Əhmədağa Muğanlı — Vikipediya

Əhmədağa Muğanlı
Doğum adı Əhmədağa Əkbər oğlu Qurbanov
Doğum tarixi 10 may 1926(1926-05-10)
Doğum yeri Əliabad, Cavad qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 avqust 2001(2001-08-04) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti yazıçı, ssenarist
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı Azərbaycan SSR əməkdar mədəniyyət işçisi "SSRİ sərhəd əlaçısı" döş nişanı

Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) (10 may 1926, Biləsuvar rayonu4 avqust 2001, Bakı) — nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Əməkdar Mədəniyyət İşçisi (1991).[1]

Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944–1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952).[2]

2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.[2]

Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır.[3]

Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.[2]

20-yə yaxın sənədli fılm ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar…, qocalar" (1982), "Atları yəhərləyin" (S. Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.[2]

Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946–1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon xalq deputatlar Sovetinin deputatı seçilmişdir (1969–1971).[2]

Ad və mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • Vicdan. Bakı: Azərnəşr, 1959, 146 səh.
  • Tikanlı məftillər. Bakı: Azərnəşr, 1962, 116 səh.
  • Şəhriyar əfsanəsi. Bakı: Gənclik, 1973, 153 səh.
  • Çobanbayatı. Bakı: Azərnəşr, 1977, 122 səh.
  • Şikəstə. Bakı: Gənclik, 1979, 207 səh.
  • Ömürdən yeddi yarpaq. Bakı: Yazıçı, 1984, 345 səh.
  • Gecikmiş etiraf. Bakı: Yazıçı, 1991, 326 səh.
  • Dağ dağa söykənər… Bakı: Gənclik, 1996, 224 səh.

Ssenari müəllifi kimi

Redaktor kimi

  1. Fərəcov, S. Əhmədağa Muğanlını yaşadan kino lentləri: [Əməkdar mədəniyyət işçisi, istedadlı nasir və ssenarist Əhmədağa Qurbanov (Muğanlı) haqqında] //Mədəniyyət.- 2013.- 2 avqust.- S. 15.
  2. 1 2 3 4 5 "Tanınmış nasir və kinodramaturq Əhmədağa Muğanlının 85 illik yubileyi qeyd edilmişdir" (az.). AzərTac. 8 iyun 2011. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  3. Tağıyeva, Məhbubə. "Qanunvericilik" (PDF) (az.). səh. 79. 2021-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-29. Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.
  4. "Ustadı yad etmək ibadətdir". 2022-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-08.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.