Yuxarı Quşçular — Vikipediya
Yuxarı Quşçular | |
---|---|
39°49′56″ şm. e. 46°48′58″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 758 m[1] |
Saat qurşağı | |
Yuxarı Quşçular — Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçular kənd inzibati ərazi dairəsində kənd. It is the center of the Gushchular rural administrative-territorial district.[2]
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Yuxarı Quşçular kəndi Xocalı rayonunun Quşçular kənd inzibati-ərazi dairəsinin mərkəzidir, Aşağı Quşçular kəndi isə bu inzibati-ərazi dairəsinə daxildir.[2]
Kənd Qarakarçay çayının sahilində, Şuşa şəhərindən 15 km şimalda və Xankəndi şəhərindən 4 km məsafədə, Məlikəhmədli kəndinin yaxınlığında, 794 metr hündürlükdə yerləşir. Xocalı rayonuna verilməzdən əvvəl kənd eksklav mövqeyinə malik idi: Məlikəhmədli və Aşağı Quşçular kəndləri kimi, coğrafi olaraq demək olar ki, Xocalı rayonunun daxilində yerləşməsinə baxmayaraq, Şuşa rayonunun kəndi hesab olunurdu.[3]
Tarixi
[redaktə | vikimətni redaktə et]Qarabağ münaqişəsi zamanı, 11–12 fevral 1992-ci il tarixlərində kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.[4] Kənd Qarabağ müharibəsindən ciddi zərər çəkmiş və Ermənistan Silahlı Qüvvələri tərəfindən yandırılmışdır.[5][6]
9–10 noyabr 2020-ci il tarixlərində imzalanmış Üçtərəfli Bəyanata əsasən, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə kənd Rusiya Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdir.[7]
Azərbaycan Silahlı Qüvvələrinin 19–20 sentyabr 2023-cü il tarixlərində Qarabağda keçirdiyi hərbi əməliyyatlar nəticəsində kənd Azərbaycanın nəzarətinə qaytarılmışdır.[8]
5 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən, Şuşa rayonuna aid olan Məlikəhmədli kənd inzibati-ərazi dairəsinin Məlikəhmədli kəndi, Quşçular kənd inzibati-ərazi dairəsinin Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri, həmçinin Məlikəhmədli və Quşçular kənd inzibati-ərazi dairələri Xocalı rayonuna verilmişdir.[9] Beləliklə, hazırda Yuxarı Quşçular kəndi Xocalı rayonunun Quşçular kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[4][5]
Əhalisi
[redaktə | vikimətni redaktə et]Erməni qüvvələri tərəfindən kəndin işğalından əvvəl kəndin əhalisi tamamilə azərbaycanlılardan ibarət idi. 1921-ci il siyahıyaalınmasına əsasən, Quşçular kəndində (Aşağı Quşçular, Yuxarı Quşçular) 239 nəfər yaşayırdı – hamısı azərbaycanlı türklər idi.[10] 1986-cı il Azərbaycan Sovet Ensiklopediyasına görə, kənddə 280 nəfər yaşayırdı – onların hamısı azərbaycanlı idi.[11]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://wikimapia.org/1974471/ru/Малыбейли.
- ↑ 1 2 İnzibati ərazi bölgüsü təsnifatı. 2024 (PDF). Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. 2024. 58. 2024-04-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-07.
- ↑ "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-20.
- ↑ 1 2 "Malıbəyli faciəsi [ Tarixdən səhifələr ]". eres.preslib.az. İstifadə tarixi: 2024-01-10.
- ↑ 1 2 Askerbeyli, Mustafa. "Омбудсмен Азербайджана распространила обращение в связи с 30-й годовщиной массовой резни в селах Малбейли и Гушчулар". Turkic World (rus). 2022-02-10. 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-21.
- ↑ "Омбудсман обратилась к международной общественности в связи с резней в селах Малыбейли и Гушчулар | Report.az". report.az. 2024-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-21.
- ↑ "Баку: Минобороны РФ исказило факты об инциденте на дороге Ханкенди-Халфали-Туршсу". www.aa.com.tr. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-07.
- ↑ "Азербайджан вернул себе Карабах. Поставлена ли точка в конфликте?". BBC News Русская служба (rus). 2023-10-16. 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-27.
- ↑ "Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası (az.). 2023-12-05. 2024-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
- ↑ "Population census of the Azerbaijan SSR in 1921 in the Shusha district". 2011-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-10-27.
- ↑ Азербайджанская Советская Энциклопедия, 1986