Çandarlı Xəlil Paşa — Vikipediya

Çandarlı Xəlil Paşa
1439 – 1 iyun 1453
ƏvvəlkiQoca Nizamüddin Paşa
SonrakıZağanos Paşa
Şəxsi məlumatlar
Vəfat tarixi 1 iyun 1453(1453-06-01)
Vəfat yeri
Fəaliyyəti siyasətçi
Atası Çandarlı I İbrahim Paşa
Uşağı
Ailəsi Çandarlılar

Çandarlı Xəlil Paşa (v. 1 iyun 1453, Konstantinopol) — 1439–1453-cü illərdə sədrəzəmlik etmiş Osmanlı dövlət xadimi. İstanbulun fəthindən dərhal sonra Fateh Sultan Mehmet tərəfindən edam edildiyi 1 iyun 1453 tarixinə qədər 15 il vəziri əzəmlik etmişdir. Osmanlı tarixində edam edilən ilk sədrəzəmdir.

Osmanlı dövlətinin baş vəzirlərindən olan Çandarlı Qara Xəlil Xeyrəddin Paşanın nəvəsi və Çandarlı İbrahim Paşanın oğludur.

Təhsili və ilk vəzifələrinin nə olduğuna dair əlimizdə sənəd yoxdur, amma elmiyə mənsub olduğu üçün yaxşı dərəcədə mədrəsə təhsili gördüyü qəbul edilə bilər. Bir vəqfiyədə 1436-cı ildə kazasker olduğu qeydiyyatı var. Sədrəzəm olan atası Çandarlı İbrahim Paşa vəfat etdikdən sonra elmiyə sinfindən ayrıldığı bildirilir.

II Murad səltənəti dövründə,1439-cu ildə baş vəzir olan Osmancıklı (Amasiya) Ər Mehmed Nizamüddin Paşa vəfat etdikdən sonra baş vəzirlik vəzifəsinə keçmişdir. 1439–1451-ci illərdə iki dəfə dövlət işlərindən uzaqlaşaraq Manisaya çəkilən II Muradın əvəzinə gələn gənc oğlu II Mehmedin birincu sultanlıqı dövründə faktiki olaraq Osmanlı dövlətini idarə etmişdir. Bu dövrdə xüsusilə Anadolu bəylərinə qarşı aparılan sərt müdaxilələrə icazə verməmiş, böyük bir daxili qarşıdurmanın qarşısını almışdır. Edirne-Segedin müqaviləsinin şərtlərindən razı qalmayan Papalıq, Kardinal Giuliano Cesarını vasitəsilə Macar başçılığını Yanoş Hunyadiyı "Papanın razılığı olmadığına görə etibarsızdır" iddiası ilə müqaviləni pozmaq ilə Balkan ölkələrinə böyük bir Səlib ordusu yaradaraq Macar-Lehistan Kralı I (III) Ladislav komandanlığı altında öncə cənuba Balkanlardan, sonra şərqə, Varnaya üz tutmaları ilə böyük təhdid altında qalan Osmanlı Dövləti ordusunun başına təkrar taxtdan imtina etmiş olan II Muradın gəlməsini təmin etdi. Bunun nəticəsində Osmanlı dövləti Varna müharibəsində böyük bir qələbə qazandı.

Bunu sonra Osmanlıların Moraya böyük bir yürüş edərək Malanın böyük qisminin Osmanlı dövləti əlinə keçməsində və Eflak Prensi Drakula III Vlad Tepein Macar müttəfiqlərindən ayrılması və II Kosovo müharibəsində II Murad başçılığı ilə Osmanlı ordusunun Yanoş Hunyadı başçılığı ilə yeni bir Macar-Eflak ordusunu məhv edilməsində böyük köməyi oldu. II Muradın 3 fevral 1451-ci ildə Ədirnədə vafat etməsindən sonra oğlu II Mehmedin Manisaya gəlməsinə qədər keçən 16 gündə böyük bir dəyanətlə taxta çıxmasını təmin etdi.

II Mehmedin ikinci dəfə taxta çıxmasından sonra da sədrəzəm olaraq xidmətində davam etdi, lakin II Mehmedin lələsi olan Zağanos Mehmet Paşa ilə arasında bir siyasi mübarizə başladı. Çandarlı Xəlil Paşa Zağanos Mehmet Paşanın davamlı olaraq tələbəsi olan sultana xüsusilə Bizansa qarşı daha hücum etməsi haqqındakı tövsiyələrinə qarşı idi və Bizansa daha mülayim davranılması tövsiyələri verməkdə idi. Bəzi mənbələrə görə, Çandarlı II Mehmeti səbirsiz və təcrübəsiz hesab edirdi. II Mehmed Baş vəziri olan Çandarlı Xəlil Paşaya dəyər verdiyini bildirmək üçün Plovdiv yaxınlığında bir kəndi dövlətin Baş vəzirinə bağışlamasına baxmayaraq, Çandarlı Xəlil narahat olmaqda davam edirdi.

İstanbulun mühasirəsi zamanı Avropada yeni bir xaçlı birliyi ortaya çıxacağına şübhələndiyini və bu səbəblə mühasirənin zəiflədilməsini və hətta qaldırılmasını II Mehmedə tövsiyə edib. Bu tövsiyələri orduda və dövlət qapılarında Çandarlı Xəlil Paşanın Bizansdan rüşvət aldığı həyəcanlarının dolaşmasına səbəb oldu. 29 mayda İstanbulun fəth edilməsindən dərhal sonra 1 iyun 1453-cü ildə II Mehmedin bu dedi-qoduları çox ciddi yanaşdığını açıqlayaraq baş vəzir Çandarlı Xəlili vəzifəsindən çıxardı. Çandarlı Xəlil Paşa və uşaqları həbs olundu. Uşaqları sərbəst buraxıldı, amma Çandarlı Xəlil Paşa Yedikuledə Qızıl Qapıda qırx gün həbs edildi. 10 iyulda gözlərinə mil çəkildi və daha sonra 10 iyul 1453-cü il tarixində edam edildi. Tabe olacağı yerdə Sultana dik baxdığı iddia edilir. Daha sonra oğlu İbrahim Paşa tərəfindən İznikə aparılıb türbəsinə basdırılıb[1].

Bu hadisə haqqında tarixçilər arasında müxtəlif fikirlər və mübahisələr aparılır. Bəzi tarixçilər II Mehmedin taxta çıxdığında və İstanbulun fəthi zamanı baş vəzirin tutduğu mövqe ucbatından bu edamın ortaya çıxdığını bildirirlər. Bu siyasəti II Mehmedin öz nüfuzunu gücləndirmiş olduğunu və hər kəsin gənc sultana boyun əydiyini bildirirdi. Sakaoğlu İstanbulun alınmasında müxalif qalması və bu səbəblə Bizansın arasında bir gizli anlaşma olduğundan şübhələndiyini bildirir.

  1. "Çandarlı Halil Paşa neden tatlı canından oldu? İstanbul'un fethi neyi değiştirdi?". 2022-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Çandarlı Birinci İbrahim Paşa
  2. Edirne-Segedin Antlaşması