İznik — Vikipediya

İznik

40°25′44″ şm. e. 29°43′10″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 753 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 44.236 nəf. (2022)
Rəqəmsal identifikatorlar
Poçt indeksi 16x
Rəsmi sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


İznikBursanın ilçəsi.

İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır. Nikeya, Dionisdən hamilə qaldıqdan sonra özünü öldürmək istəyir, lakin onun arzusuna tabe olaraq uşağı dünyaya gətirir. Dionis Hindistan səfərindən qayıdarkən Nikeyanın şərəfinə bu şəhəri salır və şəhərə sevgilisinin adını qoyur.

Haqqında əfsanələr yaradılan gözəl İznik, antik çağdan etibarən Nikeya (Nikaia) adlanıb. Amma bunlar əfsanədir. İznikin həqiqi tarixi onun əfsanələrindən də maraqlıdır. İznikdə yerləşən Karadin, Çiçəkli, Yügücək və Çakırca kurqanlarında e.ə. 2500-cü ilə qədər gedən mədəniyyətin izləri qorunub saxlanır. Bu möhtəşəm «açıq hava muzeyi» olan şəhəri mütləq görməlisiniz. Tövsiyəmə əməl edən dostlarımın heç birinin səfərlərindən peşman olmadıqlarını vurğulayaraq, hər kəsə bu gözəl şəhəri görməyi məsləhət görərdim.

İznik, Makedoniyalı Böyük İsgəndərin komandanlarından biri olan Antiqonius tərəfindən e.ə. IV əsrdə (316) qurulub. O dövrün gələnəklərinə görə, şəhərə qurucusu Antiqoniusun şərəfinə “Antiqonia” adı verilir. Böyük İsgəndərin ölümündən sonra general Antiqonius və general Lysimakhos imperatorluğu idarə etmək uğrunda müharibə etdilər və e.ə. 301-ci ildə Lysimakhos Antiqoniusa qalib gəlir, şəhəri ələ keçirərək ona xanımı Nikaianın şərəfinə Nikaia adını verdi.

E.ə. 279-cü ildə isə şəhər Vifiniya krallığı tərəfindən ələ keçirilmiş, bir müddət krallığın paytaxtı olmuş, önəmli memarlıq əsərləri ilə bəzədilmiş, adına qızıl sikkələr kəsilmiş və tarixdə “Qızıl şəhər” adı ilə yenidən ün qazanmışdır. Uzun müddət Vifiniya krallığı ilə müharibə edən Roma İmperiyası paytaxt Nikaianı ələ keçirdikdən sonra bu gözəl göl şəhərinə Nikaea adını verir. Şəhər e.ə. 259-cu ildə Qotların hücumuna məruz qalır. Bundan sonra Romalılar müdafiəni gücləndirmək məqsədilə Vifiniya krallığı zamanında tikintisinə başlanan və eramızın 12-ci ilində baş verən zəlzələ nəticəsində böyük zərər görən qala divarlarını daha güclü inşa edirlər. Beləliklə, şəhər dörd əsas, on iki əlavə qapısı olan 4970 metrlik qala divarı ilə əhatə edilmişdir. Tarixi qala divarları və qapıları İznikə xüsusi bir əzəmət verir.

Roma imperatorluğu 476-cı ildə Şərqi və Qərbi Roma imperatorluğuna ayrılan zaman İznik sonradan Bizans adını alan Şərqi Roma imperatorluğunun sərhədləri daxilində qalır. Türk dünyasının böyük liderlərindən biri, Səlcuq Sultanı Alp Arslanın Bizans ordularını 1071-ci ildə Malazgirddə məğlub etməsindən sonra türklər XI yüzildə Bizansın daxilinə doğru irəliləyirlər. Qutalmışoğlu Süleyman Şah 1075-ci ildə Nikaeanı fəth edir və şəhər 1080-cı ildə Səlcuqlu dövlətinin paytaxtına çevrilir. Adı da Nikaeanın izi anlamına gələn «İznik» olaraq dəyişdirilir. Beləliklə, İznik Anadoluda ilk Türk paytaxtı olur. 1097-ci ildə 600000 nəfərlik I Xaçlı Ordusu Qodefroy De Bouillonun rəhbərliyi altında İznikə hücum edir. Çətin müharibələrdən sonra türklər, şəhərin yağmalanmasının qarşısını almaq üçün 1097-ci ildə geri çəkilirlər. 22 illik Səlcuqlu hakimiyyətindən sonra İznik yenidən Bizanslıların əlinə keçir. Xaçlıların İzniki alıb Bizanslılara verməsi ilə II Bizans dönəmi başlamış olur. IV Xaçlı Səfərinə qatılan Latınlar Anadolunun içərilərində savaşmaqdansa Konstantinopolu (İstanbulu) yağmalamağı üstün tutaraq, bu şəhəri işğal edib 1204-cü ildə Latın İmperatorluğu qururlar. Bizansın lideri Theodoros Laskaris İznikə qaçıb, burada öz imperatorluğunu elan edir. Beləliklə, İznik 57 il ərzində paytaxtı Latın işğalı altında olan Bizans imperatorluğunun mərkəzi olur. Bu dövrdə şəhərin qala divarları daha da möhkəmləndirilir. Paytaxt İznikdə Laskarisdən sonra 4 imperator taxta çıxır. VIII Mixael 1261-ci ildə Konstantinopolu (İstanbulu) yenidən ələ keçirərək, Latın İmperatorluğuna son verir. Beləliklə, Konstantinapol (İstanbul) yenidən Bizans imperatorluğunun paytaxtı olur. Osmanlı imperatorluğunun qurulduğu ilk dövrlərdən etibarən Türklər İzniki fəth etməyə böyük önəm verirlər. Türk dünyasının böyük liderlərindən biri, Osmanlı imperatorluğunun genişlənməsində müstəsna xidmətləri olmuş Orxan Qazi adı ilə tanınan Sultan Orxan Bəy zamanında 1331-ci ildə İznik fəth edilir. Beləliklə, 234 illik bir aradan sonra İznik yenidən Türk idarəsinə girir. Özəlliklə, II MuradÇandarlılar dövründə şəhər sürətlə qurulur, inkişaf edir, çoxlu sayda məscid, mədrəsə, hamam, bazarlar və s. tikilir. İznik bir siyasi və mədəniyyət mərkəzinə çevrilir. İznik İstanbuldan Anadoluya uzanan səfər və karvan yolunun üzərində önəmli bir mərkəz olur. Özəlliklə, XIV-XVI yüzillərdə İznik Türk mədəniyyətində önəmli bir yerə sahib olur. Bir çox üləma (alim) və şairin yetişdiyi bir mədəniyyət mərkəzinə dönür. Dövrün ən ünlü alimləri İznikdəki mədrəsələrdə dərs deməyə başlayırlar. Bu səbəbdən İzniki «Üləma Yuvası» (Alimlər Diyarı) adlandırırlar. İstanbulun fəthindən sonra İznikin mərkəz kimi rolu azalsa da o, bu günə qədər də Türkiyə və Türk Dünyasının önəmli qalalarından biridir.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]