İrəvan xanlarının siyahısı — Vikipediya

İrəvan xanlığı 1747-ci ildə yaradılmış və 1828-ci ildə Rusiya imperiyası tərəfindən ləğv edilənə qədər mövcud olmuşdur.

Xanların siyahısı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İrəvan xanlığı
Xan Şəkil Həyatı Hakimiyyət illəri Ailə Qeyd
Mirmehdi xan Qasımlı-Əfşar ?–? 1747–1752 İrəvan xanlığının qurucusudur.
Xəlil xan Özbək ?–1755 1752–1755 Fətəli xan Əfşar tərəfindən Mir Mehdi Xanın devrilməsindən sonra Xəlil xan Özbək İrəvanın xanı təyin edilmişdir. Həsənəli xan Qacarın başçılığı ilə üsyan qalxdı. Üsyan nəticəsində Xəlil xan hakimiyyətdən uzaqlaşdırılır, onun yerinə Həsənəli xan Qacar hakimiyyəti ələ keçirdi.[1]
Həsənəli xan Ziyadoğlu-Qacar ?–1759 1755–1759 Xanlığa Azad xan Əfqanın yardımı ilə yiyələnmişdi. Həsənəli xanın Məhəmməd xan, Məhəmmədəli xan adlı oğulları vardı.[2]
Hüseynəli xan Ziyadoğlu-Qacar ?–1783 1759–1783 Hakimiyyəti dövründə DağıstanKartli-Kaxetiya hakimləri ilə mübarizə aparmışdır.[3]
Qulaməli xan Ziyadoğlu-Qacar ?–1784 1783–1784 Taxta çıxdığı zaman ona qarşı üsyan olmuş, üsyan yatırılsa da, qısa müddət sonra sui-qəsd nəticəsində qətlə yetirilmişdir. Qars muhafızının İstanbula göndərdiyi hesabat görə, o, rus və gürcülər tərəfindən qətlə yetirilmişdir.[4]
Məhəmməd xan Ziyadoğlu-Qacar ?–? 1784–1805 Rus-Qacar müharibələrinin iştirakçısı, Abbas Mirzə Qovanlı-Qacarın şəxsi mühafizəsinin rəisi olmuşdur. Haqqında o qədər də məlumat yoxdur, bəzi müəlliflər belə hesab edirlər ki, Məhəmməd xan İrəvan xanı Hüseynəli xanın gürcü qızından olan oğlu, Qulaməli xanın isə ögey qardaşıdır.[5]
Mehdiqulu xan Dəvəli-Qacar ?–? 1805–1806
Əhməd xan Müqəddəm 1742 – 1806 1806 Qısa müddət İrəvan xanlığını idarə etmişdir. Əslən Marağadandır. Marağanın da xanı olmuşdur.[6]
Hüseynqulu xan Sərdar 1742 – 1831 1806–1827 Qacarların Qovanlı tayfasına mənsub olmuşdur. Bəzən Qəzvini adından istifadə etməsinə görə onun Qəzvində doğulduğu ehtimal edilir. Atası Məhəmməd xan Qacar məşhur sərkərdə olmuşdur. İrəvan xanı olana qədər Xorasan Sərhəd Qoşunlarının komandanı kimi xidmət etmişdir. Sərdar məscidiSərdar sarayını tikdirmişdir.[7]
  1. A.A.Bakıxanov adına Tarix İnstitutu. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi).s.172.
  2. F.Əliyev, U.Həsənov. İrəvan xanlığı. Bakı: 1997, səh. 58.
  3. "Qarayev E.T. İrəvan xanlığı (1747-1828). Bakı: "Avropa" nəşriyyatı 2010, s.40. (elektron versiya)" (PDF). 2017-02-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-01-28.
  4. Elçin Qarayev. Azərbaycanın İrəvan bölgəsinin tarixindən (XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında) (PDF). Bakı: "Mütərcim". 2016. 544 səh. 2022-03-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-18.
  5. Yaqub Mahmudov. İrəvan xanlığı (Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi). A.A.Bakıxanov adına Tarix İnstitutu. Bakı: 2010
  6. Ənvər Çingizoğlu. Müqəddəm eli. "Soy" dərgisi, 5 (25), 2008.
  7. Zemfira Hacıyeva. İrəvan xanlığının tarixşünaslığı. Monoqrafiya (PDF). Bakı: "Çaşıoğlu". 2012. 140 səh. ISBN 978-9952-27-341-0. 2021-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-18.