Yuri Qaqarin — Vikipediya

Yuri Qaqarin
rus. Юрий Алексеевич Гагарин
Doğum tarixi 9 mart 1934(1934-03-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 mart 1968(1968-03-27)[1][2][…] (34 yaşında)
Vəfat səbəbi təyyarə qəzası[d]
Dəfn yeri
Milliyyəti rus
Təhsili
Fəaliyyəti pilot, kosmonavt, zabit, siyasətçi, tədqiqatçı-səyyah[d]
Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni "1941–1945-ci illərdə Böyük Vətən müharibəsində qələbənin 20 illik yubileyi" medalı "Xam torpaqlardan istifadə edilməsinə görə" medalı "SSRİ Silahlı Qüvvələrinin 40 illiyi" yubiley medalı "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 1-ci dərəcəli "Qrünvald xaçı" ordeni Cənubi Xaç ordeni Order of Playa Girón Star of the Republic of Indonesia "Macarıstan Xalq Respublikasının bayrağı" ordeni "Qrünvald xaçı" ordeni Order of the Nile Order of the Star of Africa
ÇSSR Sosialist Əməyi Qəhrəmanı
Order of Klement Gottwald Hero of Labour
Bolqarıstanın Sosialist Əməyi Qəhrəmanı
"Georgi Dimitrov" ordeni "Karl Marks" ordeni Order of Aeronautical Merit
SSRİ əməkdar idman ustası
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[1][2][…], Kluşino[d], Qərb vilayəti[d][4]27 mart 1968[1][2][…]) — sovet kosmonavtıkosmosa uçan ilk insan.

Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir.

1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o bu məktəbi bitirir.

9 dekabr 1959-cu ildə o ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməyi xahiş edir. Qaqarin iki tibbi ekspertizanı keçdikdən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ-la kosmik yarışda önə çıxmaq istəyən Sergey Korolyev namizədlər arasından 6 nəfəri seçir. Kimin kosmosa uçması son dəqiqəyə qədər gizli saxl;nılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.

Uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verir. "Vostok" gəmisində uğurla kosmosa çıxan Qaqarin göydə 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır.

14 aprel 1961-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qaqarin 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayaraq həlak olmuşdur. O, Moskvada Kreml divarında dəfn olunub.

Filateliya və numizmatika

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Гагарин Юрий Алексеевич // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1971. Т. 5 : Вешин — Газли. С. 623.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 http://www.federalspace.ru/1968.
  4. 1 2 ГАГАРИН // Большая российская энциклопедия (rus.). Москва: Большая российская энциклопедия, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • İlham Cəmiloğlu. "27 yaşlı kəndli oğlunun məşhur kosmonavta çevrilməyi - müəmmalı ölən Qaqarin" (az.). modern.az. 11.04.2014, 22:55. İstifadə tarixi: 12-04-2014.