Şıxlinskilər — Vikipediya
Şıxlinskilər | |
---|---|
Titul | Bəy |
Əcdadı | Şıxı ağa |
Mənşəyi | Qazax |
Təbəəliyi | Qazax qəzası Rusiya imperiyası |
Şıxlinskilər — Azərbaycan xalqının tanınmış soylarından biri.
Soyadın tarixi
[redaktə | mənbəni redaktə et]Şıxlınskilər öz soyadlarını Şıxı ağadan alıblar. Bu soy iki qola ayrılırdı. Şıxlinskilər və Alqazaxlar. Alqazax Şıхliniskilər nəsilinin qədim soyadıdır. Bu barədə Əliağa Şıхlinski "Хatirələrim" kitabında geniş məlumat verir. O yazır: "Atam İsmayıl ağa Alqazaх oğlu Şıхlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazaх qəzasına Şəmkirdən köçüb gəlmişdir. Onun iki övladı vardı; böyük oğlu Şıхı — çoх ağıllı və sakit, kiçiyi Alqazaх — çoх igid, amma dəlisov bir adam idi. Mən Alqazaхın nəslindənəm… Böyük oğlundan olan övladlar Şıxızadə soyadını aldılar, kiçik oğuldan olan bizim nəsil isə Alqazaxoğlu soyadını qəbul etdi. Azərbaycan Rusiya tərkibinə daхil olduqdan sonra bütün yerlilər özləri üçün rus soyadına bənzəyən soyadlar qəbul etdilər. Bizim nəslin hər iki qolu Şıxlinski soyadına keçdi.
Soyun tanınmış nümayəndələri
[redaktə | mənbəni redaktə et]- Əliağa Şıxlinski — Rusiya imperiyası ordusunda general-leytenant, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi nazirinin müavini, Sovet hərb xadimi və artilleriya generalı.
- Mədinə xanım Əmiraslan ağa qızı Şıxlinskaya — Məmməd ağa Vəkilov həyat yoldaşı.
- Məcid ağa Şıxlinski — 1920-ci ildə Bakı Polismeysterinin köməkçisi.
- Kazım ağa Şıxlinski — Azərbaycan şairi.
- Mustafa ağa Arif — şair, Azərbaycan mühacirət ədəbiyyatının ilk nümayəndələrindən biri.
- Arif Şıxlinski — neftçi-geoloq, Azərbaycan SSR əməkdar mühəndisi.
- Cavad bəy Şıxlinski — Rusiya, Azərbaycan və İran ordusunda xidmət etmiş Cümhuriyyət ordusunun general-mayoru, Gəncə üsyanının əsas təşkilatçılarından biri. Müqəddəs Georgi" və "Müqəddəs Vladimir" ordenli. Əliağa Şıxlinskinin qardaşı oğlu, Rüstəm Şıxlinskinin qardaşıdır, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır.
- Rüstəm Şıxlinski — hərbçi. "Müqəddəs georgi" və "Müqəddəs Vladimir" ordenləri ilə təltif edilmişdir. General Əliağa Şıxlinskinin qardaşı oğlu, Cavad bəy Şıxlinskinin qardaşı, Hüseyn Əfəndi Qayıbovun nəvəsi, yazıçı İsmayıl Şıxlının dayısıdır.
- Qəhrəman ağa Şıxlinski — Lenin ordeni ilə təltif edilmiş maarifçi-pedaqoq.(1887–1956)
- İsmayıl Şıxlı — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991).
- Fərrux Şıxlinski — rəssam, jurnalist, "Ayna" — "Zerkalo" qəzetlərinin məsul katibi.
- Elçin Şıxlı — "Ayna" — "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru (2001–2014), 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədri.
- Qiyas bəy Şıxlinski (1887–1972) — Azərbaycan Xalq Cümhuriyyətinin pristavı, Gəncə və Şəki üsyanının iştirakçısı, siyasi mühacir.
- Çingiz Alqazax — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu.
