Yusif Səmədoğlu — Vikipediya
Yusif Səmədoğlu | |
---|---|
Doğum adı | Yusif Səməd oğlu Vəkilov |
Təxəllüsü | Səmədoğlu |
Doğum tarixi | 25 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 16 avqust 1998 (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, ssenarist |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | nəsr, ssenari |
Üzvlüyü | |
Mükafatları | |
Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) (25 dekabr 1935, Bakı – 16 avqust 1998, Bakı) — Azərbaycanın xalq yazıçısı, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990).
Həyatı
[redaktə | mənbəni redaktə et]Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. Əslən Qazax rayonunun Yuxarı Salahlı kəndinin Vəkilovlar soyundandır. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M. Qorki adına Ədəbiyyat İnstitutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun Filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957–1958). "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960–1965), C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965–1969)[1], baş redaktoru, "Azərbaycanfilm" kinostudiyasının direktor müavini (1969–1976), "Ulduz jurnalının baş redaktoru (1976–1987), "Azərbaycan" jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991).
"220 saylı otaq" (1960), "Qalaktika" (1973), "Qətl günü" (1987) kitablarının müəllifi olmuşdur.
26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.[2]
1998-ci il avqustun 16-da vəfat etmişdir.[3]
20 Yanvar faciəsi ilə bağlı fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən Bakıda törədilən qırğınlarla bağlı Azadlıq radiosu vasitəsilə dünya ictimaiyyətinə çatdırmışdır.[4]
Ailəsi
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın xalq şairi Səməd Vurğunun oğludur.
- Əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın oğludur.
- Əməkdar mədəniyyət işçisi Aybəniz Vəkilovanın qardaşıdır.
- Azərbaycanın xalq şairi Vaqif Səmədoğlunun qardaşıdır.
- İctimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, Mehdixan Vəkilovun qardaşı oğludur.
Yusif ağa Vəkilov | Məhbub xanım Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ruqiyyə Paşabəyova | Mehdixan Vəkilov | Səməd Vəkilov | Xavər Vəkilova | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Çiçək Vəkilova | Cavanşir Vəkilov | Yusif Vəkilov | Vaqif Vəkilov | Aybəniz Vəkilova | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979[5]
- "Şöhrət" ordeni — 19 dekabr 1995[6]
- "Azərbaycan Respublikasının xalq yazıçısı" fəxri adı — 23 may 1998[7]
Xatirəsi
[redaktə | mənbəni redaktə et]ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi çəkilmişdir. Filmin Rejissoru Namiq Ağayevdir.[8]
Əsərləri
[redaktə | mənbəni redaktə et]Roman
[redaktə | mənbəni redaktə et]Hekayə
[redaktə | mənbəni redaktə et]- Xəzri
- Yaddan çıxmış sözlər
- Gözlər
- Qartal
- 220 №-li otaq
- Güllər
- Saat işləyir
- Simurq quşu
- Qalaktika
- Soyuq daş
- Beşik
- 46-cı ilin oyunları
- Foto-fantazoiya
- Astana
- Bayatı-Şiraz
- İncə dərəsində yaz çağı
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Axırıncı maqın sonu (film, 1974)
- Azərbaycan SSR (film, 1971)
- Böyük tamaşa (film, 1974)
- Cəlil Məmmədquluzadə (film, 1966)
- Çiçək yağışı (film, 1971)
- Dostluq məşəli (film, 1965)
- Səməd Vurğun (film, 1966)
- Foto "Fantaziya" (film, 1970)
- Göllərin tacı (film, 1966)
- Qətl günü (film, 1990)
- Monrealda Azərbaycan günü (film, 1967)
- Polşada Azərbaycan günləri (film, 1970)
- Səmt küləyi (film, 1973)
- Yeddi oğul istərəm... (film, 1970)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
- ↑ ANS TV. "Yusif Səmədoğlunun vəfatı" (az.). Youtube.com. 18.03.2017. 2022-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
- ↑ "20 Yanvar gecəsi Yusif Səmədoğlunun danışdıqları (VİDEO)". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.
- ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ Y. S. Vəkilovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1995-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- ↑ ""Xalq yazıçısı" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı". e-qanun.az. 23 may 1998. 28 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 yanvar 2020.
- ↑ Filmin istehsalı başa çatmışdır: [Rejissoru Namiq Ağayev olan "Deyilənlər gəldi başa" sənədli televiziya filmi ictimai xadim, xalq yazıçısı Yusif Səmədoğlunun həyat və yaradıcılığına həsr olunub] //Azərbaycan.- 2011.- 20 fevral.- S. 8.
Mənbə
[redaktə | mənbəni redaktə et]- İsmayıl Umudlu. Vəkiloğulları. Bakı: "QAPP-poliqraf" nəşriyyatı, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 273.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
- İsmayıl Umudlu. Salahlı eli. Tarix-etnoqrafiya-insanlar-yurd bilgisi. Bakı, Apostroff nəşriyyatı, 2011, səh 731–733.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Yusif Səmədoğlunun qızı: "Papayla sevdiyim oğlandan da danışa bilərdim" Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- Yusif Səmədoğlunun 20 Yanvar gecəsi Azadlıq Radiosuna müsahibəsi
- Yusif Səmədoğlu — 80 — Lider Tv Online
- Yusif Səmədoğlunun doğum günüdür