Zeynal bəy Vəzirov — Vikipediya
Zeynal bəy Vəzirov | |
---|---|
15 dekabr 1918 – 27 aprel 1920 | |
Fraksiya | İttihad fraksiyası |
Əvvəlki | Vəzifə təsis olundu. |
Sonrakı | Vəzifə ləğv olundu. |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1854 |
Doğum yeri | |
Vəfat tarixi | 1933 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | şair |
Atası | Mirzə Həmid bəy Vəzirov |
Uşağı |
Zeynal bəy Vəzirov (1854, Şuşa – 1933, Bakı) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, titulyar müşavir.
Həyatı
[redaktə | vikimətni redaktə et]Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Rus-tatar məktəbini bitirmişdir. Yelizavetpol Şəhər Qəza Məhkəməsində çalışmışdır. Daha sonra isə Qars hətbi qubernatorunun dəftərxanasında kargüzar vəzifəsində çalışmışdır. Sonra isə Gəncəyə qayıtmış və burada dilmanc işləmişdir. Sonra isə Şuşa şəhərinə dönərək şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdır.
Zeynal bəyin fəaliyyəti nəzərə alınaraq Cəbrayıl qəzasında mülki posrednik vəzifəsinə göndərilmiş, bir müddət burada çalışdıqdan sonra isə Nuxa və Şuşa qəzalarında eyni vəzifəyə təyinat almışdır. Zeynalabdin bəy 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdır.
Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Zeynalabdin bəy Həşim bəy Vəzirovun qızı Dürnisə xanımla evlənmiş idi. Allahyar bəy, Aslan bəy Vəzirov , Həmid bəy adlı oğulları, Rəna xanım və Leyla xanım adlı qızları vardı.
Mükafatları
[redaktə | vikimətni redaktə et]Zeynal bəy 1880-ci ildə kollec qeydiyyatçısı, 1886-cı ildə quberniya katibi, 1890-cı ildə kollec katibi, 1896-cı ildə titulyar müşavir və 1897-ci ildə kollec assesoru mülki çinlərini almışdı.
Zeynal bəy həmçinin "III Aleksandr" gümüş medalı ilə təltif olunmuşdu.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Ənvər Çingizoğlu, Hacılılar, Bakı, "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.