- Mamay bəy Şıxlinski — Gəncə quberniya katibi (1915), Ənvər Şıxlinskinin atası.Peterburq Universitetinin hüquq fakultəsini oxuyub, Moskva univiversitetini bitirib (1914). 1878-ci ildə Qazax qəzasında doğulub, 1939-cu ildə vəfat etmişdir.
- Ənvər Şıxlinski — coğrafiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan Dövlət Mükafatı laureatı.
- Ənvər Şıxlinski — SSRİ-nin fəxri rabitəçisi. 1914-cü ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur. 1937-ci ildə Tiflisdə Dəmiryol İnstitutunun rabitə fakültəsini bitirmişdir. Azərbaycan Rabitə Nazirliyində elektrik rabitəsi üzrə baş mühəndis işləmişdir. İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədən sonra Rabitə Nazirliyində idarə rəisi təyin edilmişdir. 1956-cı ildə televiziyanın işə düşməsi ilə bağlı olaraq yaradılan və birbaşa mərkəzə tabe olan teleradio təmir idarəsinin rəisi təyin edilmiş və 1976-cı ilədək bu vəzifədə çalışmışdır. Əmisi general Əli ağa Şıxlinskinin qocalıq çağlarında ona hamilik etmiş, generalın vəfatından sonra onun yaşadığı mənzil ən yaxın qohum kimi Ənvər bəyə verilmişdir. O, 1945-47-ci illərdə Əli ağanın qanuni varisi kimi bu mənzildə yaşamışdır. Ənvər Şıxlinski rabitə sahəsində xidmətlərinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Moskvadan radiorabitəni Azərbaycanda ilk dəfə o, qəbul etmiş, bu münasibətlə “SSRİ fəxri rabitəçisi” adına layiq görülmüşdür. 1979-cu ildə Bakı şəhərində dünyadan köçmüşdür.[mənbə göstərin]
- Ziya Şıxlinski — kinorejissor, ssenarist, Azərbaycan Respublikasının "Əməkdar incənət xadimi".
- Hüseyn bəy Şıxlinski (1886–1920) — Şərif bəy oğlu 1886-cı ildə Qazax qəzasının İkinci Şıxlı kəndində anadan olmuşdur Kariyerasına Tiflisdə başlamış, polis idarəsində işləmiş, sonra Gəncə quberniyasına dəyişdirilmişdir. Ərəş qəza idarəsində çalışmış, 1914–16-cı illərdə Nuxa qəza idarəsində tərcüməçi olmuşdur. 1916–18-ci illərdə isə Nuxa şəhərinin pristavı işləmişdir. Azərbaycan istiqlal hərəkatının fəal iştirakçılarından olan Hüseyn bəy 1918-ci ildə milli hökumət tərəfindən paytaxtın polis orqanlarında yüksək vəzifəyə gətirilmişdir. 1918–20-ci illərdə əvvəlcə Bakıda 6-cı sahə pristavı, sonra isə 7-ci sahənin komissarı olmuşdur. 1920-ci il Gəncədəki may üsyanı yatırıldıqdan sonra Hüseyn bəy Şıxlinski də həbs edilərək güllələnmişdir.
- Şahin Şıxlinski — Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) vitse-prezidenti, ÜAK-ın Ural Dairə Şurasının sədri, Ümumdünya Azərbaycan və Türkiyə diaspor təşkilatlarının Koordinasiya Şurasının üzvü, Sverdlovsk vilayətinin qubernatoru yanında Milli məsələlər üzrə Məsləhət Şurasının üzvü.
- Sübhi Şıxlinski — fəlsəfə elmləri namizədi, Rusiya Federasiya Şurasının Dövlət Duması və Rusiya Hökumətinin məhkəmə-icra orqanları ilə əlaqələr üzrə şöbəsinin rəisi.
- Leyla Şıxlinskaya — Azərbaycan kino aktrisası, baletmeysteri, xoreoqrafı və pedaqoqu, Azərbaycanın xalq artisti, sənətşünaslıq elmləri doktoru, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü.
Mənbə
[redaktə | mənbəni redaktə et]- [1] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine