Şahin Bağırov — Vikipediya

Şahin Bağırov
Vəzifədədir
14 fevral 2023-cü ildən
(i. e. 18 iyul 2022 – 14 fevral 2023, 14–16 fevral 2024)
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiSəfər Mehdiyev
bayraq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
bayraq2
18 iyul 2022 – 14 fevral 2023
bayraq
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini
bayraq2
16 yanvar 2014 – 6 iyul 2018
SədrAydın Əliyev
Səfər Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 12 yanvar 1965(1965-01-12) (59 yaş)
Doğum yeri
Təhsili
  • Voronej Dövlət Universiteti[d] (–1986),
  • Rusiya Gömrük Akademiyası[d] (–2003)
Fəaliyyəti siyasətçi
Rütbəsi
Gömrük xidməti general-leytenantı
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2016 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2012 "Dövlət qulluğunda fərqlənməyə görə" medalı — 2010 "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992–2012)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 25 illiyi (1992–2017)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı

Şahin Soltan oğlu Bağırov (12 yanvar 1965, Bakı) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədri (2023-cü ildən), gömrük xidməti general-leytenantı (2014).

Şahin Soltan oğlu Bağırov 12 yanvar 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Voronej Dövlət Universitetinin[rus.] İqtisadiyyat fakültəsini, ikinci təhsil kimi isə 2003-cü ildə Rusiya Gömrük Akademiyasının[rus.] Gömrük işinin təşkili fakültəsini bitirmişdir. 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi (iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsinə yiyələnmişdir.[1]

Şahin Bağırov əmək fəaliyyətinə təyinat əsasında Azərbaycan aqrar-sənaye kompleksi sistemində başlamışdır.[1] 1992-ci ildən gömrük sistemində inspektor kimi çalışmağa başlamış, Bakı Baş Gömrük İdarəsinin inspektoru, "Əli-Bayramlı" gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində işləmiş, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini, sonra isə rəisi olmuşdur.[2]

Şahin Bağırov 16 yanvar 2014-cü ildən[3] 6 iyul 2018-ci ilədək[4] Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini olmuşdur. 2019–2022-ci illərdə Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində çalışmışdır.[1] 2022-ci ilin iyulun 18-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilmiş, eyni zamanda ona sədrin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir.[5] 14 fevral 2023-cü ildə bu komitənin sədri vəzifəsinə təyin edilmişdir.[6]

Şahin Bağırov Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə işçi qrupunun sədr müavini, Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq Yük Daşımaları haqqında" Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsində, eləcə də Sərhədlərdə Yüklərə Nəzarət Şərtlərinin Razılaşdırılması üzrə Beynəlxalq Konvensiyanın (1982) İnzibati Komitəsinin sədri kimi fəaliyyət göstərmişdir.[1]

28 yanvar 2005-ci ildə ona gömrük xidməti general-mayoru[7], 2014-cü ilin fevralın 3-də isə gömrük xidməti general-leytenantı[8] ali xüsusi rütbələri verilmişdir.

Ailəlidir, iki övladı var.

  1. 1 2 3 4 "Bağırov Şahin Soltan oğlu". Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  2. "Dövlət Gömrük Komitəsinə sədrlik müvəqqəti olaraq Şahin Bağırova həvalə olunub". Report İnformasiya Agentliyi. 18 iyul 2022. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  3. "Ş. S. Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 16 yanvar 2014. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  4. "Ş. S. Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 6 iyul 2018. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  5. "Ş. S. Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 18 iyul 2022. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  6. "Ş.S.Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 14 fevral 2023. 14 fevral 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023.
  7. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 28 yanvar 2005. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  8. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 3 fevral 2014. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  9. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 3 fevral 2014. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  10. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 24 yanvar 2012. 17 mart 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.
  11. "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 26 yanvar 2010. 3 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 noyabr 2022.