Səmayə Piriyeva — Vikipediya

Səmayə Piriyeva
24 noyabr 1995 – 28 iyun 1999
bayraq
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
28 iyun 1999[3] – 28 iyul 2000[4]
ƏvvəlkiƏliverdi Əlişov[1]  
SonrakıBəylər Xancanov[2]
Şəxsi məlumatlar
Doğum tarixi 17 iyun 1945(1945-06-17) (79 yaş)
Doğum yeri
Partiya
Təhsili Pedaqoji Dillər İnstitutuAli Partiya Məktəbi

Səmayə Piriyeva (tam adı: Səmayə Aslan qızı Piriyeva; 17 iyun 1945, Qazıməmməd) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı; Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı (1999–2000).

Səmayə Piriyeva 1945-ci il iyunu 17-də Hacıqabul şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutundaAli Partiya Məktəbində ali təhsil alıb. Rus dilini bilir.

Səmayə Piriyevanın bir övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 94 nömrəli Hacıqabul-Salyan dairəsindən Yeni Azərbaycan Partiyası namizədi olan Səmayə Piriyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Səmayə Piriyeva Milli Məclisin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının və Azərbaycan—Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[5][6]

Səmayə Piriyeva Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilib. 1.1 il sonra isə o, Heydər Əliyevin 29 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı ilə Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilib.[7][8]

  1. "Ə. M. Əlişovun Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
  2. "B. M. Xancanovun  Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  3. "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyun,1999-cu il. 2019-05-30 tarixində arxivləşdirilib.
  4. "S. A. Piriyevanın Sabirabad rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı" (az.). Qanun.az. 28 iyul,2000-ci il. 2019-05-30 tarixində arxivləşdirilib.
  5. "I çağırış Azərbaycan Milli Məclisinin Yerli özünüidarəetmə məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  6. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  7. "Səmayə Aslan qızı Piriyevanın Sabirabad rayonunun icra başçısı vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyun 1999-cu il tarixli 180 nömrəli Sərəncamı" (az.)). 28.06.1999. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  8. "Səmayə Aslan qızı Piriyevanın Sabirabad rayonunun icra başçısı vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 28 iyul 2000-ci il tarixli 490 nömrəli Sərəncamı" (az.)). 28.07.2000. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.