Yuri Baliyev — Vikipediya
Yuri Baliyev | |
---|---|
rus. Юрий Балиев | |
Doğum adı | Yuri Nikolayeviç Baliyev |
Doğum tarixi | 23 aprel 1949 |
Doğum yeri | |
Vəfat tarixi | 27 mart 2018 (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi[1] |
Həyat yoldaşı | Natalya Baliyeva[2] |
Uşağı | Artur Baliyev |
Fəaliyyəti | aktyor |
Mükafatları | |
IMDb | ID2550842 |
Yuri Nikolayeviç Baliyev (rus. Юрий Николаевич Балиев; 23 aprel 1949, Dağıstan – 27 mart 2018, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti (2000), Prezident təqaüdçüsü (2006–2018).
Həyatı
[redaktə | vikimətni redaktə et]Yuri Baliyev 23 aprel 1949-cu ildə Dağıstanda anadan olub.
O, 1975-ci ildə F. Volkov adına Yaroslavl Teatr Məktəbinin aktyorluq fakültəsini bitirmişdir. Həmin ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyor truppasına qəbul edilən Yuri Baliyev ömrünün sonuna kimi taleyini bu sənət ocağı ilə bağlamışdır. Tanınmış sənətçi doğma teatrın səhnəsində və kinoda yaddaqalan, maraqlı, rəngarəng obrazlar qalereyası yaratmışdır. Onun böyük ustalıqla ifa etdiyi Qraf Qloster (U. Şekspir "Kral Lir"), Roqojin (F. Dostoyevski "Əbləh"), Şamrayev, Smirnov (A. Çexov "Qağayı", "Ayı"), Kapitan Bernardo (L.de Veqa "Nə yardan doyur, nə əldən qoyur"), Koşon (J. Anuy "Torağay"), Semyon (İ. Babel "Qürub"), Marko (A. Miller "Körpüdən mənzərə"), Bertye (F. Brukner "I Napoleon"), Çingizxan (M. Şaxanov "Çingizxanın sirri"), İxtiyar (N. Xəzri "Burla Xatun"), Farisey (A. Volodin "İsanın anası"), Zabit, Həkim (Elçin "Cəhənnəm sakinləri", "Teleskop"), Professor (N. Rəsulzadə "Nonsens"), Kazarin (M. Lermontov "Maskarad"), Qonaq (N. Gəncəvi "Yeddi gözəl"), Çuqunov, Lupaçov (A. Ostrovski "Qurdlar və quzular", "Gözəl kişi"), Burqomistr (V. Korkiya, A. Lavrin "Kazanova: sevgi dərsləri"), Knyaz Didiani (Q. Səid "Əli və Nino"), Maks (V. Denisov "Sanset bulvarı") və başqa obrazlar teatr tarixinin parlaq səhifələrini təşkil edir.
Yuri Baliyev bundan başqa bir neçə filmlərdə çəkilmişdir. "Ovsunçu", "Babək", "Salandar", "Tehran-43" və s. kimi filmlərdə aktyor maraqlı, yadda qalan rollar oynamışdır.
Yuri Baliyev 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür. 2006-cı ildən Prezident təqaüdçüsü idi.[3]
27 mart 2018-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[4] Aktyorla vida mərasimi Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında keçirilmişdir.[5] İkinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Babək (film, 1979)
- Nigarançılıq (film, 1998)
- Ovsunçu (film, 2002)
- Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003)
- Küçələrə su səpmişəm (film, 2004)
- Arxada qalmış gələcək (film, 2004)
- "Moskva-Bakı" qatarı (film, 2005)
- Qafqaz (film, 2007)
- Qala (film, 2008)
- Hökmdarın taleyi (film, 2008)
- Yaddaş (film, 2010)
- Aktrisa (film, 2011) (tammetrajlı bədii film)-rol: baş prokuror
- Sübhün səfiri (film, 2012)
- Qanlı Yanvar (film, 2015)
- Tanrıya məktub (film)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 525-ci qəzet. "Xalq artisti Yuri Baliyev vəfat etdi" (az.). 525.az. 27.03.2018. İstifadə tarixi: 2018-03-28.
- ↑ Кямаля Алиева. "Жизнь, отданная театру: Юрия Балиева проводили в последний путь" (rus). Sputnik.az. 28.03.2018. İstifadə tarixi: 2018-03-28.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. "Xalq artisti Baliyev Yuri Nikolayeviç vəfat edib" (az.). Mct.gov.az. 27.03.2018. 2018-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-27.
- ↑ 1news. "Xalq artisti Yuri Baliyev vəfat edib" (az.). 1news. 27.03.2018. İstifadə tarixi: 2018-03-28.
- ↑ Джани Бабаева. "Его нельзя было не любить! Таким останется в памяти Юрий Балиев… (ФОТО)" (rus). Trend.az. 28.03.2018. 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-28.