Tomas Alva Edison — Vikipediya

Tomas Alva Edison
ing. Thomas Edison
Doğum tarixi 11 fevral 1847(1847-02-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 oktyabr 1931(1931-10-18)[3][1][…] (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti mühəndis, ixtiraçı, riyaziyyatçı, sahibkar, ssenarist, iş adamı, kinorejissor, fizik
Fəaliyyət illəri 1877-ci ildən
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
 (ing.) A Day with Thomas Edison (1922)

Tomas Alva Edison (11 fevral 1847[1][2][…], Maylan[d], Ohayo[4]18 oktyabr 1931[3][1][…], Vest-Orinc[d], Nyu-Cersi[3][4]) — amerikalı ixtiraçı və sahibkar.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil etmişdir. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdir. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdır.

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxumuşdur. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdur.

Heç bir insan həyatında Edison qədər patent almamışdır.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım…"

Edisonun Menlo Park laboratoriyası Dearbornda Henri Ford Muzeyində nümayış etdirilir

Şəxsi keyfiyyətləri

[redaktə | mənbəni redaktə et]

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdir. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15–16 saat işləyirdi.[5]

Edisonun birinci elektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr)

Nikola Tesla, məşhur Amerika ixtiraçısı onun haqqında deyirdi:

Əgər Edison ot tayasında iynə itirsəydi mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı[6]

Edisonun məşhur deyimləri

[redaktə | mənbəni redaktə et]
  • Dahi – bir faiz ilham, 99 faiz isə alın təridir.
  • narahatlıq — razı qalmamaqdır. Razı qalmamaq isə tərəqqinin birinci şərtidir. Mənə tam razı qalan adam göstərin və mən isbat edim ki, o uğursuz adamdır.
  • Sivilizasiyanın birinci vəzifəsi insanı düşünməyi öyrətməkdir.
  • Mən vegeterianam və içki içmirəm, ona görə də ağlımı işlətməyin yolunu tapıram.
  • Mən məğlubiyyəti sevmirəm.
Tomas Edison fonoqrafın ilk variantı ilə

Tomas Edisonun İxtiraları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Thomas A. Edison // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 1 2 3 4 Цверава Г. К. Эдисон Томас Алва // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1978. Т. 29 : Чаган — Экс-ле-Бен. С. 566–567.
  4. 1 2 3 4 https://www.biography.com/people/thomas-edison-9284349.
  5. "Tomas Alva Edison". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.
  6. "Tomas Alva Edison, Məşhurların psixologiyası, Vladimor Qakov". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-19.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]