Yustus fon Libix — Vikipediya
Yustus fon Libix | |
---|---|
alm. Justus von Liebig | |
Doğum tarixi | 12 may 1803[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 18 aprel 1873[1][2][…] (69 yaşında) |
Vəfat yeri |
|
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü |
|
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Yustus fon Libix (12 may 1803[1][2][…], Darmştat, Hessen knyazlığı[4][1][…] – 18 aprel 1873[1][2][…], Münxen[4][1]) — alman kimyaçısı, professor, Bavariya Elmlər Akademiyasının prezidenti.
Həyatı
[redaktə | vikimətni redaktə et]Yustus fon Libix 1803-cü il mayın 12-də Darmştadtda anadan olmuşdur. O, 1820-ci ildə Bonn, 1821-ci ildə Erlangen universitetlərində təhsil almış, 1822-1824-cü illərdə Parisdə J.Gey-Lyüssakla birgə çalışmışdır. Erlangenə qayıtdıqdan sonra doktorluq dissertasiyasını müdafiə etmiş, 1824-ci ildə A.Humboldtun tövsiyəsi ilə Hessen Universitetində kimya professoru kimi çalışmışdı. 1852-ci ildən ömrünün sonuna qədər Libix Münhen Universitetinin professoru; 1860-cı ildə Bavariya Elmlər Akademiyasının prezidenti olmuşdu.
Elmi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Libixin ən əhəmiyyətli işləri üzvi kimya sahəsinə aiddir. Mühüm üzvi birləşmələrin kəşfi, üzvi birləşmələrin yeni analiz və yeni birləşmələr qrupunun sintezi üsullarının işlənilməsi, üzvi kimyanın nəzəri əsaslarının yaradılması Libixə məxsusdur. 1823-cü ildə o, gümüş fulminatın tərkibcə gümüş izotsionatla eyni olduğunu müəyyən etmişdi. Bu da ilk izomer nümunəsi oldu. 1832-ci ildə o, F.Völerlə birlikdə göstərmişdi ki, benzoy turşusu – benzaldehid – benzoil xlorid - benzoilsulfid sırasında daha sonra benzoil adlanan C6H5SO qrupu dəyişmədən bir birləşmədən digərinə keçir. Analoji olaraq etilradikal qrupu spirt – efir – etilxlorid –azot turşusunun efiri - benzoy turşusunun efiri sırasında dəyişməz olaraq qalır. Bu işlər mürəkkəb radikallar nəzəriyyəsinin təməlini qoymuşdu. Libix ilk dəfə olaraq (fransız kimyaçısı E.Subeyranla eyni zamanda və ondan asılı olmayaraq) 1831-ci ildə xloroformu almış və 1835-ci ildə sirkə aldehidini almış, hippur, süd və digər karbon turşularını kəşf etmişdi. 1831-1833-cü illərdə o, həmçinin üzvi birləşmələrdə karbon və hidrogenin müəyyənləşdirilməsi üsulunu təkmilləşdirmişdi. J.Düma ilə birlikdə Libix çoxəsaslı üzvi turşuları tədqiq etmiş və turşuların əsaslığına görə təsnifatını təklif etmişdi.
Libix kimyanın digər sahələrində də çox işlər görmüşdü. O, halogenləri tədqiq etmiş, brom almış, platin, gümüş, qurğuşun, manqan və s. aktivləşdirmə fəaliyyətini araşdırmışdı. Bunula da o hal-hazırda qeyri-üzvi kataliz adlanan bir sahənin yaranması üçün şərait yaratmışdı. Libix analitik kimyanın bir sıra üsullarını işləmişdi: kobaltın nikeldən ayrılması, dərman maddələrində hydrogen sianid turşusunun müəyyən edilməsi və s.
Libix aqrokimya və biokimyanın əsasını qoyanlardan biri sayılır. O, bitkilərin mineral qidalanma nəzəriyyəsini əsaslandırmış və torpaq münbitliyinin yaxşılaşdırılmasının elmi əsaslarını yaratmış, bitki fiziologiyasında karbon qazı və bağlı azotun rolunu araşdırmışdır. Libix həm də qidanın problemlərini tədqiq etmiş, qida məhsullarını yağlar, zülallar və karbohidratlara bölməyi təklif etmiş, yağlar və karbohidratların orqanizm üçün yanacaq olduğunu müəyyən etmişdi.
Libix kimyanın tədrisini kökündən dəyişmiş, tədris sisteminə genişmiqyaslı laboratoriya dərsləri və tələbələrin müstəqil tədqiqatlarını daxil etmişdi. 1824-ci ildə Libix Hessendə Almaniyada ilk kimya laboratoriyası yaratmışdı. Libixin elmi məktəbinin məzunları A.Kekule, A. Vürtz, A.Hoffmann, N.Zinin və digər məşhur kimyaçılardır.
Libixin əsas əsərləri sırasında "Üzvi kimyanın fiziologiya və patologiyaya tətbiqi" (1842), "Üzvi analiz üzrə təlimatlar" (1837) və "Əkinçiliyin təbii qanunları" (1865) adlı nəşrləri göstərmək olar.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Биографии великих химиков. Перевод с нем. под ред. Быкова Г.В. – М.: Мир, 1981. 320 с.
- Волков В.А., Вонский Е.В., Кузнецова Г.И. Выдающиеся химики мира. – М.: ВШ, 1991. 656
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 7 8 Ladenburg Liebig, Justus von (alm.). // Allgemeine Deutsche Biographie L: 1883. Vol. 18. S. 589–605.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Либих, Юстус (rus.). // Большая советская энциклопедия / под ред. О. Ю. Шмидт 1 Москва: Акционерное общество «Советская энциклопедия», 1920.
- ↑ 1 2 3 4 www.accademiadellescienze.it (it.).