Telekommunikasiya — Vikipediya
Telekommunikasiya[1][2] — məftil, radio, optik və ya digər elektromaqnit sistemləri vasitəsilə müxtəlif növ texnologiyalar ilə məlumatların ötürülməsi.[3][4] Bu, insan səsi ilə mümkün olandan daha böyük məsafədə, lakin buna bənzər məqsədəuyğunluq miqyası ilə ünsiyyət qurmaq istəyindən yaranmışdır. Buna görə də poçt sistemi kimi vasitələr bu sahədən xaric edilir.
Telekommunikasiyada ötürmə vasitələri mayaklardan və digər vizual siqnallardan (məsələn, tüstü siqnalları, semafor teleqrafları, siqnal bayraqları və optik helioqraflar) elektrik kabelinə və elektromaqnit şüalanmasına qədər texnologiyanın çoxsaylı mərhələləri vasitəsilə inkişaf etmişdir. Bu cür ötürmə yolları əksər hallarda çoxlu paralel kommunikasiya seanslarının multipleksləşdirilməsinin üstünlüklərini təmin edən kommunikasiya kanallarına bölünür.
Müasir dövrdən əvvəl formalaşmış uzaq məsafəli ünsiyyətin digər nümunələrinə zərb alətlərinin kodlu ritmləri, musiqi aləti kimi istifadə olunan buynuzlar və yüksək səsli fitlər kimi səsli mesajlar aiddir. Uzun məsafəli rabitə üçün XX və XXI əsr texnologiyaları adətən elektrik və elektromaqnit texnologiyalarını əhatə edir. Bunlara teleqraf, telefon, televiziya və teleprinter, şəbəkələr, radio, mikrodalğalı ötürücü, optik lif və kommunikasiya peykləri daxildir.
İlkin telekommunikasiya şəbəkələri siqnal ötürülməsi üçün fiziki vasitə kimi metal məftillər ilə yaradılmışdır. Uzun illər bu şəbəkələr teleqraf və səs xidmətləri üçün istifadə edilmişdir. Simsiz rabitədə inqilab XX əsrin ilk onilliyində başlamış, radiokommunikasiyada qabaqcıl yeniliklər 1909-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş Qulyelmo Markoni, həmçinin elektrik və elektron telekommunikasiya sahəsində digər görkəmli ixtiraçılar tərəfindən önə atılmışdır. Bunlara Çarlz Vitston və Samuel Morze (teleqrafın ixtiraçıları), Antonio Meuççi və Aleksandr Qreyam Bell (telefonun ixtiraçıları və təkmilləşdiricilərindən bəziləri), Edvin Armstronq və Li de Forest (radio ixtiraçıları), həmçinin Vladimir Zvorıkin, Con Lougi Berd və Filo Farnsvort (televiziya ixtiraçılarından bəziləri).
1960-cı illərdən bəri rəqəmsal texnologiyaların yayılması ilə səsli kommunikasiya tədricən verilənlər ilə tamamlanmışdır. Metal verilənlərin ötürülməsinin məhdudiyyətləri optikanın inkişafına təkan vermişdir.[5][6][7] Mediadan müstəqil internet texnologiyalarının inkişafı məkan və vaxt məhdudiyyəti olmadan fərdi istifadəçilər üçün dünya miqyasında xidmətlərə çıxışı təmin etmişdir.
Etimologiyası
[redaktə | mənbəni redaktə et]Telekommunikasiya yunanca "uzaq" mənasında olan tele- (τῆλε) prefiksi[8] və latınca "paylaşmaq" mənasını verən "communicare" felindən yaranmış mürəkkəb isimdir. İkinci sözün indiki forması fransız dilindən uyğunlaşdırılmışdır,[9] çünki onun yazılı istifadəsi 1904-cü ildə Fransa mühəndisi və yazıçısı Eduard Estonye tərəfindən qeydə alınmışdır.[10][11] Azərbaycan dilinin etimologiya lüğətinə görə, "kommunikasiya" sözü "şəxsiyyətlərarası münasibətlərdə informasiya mübadiləsi kimi təzahür edir".[12]
Tarixi
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Telekommunikasiya islahatların əsası kimi". 2022-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-08-02.
- ↑ İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2007, 996 s.
- ↑ Article 1.3 (PDF) // ITU Radio Regulations, International Telecommunication Union, 2012, 19 March 2015 tarixində arxivləşdirilib (PDF)
- ↑ Constitution and Convention of the International Telecommunication Union, Annex (Geneva, 1992)
- ↑ "How does a Gigabit Passive Optical Network (GPON) work?". European Investment Bank (ingilis). 7 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
- ↑ Read "Renewing U.S. Telecommunications Research" at NAP.edu (ingilis). 2006. doi:10.17226/11711. ISBN 978-0-309-10265-0. 23 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2021.
- ↑ Cyphers, Bennett. "The Case for Fiber to the Home, Today: Why Fiber is a Superior Medium for 21st Century Broadband". Electronic Frontier Foundation (ingilis). 16 October 2019. 3 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 June 2021.
- ↑ "Online Etymology Dictionary". 25 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2016.
- ↑ "Telecommunication". Oxford Dictionaries. Oxford University Press. 30 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 February 2013.
- ↑ Dilhac, Jean-Marie. "From tele-communicare to Telecommunications" (PDF). Institute of Electrical and Electronics Engineers (IEEE). 2004. 2 December 2010 tarixində arxivləşdirilib (PDF).
- ↑ Telecommunication, tele- and communication, New Oxford American Dictionary (2nd edition), 2005.
- ↑ "kommunikasiya, Azərbaycan dilinin etimologiya lüğəti. Obastan - onlayn lüğətlər və ensiklopediyalar". Obastan - onlayn lüğətlər və ensiklopediyalar. 2023-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-23.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Goggin, Gerard, Global Mobile Media (New York: Routledge, 2011), p. 176. ISBN 978-0-415-46918-0.
- OECD, Universal Service and Rate Restructuring in Telecommunications, Organisation for Economic Co-operation and Development (OECD) Publishing, 1991. ISBN 92-64-13497-2.
- Wheen, Andrew. Dot-Dash to Dot.Com: How Modern Telecommunications Evolved from the Telegraph to the Internet (Springer, 2011).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- International Teletraffic Congress
- International Telecommunication Union (ITU)
- ATIS Telecom Glossary
- Federal Communications Commission
- IEEE Communications Society
- International Telecommunication Union
- Ericsson's Understanding Telecommunications at the Wayback Machine (archived 13 aprel 2004) (Ericsson removed the book from their site in September 2005)