İbrahim Qafarov — Vikipediya
İbrahim Qafarov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 noyabr 1936 |
Doğum yeri | |
Vəfat tarixi | 26 sentyabr 2018 (81 yaşında) |
Partiya | |
Təhsili |
|
| |
Təltifləri |
İbrahim Musa oğlu Qafarov (23 noyabr 1936, Hacı Elyaz, Zəngibasar rayonu – 26 sentyabr 2018) — azərbaycanlı dövlət və siyasi xadim; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]İbrahim Qafarov 23 noyabr 1936-cı ildə Ermənistanda İrəvan mahalının Zəngibasar rayonunun Hacı Elyaz kəndində anadan olmuşdur. 1953-cü ildə Sabirabad şəhərində orta məktəbi bitirmişdir. 1954–1959-cu illərdə Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1959-cu ildə Sabirabad rayonunun H. Aslanov adına kolxozunda başlamışdır. 1963–1964-cü illərdə Gəncə şəhərində kolxoz və sovxozlara rəhbər kadrlar hazırlayan kursda təhsil almışdır. 1964-cü ildən Sabirabad rayon Partiya Komitəsində təlimatçı, 1965-ci ildən Sabirabad rayon taxıl məhsulları satış bazasında direktor, 1973-cü ildən Partiyanın XX qurultayı adına kolxoz idarə heyətinin sədri,, 1985-ci ildən Sabirabad Kənd Təsərrüfatı Texnikumunun direktoru, 1990-cı ildən "Əkinçi" kooperativinin sədri vəzifələrində işləmişdir.[1]
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]1981-ci ildən Sabirabad rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur.[1]
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 83 nömrəli Sabirabad-Salyan dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan İbrahim Qafarov I çağırış Milli Məclisin deputatı seçilmişdir. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan İbrahim Qafarov Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olmuşdur.[2][3]
İbrahim Qafarov ailəli idi, yeddi övladı var.
İbrahim Qafarov 2018-ci il sentyabrın 26-da 81 yaşında vəfat etmişdir.
Təltifləri
[redaktə | vikimətni redaktə et]- "Əmək igidliyinə görə" medalı — 1974
- "Qırmızı əmək bayrağı" ordeni — 1982
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 104. ISBN 5-89600-253-x.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin Aqrar siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.