Qızılqaya (Ağdərə) — Vikipediya

Qızılqaya
40°07′32″ şm. e. 46°30′58″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qızılqaya xəritədə
Qızılqaya
Qızılqaya

Qızılqaya (əvvəlki adı: Arutunaqomer) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd.[1]

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Arutunaqomer kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Arutunaqomer kəndi Qızılqaya kəndi adlandırılmışdır.[3] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır.

5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Artunaqomer kəndinin keçmiş adı Qızılqaya olmuşdur. Keçən əsrdə ermənilərin dəyişdirdikləri adlardandır. XX əsrin 1930-cu illərində kəndin ərazisində erməni ailələri məskunlaşdıqdan sonra onu Arutyunoqomer (Aryutun şəxs adı və qomer erm. "tövlə, sığırxana" sözündən) adlandırmışdılar. Ermənicə Artunaqomer "Artun pəyəsi" deməkdir. Kənd ərazisindəki Qızılqaya adlı oroqrafik obyektin adını daşıyır. 1992-ci ildən kəndin adı yenidən Qızılqaya kimi rəsmiləşdirilmişdir.[5]

Coğrafiyası və iqlimi

[redaktə | vikimətni redaktə et]

Kənd Tərtərçaydan bir qədər aralı, dağ ətəyində yerləşir.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  3. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-09.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. 2023-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. Qızılqaya (Ağdərə) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.