Nəriman Qurbanov — Vikipediya
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Nəriman Qurbanov | |
---|---|
Doğum tarixi | 20 oktyabr 1960 (64 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | dövlət xadimi, aktivist |
Mükafatları | |
Nəriman Əhmədağa oğlu Qurbanov (20 oktyabr 1960, Bakı) — Azərbaycan dövlət xadimi, əməkdar dövlət qulluqçusu,[1] Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi rəisinin köməkçisi, Bakı şəhər Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini, Diasporla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışmışdır. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri[2], dövlət qulluğunun baş müşaviridir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nəriman Əhmədağa oğlu Qurbanov 20 oktyabr 1960-cı ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində anadan olmuşdur. Atası Əhmədağa Əkbər oğlu Qurbanov "Muğanlı" təxəllüsünə sahib nasir, ssenarist və kino redaktoru, anası Surə Cəlil qızı Qurbanova isə evdar qadın olmuşdur. O, 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisadçı ixtisası ilə bitirmiş, 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutundan (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) politoloq ixtisası ilə məzun olmuşdur.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1977–1979-cu illərdə "Azərbaycanfilm" kinostudiyasında işıqçı və kinomexanik kimi işləmiş olan Qurbanov 1981-ci ilə qədər Ermənistan SSR-nin Leninakan (indiki Gümrü) şəhərində SSRİ-nin sərhəd qoşunları sırasında hərbi xidmətdə olmuşdur. Bundan sonra 1984-cü ilə qədər Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (LKGİ) Nizami Rayon Komitəsinin ilk təşkilat katibi vəzifəsində çalışan Qurbanov 1986-cı ilə qədər Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin təşkilat katibi olmuşdur. O, həmin ilin axırlarına qədər həmin komitədə təlimatcı və təşkilat şöbəsinin müdiri kimi işləmiş, 1988-ci ilə qədər Azərbaycan LKGİ Mərkəzi Komitəsinin məsul icraçısı və Azərbaycan LKGİ Qaradağ Rayon Komitəsinin ikinci katibi olmuşdur. Qurbanov daha sonra 1990-cı ilə qədər Azərbaycan Kommunist Partiyası (KP) Qaradağ Rayon Komitəsində ideoloji şöbənin təlimatçısı, 1992-ci ilin əvvələrinə qədər isə Bakı Ali Partiya Məktəbində dinləyici olmuşdur. O, bir il Qaradağ Rayon Xalq Deputatları Sovetinin İcrayyə Komitəsində nəzarət bölməsinin inspektoru kimi çalışdıqdan sonra həmin ilin axırlarına qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyətinin ticarət və xidmət sahələri şöbəsinin mütəxəssisi, həmin ilin axırlarına 1993-cü ilin aprelinə qədər isə Bakı şəhər İcra Hakimiyyətinin Ticarət İdarəsində inspektor kimi çalışmışdır. Qurbanov daha sonra həmin ilin avqustuna qədər Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində rəisin köməkçisi, 1997-ci ilə qədər isə Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Humanitar məsələlər üzrə müavini kimi çalışmışdır. O, 1999-cu ilə qədər Qaradağ Rayon İcra hakimiyyəti nəzdində "Qaradağ" inzibati-ərazi istehsalat birliyində baş direktor kimi çalışdığı dövrdə, 1998-ci ildə Yeni Azərbaycan Partiyasına üzv olmuş, 2002-ci ilin sentyabrına qədər isə YAP Qaradağ Rayon Təşkilatında aparatın rəhbəri vəzifəsində işləmişdir. Qurbanov həmin ilin noyabrına qədər Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi, 2005-ci ilə qədər isə həmin qurumun təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, bundan sonra 2008-ci ilə qədər həmin qurumda aparatın rəhbəri, 2016-cı ildən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü olmuş, 2018-ci ilə qədər isə Diasporla İş üzrə Dövlət Komitəsində aparatın rəhbəri kimi çalışmış, o cümlədən kollegiya üzvü olmuşdur.[3] Qurbanov daha sonra 2020-ci ilə qədər Nizami Gəncəvi Beynəlxalq Mərkəzində müşavir və məsləhətçi işləmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində Protokol xidməti və dövlət əhəmiyyətli tədbirlərin təşkili sektorunun müdiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Daxili nəzarət sektorunun müdiri vəzifəsində çalışmışdır. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatının rəhbəri[2], dövlət qulluğunun baş müşaviridir.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Ailəlidir, iki övladı var.
