülük və Şərabçılıq Komitəsinin sədri — Yunis Qəhrəman oğlu Rzayev / V. Bayramov // Xalq qəzeti. — 2013. — 28 aprel
- Məmməd, Əfşan. Mən görən kişilər / Ə. Məmməd. I kitab. — Bakı: Azərbaycan nəşriyyatı, 2002.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- "YUNIS RZAYEV" (az.). goyche.info. 09.01.2011. 2011-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30.04.2014.
- Çingiz Fərəcov. "Dünya, səndə nəyim qaldı" (az.). azerbaijan-news.az. 30 Aprel 2013. İstifadə tarixi: 30.04.2014.