Qış sarayı — Sankt-Peterburq, Rusiyada yerləşən və 1732–1917-ci illərdə Rusiya monarxlarının rəsmi iqamətgahı olan məşhur saray kompleksidir. I Pyotrun Qış sarayının yerində 1730–1837-ci illərdə inşa edilmiş və Saray sahili və Saray meydanı arasında yerləşən kompleksin əsas binası yanğından zədələnmiş və bərpa edilmişdir. 1917-ci ildə sarayda baş vermiş üsyan Sovet rəssamlığında, Sergey Eyzenşteynin 1927-ci ildə ekranlaşdırdığı və Rusiya inqilabının simvollarından biri sayılan "Oktyabr" filmində canlandırılmışdır. Saray Rusiya imperiyasının gücünü və qüdrətini nümayiş etdirən monumental memarlıq abidəsi kimi inşa edilmişdir. Bu saraydan Rusiya çarları 1721-ci ildə I Pyotr imperator titulunu qəbul etsə də, tədqiqatçılar Rusiya hökmdarları üçün imperator sözü ilə yanaşı çar sözü və həmin sözlərin qadın formalarını işlədirlər.
Sovet–Polşa müharibəsi — Rusiyada vətəndaş müharibəsi zamanı 1919–1921-ci illərdə Polşa ilə Sovet Rusiyası, Sovet Belorusiyası, Sovet Ukraynası arasında — dağılmış Rusiya İmperiyası ərazilərində — Rusiya, Belarus, Latviya, Litva, Polşa və Ukraynada gedən müharibə. Müasir Polşa tarixşünaslığında Polşa-Bolşevik müharibəsi də adlanır. Münaqişədə Ukrayna Xalq Respublikasının və Qərbi Ukrayna Xalq Respublikasının qoşunları da iştirak etmişdir. Müharibənin ilk mərhələsində Ukrayna Xalq Respublikasının ordusu Polşaya qarşı döyüşsə də, sonradan UXR hərbi hissələri polyakların tərəfinə keçdi. Rusiyada, o dövrün sənədlərində müharibə Polşa Cəbhəsi də adlanırdı.
ABŞ Hava Yollarının 5342 saylı reysinin Potomak çayı üzərində helikopterlə toqquşması nəticəsində hər iki uçuş vasitəsindəki ümumilikdə 67 nəfər həlak olub.
Türkiyənin Bolu ilinin Qartalqaya dağ-xizək mərkəzindəki hoteldə baş verən yanğın nəticəsində ən azı 78 nəfər ölüb, 51 nəfər yaralanıb.