Çapar (Ağdərə) — Vikipediya

Çapar
40°09′13″ şm. e. 46°25′26″ ş. u.HGYO
Ölkə
Region Ağdərə rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.183 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 252 nəf. (2005)[1]
Xəritəni göstər/gizlə
Çapar xəritədə
Çapar
Çapar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

ÇaparAzərbaycan Respublikasının Ağdərə rayonunun İmarət Qərvənd kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Çapar kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[3] 1993-cü ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Çapar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Çapar kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.

Yaşayış məntəqəsini 1887-ci ildə keçmiş Zəngəzur mahalının Qaraqışlaq, Zamzur və Tatev kəndlərindən çıxmış ailələr Caparxana adlanan poct məntəqəsinin yerində salmışlar. Keçmışdə poctu aparan dövlət qulluqçularına capar deyilirdi.[4]

Çapar kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Çapar kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[5]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin yamacında yerləşir.

  1. http://census.stat-nkr.am/nkr/1-1.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. Çapar (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  5. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.