Təltif və mükafatlar
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçusu (2017)[4]
- "Tərəqqi" medalı (2012)[5]
- "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2010)[6]
Tədbirlər
[redaktə | mənbəni redaktə et]Dövlət Komitəsinin xətti ilə ölkədə keçirilmiş bir sıra dövlət səviyyəli tədbirlərin texniki-təşkilatı məsələlərin həllində iştirakı (Təşkilat Komitəsinin sədri qismində):
- Dünya Azərbaycanlılarının II Qurultayı (Bakı, mart 2006)
- Dünya Azərbaycanlılarının III Qurultayı (Bakı, iyul 2011)
- Dünya Azərbaycanlılarının IV Qurultayı (Bakı, iyun 2016)
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən beynəlxalq səviyyəli "Qlobal Bakı Forum"larının texniki-təşkilatı məsələlərin həllindəbilavasitə iştirakı (Təşkilat Komitəsinin üzvü və İşçi qrupun rəhbəri qismində):
- "I Cənubi Qafqaz Forumu" (Bakı, may 2013)
- "II Qlobal Açıq Cəmiyyətlər Forumu" (Bakı, aprel 2014)
- "III Qlobal Bakı Forumu" (Bakı, aprel 2015)
- "IV Qlobal Bakı Forumu" (Bakı, mart 2016)
- "V Qlobal Bakı Forumu" (Bakı, mart 2017)
- "VI Qlobal Bakı Forumu" (Bakı, mart 2018)
- "VII Qlobal Bakı Forumu" (Bakı, mart 2019)
Ölkədə və ölkə xaricində keçirilmiş irimiqyaslı beynəlxalq tədbirlərin texniki təşkilatı məsələlərin həllində bilavasitə iştirakı (Təşkilat Komitəsinin sədri qismində):
- "Dünya Azərbaycan diaspor təşkilatları rəhbərlərinin I Forumu" (Mayns, aprel 2003)
- "Türkiyə-Azərbaycan əlaqələri XXI əsrdə" mövzusunda Forum (Ankara, dekabr 2003)
- Avropa Azərbaycanlıları Konqresinin təsis Qurultayı (Berlin, aprel 2004)
- "Bakı-Tbilisi-Ceyhan: mədəni inteqrasiya və iqtisadi tərəqqi üçbucağı"movzusunda praktik konfrans (Ceyhan, may 2004)
- "Dünya Azərbaycanlı Ziyalılarının I Forumu" (Antalya, iyun 2006)
- "Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu" (Bakı, mart 2007)
- "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis Qurultayı (Təl-Əviv, aprel 2007)
- Türk Dövlət və Cəmiyyətlərin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı (Bakı, noyabr 2007)
- "Azərbaycan və türk diaspor təşkilatlarının Koordinasiya Şurasının illik toplantısı" (Berlin, mart 2008)
- "Kütləvi informasiya vasitələri və regional münaqişələr" mövzusunda beynəlxalqkonfrans (Təl-Əviv, may 2009)
- Azərbaycan və Türkiyə Respublikalarının dövlət və hökumət nümayəndələrinin iştirakı ilə "Azərbaycan-Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının birgətoplantısı" (Frankfurt, noyabr 2009)
- Dünya Azərbaycanlı Gənclərinin I Konqresi (Frankfurt, noyabr 2010)
- "Azərbaycan Dövlət müstəqilliyinin bərpasının iyirminci ilində", "Gürcüstanazərbaycanlılarının yerli cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" mövzularında konfranslar (Batumi, avqust 2011)
- Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis Qurultayı (Bakı, mart 2012)* Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatlarırəhbərlərinin I Forumu (Bakı, iyun 2013)
- "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər"mövzusunda beynəlxalq Forum (Brüssel, noyabr 2017)
İşləri
[redaktə | mənbəni redaktə et]Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş sənədli filmlərin məsləhətçisi kimi:
- "Biz Azərbaycanlıyıq" (2006)
- "Biz 50 milyonluq xalqıq" (2006)
- "Ayrılarmı könül candan…" (2007)
- "Bir millət, iki dövlət" (2007)
- "Biz həmrəyik" (2007)
- "Azərbaycan deyəndə…" (2008)
- "Birincilər" (2008)
- "Bir səfərin təəssüratı yaxud sizi deyib gəlmişdik" (2009)
- "Gücümüz birliyimizdədir!" (2011)
- "Müstəqilliyimiz əbədidir!" (2011)
- "Azərbaycan mənim həyatımdır.." (2013)
- "Birliyimiz yenilməzdir" (2014)
Dövlət Komitəsinin xətti ilə nəşr edilmiş kitabların məsləhətçisi və buraxılışa məsul:
- "Azərbaycan Diasporu: Böyük Yolun Başlanğıcı" (Bakı, 2006. 208 səh.)
- "Dünya Azərbaycanlılarının II Qurultayı" (Bakı, 2006. 192 səh.)
- "Azərbaycan Diasporuna Dövlət Qayğısı" (I Kitab) (Bakı, 2006, 304 səh.)
- "Azərbaycan Diasporuna Dövlət Qayğısı" (II Kitab) (Bakı, 2006, 172 səh.)
- "Azərbaycan Ədəbiyyatı Antologiyası" (XII–XIX əsrlər) (Diaspor təşkilatlarının həftəsonu məktəbləri üçün) (Bakı, 2006, CD disk)
- "Azərbaycan-Türkiyə : bir millət, iki dövlət vahid diaspora" (Bakı, 2007 118 səh.)
- "Azerbaycan-Türkiye: tek millet, iki devlet tek diaspora" (Bakı, 2007, 116 səh.)
- "Azərbaycan və türk diaspor təşkilatlarыnыn birgə fəaliyyət strategiyası" (Bakı, 2007, 88 səh.)
- "Avropa Azərbaycanlıları Konqresinin Fəaliyyət Proqramı" (2007–2009-cu illər) (Bakı, 2007, 52 səh.)
- "Sarı gəlin" (Bizim mahnı, bizim türkü) musiqi toplusu. (Mahnının yaranma tarixçəsi və müxtəlif millətlərin ifasında) (Bakı, 2007. CD disk)
- "Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində diaspor quruculuğu sahəsində görülmüş işlərlə bağlı məlumat" broşür – (Bakı, 2008, 168 səh.)
- "Azərbaycan Diaspor Təşkilatları üçün sənədlər və məlumatlar toplusu" (I kitab) (Bakı, 2008, 308 səh.)
- "Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurasının illik toplantısının materialları" (Bakı, 2008, 156 səh.)
- "Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının materialları" (Hesabat) (Bakı, 2008, 338 səh.)
- "Azərbaycan Diasporuna Dövlət Qayğısı" (III Kitab) (Bakı, 2009, 284 səh.)
- "Türkdilli Xalqların Diasporları" (Bakı, 2009, 296 səh.)
- "Xaricdə yaşayan azərbaycanlılar üçün yaddaş" (məlumat kitabı) (Bakı, 2009, 440 səh.)
- "Энсиклопедия города Дербента" (Москва, 2010, 552 стр.)
- "Xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün sənədlər və məlumatlar toplusu" (I kitab) (Bakı, 2011, 312 səh.)
- "Dünya azərbaycanlılarının həmrəylik xartiyası" (Bakı, 2011, 63 səh.)
- "Qurultaya hesabat" (Bakı, 2011, 296 səh.)
- "Biz azərbaycanlıyıq! (xaricdə yaşayan azərbaycanlı rəssamların kataloqu" (Bakı, 2011, 316 səh.)
- "Azərbaycan Diasporuna Dövlət Qayğısı" (elektron kitab) (Bakı, 2011)
- "Dünya Azərbaycanlılarının III Qurultayı" (CD disklə) (Bakı, 2011, 240 səh.
- "Azərbaycan diasporu: ensiklopedik məlumat" (toplusu) (Bakı, 2011, 655 səh.)
- "Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin diaspor təşkilatlarının birgə strategiyasi" broşur (Azərbaycan, türk, qazax və qırğız dillərində) (Bakı, 2013, 52 səh.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Tağıyeva, Məhbubə. "Qanunvericilik" (PDF) (az.). səh. 79. 2021-12-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-29.
Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə Nəriman Əhmədağa oğlu Qurbanova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin.
- ↑ 1 2 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub, yeni şöbələr yaradılıb — SİYAHI
- ↑ Pirəli, İlkin. "Azərbaycanda dövlət komitəsinin kollegiyası təsdiqlənib - SİYAHI". Report İnformasiya Agentliyi (az.). 13 yanvar 2015. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2021.
- ↑ "Nəriman Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilib". AzNews (az.). 13 iyul 2017. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2021.
- ↑ Əliyev, İlham. "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin Administrasiyası (az.). 6 iyul 2012. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2021.
- ↑ "Bir qrup dövlət qulluqçusu orden və medalla təltif edilib". Azəri Press Agentliyi (az.). 22 iyun 2010. 2021-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2021.